Onunla birlikdə olan daha dörd nəfər ziyan görməyib" />

Fransalı alpinist Ermənistanda qar uçqunu altında qalaraq həlak olub

Onunla birlikdə olan daha dörd nəfər ziyan görməyib

Ermənistan Fövqəladə Hallar Nazirliyi bu gün Fransa vətəndaşı olan beş alpinistin Aqveran dağ kurortunda yüksəkliyə qalxdıqları haqda məlumat alıb. Hələlik məlum olmayan şəraitdə alpinistlərdən biri qar uçqununun altında qalıb. O, xilasedicilərin vertolyotunda özünə gəlmədən keçinib.

Faciə haqda nə məlumdur?

Beş alpinist Kotayk vilayətinin Aqveran dağ kurortundakı otelin qarşısından dağa qalxıb. Alpinistlərdən biri qar uçqununun altında qalıb. Dostları onu qarın altından çıxara bilib. Zərərçəkən huşunu itirib.

Hadisə haqda məlumat “911” xidmətinə 11:05-də daxil olub.

Alpinistlərə yardım etmək üçün hadisə yerinə FHN-in bir döyüş qrupu və Xüsusi Təyinatlı Xilasetmə İşlərinin Aparılması Mərkəzinin dəstəsi gəlib. Amma ərazinin mürəkkəb relyefi üzündən xilasedicilər qarla yeddi kilometr piyada getməli olublar. Bununla əlaqədar olaraq onlara kömək etmək üçün Müdafiə Nazirliyinin vertolyotu da göndərilib.

FHN-in məlumatında deyilir ki, alpinistin həyatını xilas etmək mümkün olmayıb:

“15:40-da Müdafiə Nazirliyinin vertolyotunda tibb personalı Fransa vətəndaşının öldüyünü təsdiqləyib”.

Digər dörd alpinistin həyatı üçün heç bir təhlükə yoxdur:

“Onların vəziyyəti elə idi ki, özləri xizəklə dağdan aşağı enməyə hazır idilər”, – xilasedici dəstənin kapitanı Mkrtıç Antonyan deyib.


More on JAMnews