İşdən çıxarılan amerikalı məmurun təhlükəli ifadələri " />

FTB-nin keçmiş direktoru Rusiya və Tramp haqqında

İşdən çıxarılan amerikalı məmurun təhlükəli ifadələri

İyunun 8-də ABŞ Konqresində FTB-nin keçmiş direktoru Ceyms Komi ifadə verib.  O, bir ay əvvəl prezident Tramp tərəfindən işdən çıxarılıb. Belə bir şübhələr yaranıb ki, bu qərar Rusiyanın Amerikadakı seçkilərin gedişatına müdaxiləsi ilə bağlı FTB-nin həyata keçirdiyi tədqiqatla bağlıdır.

Ceyms Kominin ifadəsindən aşağıdakılar məlum olub:

– FTB-nin şübhəsi yoxuydu ki, Rusiya yüzdən çox Amerika təşkilatına qarşı kiber-hücumlar təşkil edib. Bu, son iki il ərzində həyata keçirilib və Rusiya rəhbərliyinin bundan xəbəri olub.

– Prezident Tramp birbaşa göstəriş verməyib, amma “ümid edib” ki, FTB prezidentin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Flinn barədə onun Rusiya məmurları ilə əlaqələri ilə bağlı istintaqı dayandıracaq.

– Ceyms Komi birbaşa prezident Trampı faktları təhrif etməkdə ittiham edib və Trampın onun FTB rəhbəri postundan azad edilmə səbəbləri ilə bağlı bəyanatlarını “ağ yalan” adlandırıb.

Rusiyanın Amerikadakı seçkilərə müdaxiləsi ilə bağlı istintaq davam edir. İstintaqı Senatın kəşfiyyat üzrə komitəsi və Ədliyyə nazirliyindən xüsusi prokuror aparır.


More on JAMnews