Münaqişənin hərbi gərginləşməsindən iki il ötür " />

Foto-hekayə: 20 ailə Qarabağ ətrafında “aprel müharibəsindən” sonra keçmiş sanatoriyada yaşayır

Münaqişənin hərbi gərginləşməsindən iki il ötür

Foto: Marut Vanyan, JAMnews

Apreldə Qarabağda baş verən və Qafqaz tarixinə “aprel müharibəsi” kimi daxil olan faciəvi hadisələrdən iki il ötür.

Bu foto-hekayə o zamandan bəri 20 ailənin Qarabağda sovetdən qalma keçmiş “Alaşan” sanatoriyasının binasında hansı şəraitdə yaşamasından bəhs edir. Onların evləri “aprel müharibəsi” zamanı dağılıb və ya orada yaşanmayacaq dərəcədə təhlükəli vəziyyətə düşüb.

2016-cı il aprelin 2-ə keçən gecə 1994-cü ildə bağlanan atəşkəsdən sonra ilk dəfə Qarabağ münaqişəsi zonasında təmas xəttində ən böyük miqyaslı hərbi toqquşma baş verib.

 

Aprelin 6-da tərəflər atəşkəs rejiminin bərpası ilə bağlı razılığa gəldiklərini bəyan ediblər.

 

Aprelin 10-da Yerevanda keçirilən mətbuat konfransında ATƏT-in Minsk Qrupunun həmsədrləri çıxardıqları nəticələri açıqlayıblar. Bu qrup 1992-ci ildən Qarabağ münaqişəsi ilə bağlı danışıqlara vasitəçilik edir, oraya Belarus, Almaniya İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan və Azərbaycan daxildir, həmsədrləri isə Fransa, Rusiya və ABŞ təmsilçiləridir.

 

Həmsədrlər bəyan ediblər ki, onların mandatına “birinci kimin başladığını və baş verənlərə görə kimin məsuliyyət daşıdığını araşdırmaq daxil deyil”. Onların qarşısında duran vəzifə tərəflərə vəziyyəti stabilləşdirməyə kömək etmək, sülhü qorumaq və “tərəfləri danışıqlar masası arxasına otuzdurmaqdır”.

 

Rəsmi məlumata görə, “aprel müharibəsi” zamanı Azərbaycan tərəfindən 31 hərbçi həlak olub. Amma “Xəzər” Hərbi Araşdırmalar Mərkəzi başqa rəqəm açıqlayıb – 94 nəfər.

 

Rəsmi məlumata əsasən, Ermənistan tərəfindən 92 hərbçi həlak olub.

JAMnews-un Bakı, Yerevan və Stepanakertdəki jurnalistləri 2016-cı ilin aprelində hadisələri izləyiblər. Onların hazırladıqları materialların linkləri bu fotoreportajda yerləşdirilib.

 Talış kəndi yaxınlığındakı sovetdənqalma keçmiş “Alaşan” sanatoriyasının ərazisində yerləşən məcburi köçkün düşərgəsi

Plastik evlər bitum-sement zəmin üzərində qurulub və odun peçi ilə qızdırılır

İcmanın iki mağazası var

Düşərgədə elektrik və internet mövcuddur

İçməli su mənbəyi hamı üçün ümumidir

İnsanlar əsasən heyvandarlıqla məşğul olur

Keçmiş Alaşan hospitalının binasında artıq iki ildir ki, məktəb fəaliyyət göstərir. Məktəb mebelinin bir hissəsini Alaşana Talışdan gətiriblər.

 Məktəbdə 23 şagird var. Hakimiyyət bildirir ki, Alaşanda məktəb binası tikməyə ehtiyac yoxdur, çünki talışlılar yaxın zamanda öz evlərinə qayıdacaqlar.

 Kənd sakinləri üçün yeni evlər, uşaq bağçası, şadlıq evi

1991-1994-cü il Qarabağ Müharibəsi qurbanlarının xatirə memorialı

Atışmadan ziyan çəkmiş binalar. Foto: Marut Vanyan, JAMnews

Foto: Marut Vanyan, JAMnews

Azərbaycan və Etrmənistan arasında Dağlıq Qarabağ ətrafında silahlı münaqişə 1991-1994-cü illərdə baş verib. Atəşkəs bağlanandan sonra Dağlıq Qarabağ Respublikası Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi tərəfindəən tanınmayan de-fakto müstəqil respublika kimi mövcuddur. Azərbaycan Dağlıq Qarabağ və müharibə əsnasında tutulan ətraf əraziləri işğal olunmuş hesab edir və geri qaytarılmasını tələb edir.

Münaqişə tərəfləri mütəmadi olaraq təmas xəttində toqquşmalar haqda məlumat verir və bir-birini təxribatda günahlandırır.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır
Facebook Comments

More on JAMnews