Abxaziyada tanınmayan idman turnirləri arasında ən nüfuzlusu keçirilir" />

FIFA-sız futbol

Abxaziyada tanınmayan idman turnirləri arasında ən nüfuzlusu keçirilir

Abxaziyada ConIFA eqidası altında keçirilən futbol üzrə dünya çempionatı hələ ki, dünya turnirlərinə yolu bağlı olan yığmalar üçün təsəlliyə çevrilib.

Suxumda pula qənaət edilmədən keçirilən təmtəraqlı açılış mərasimini nəzərə almasaq belə dünya KİV-nin turnirə maraq göstərəcəyi əvvəlcədən məlum idi. Bu da daha çox idman deyil, siyasi səbəblərlə izah edilir. Axı qərb mətbuatında ConIFA çempionatı “tanınmayan və öz əraziləri olmayan separatist ölkə və xalqların turniri kimi tanınır.

Artıq uzun müddətdir ki, müstəqil mövcud olan Abxaziya, Şimali Kipr, Kürdüstan və Somalilend turnirdə müstəqillik barədə düşünməyən belə müxtəlif tarixi regionların yığmaları ilə birlikdə iştirak edirlər. Çətin ki, çempionatda komandaları iştirak edən Laplandiya və Retsiya indi əllərində olandan daha çoxuna can atırlar.

Onlar böyük siyasətə qarışmırlar, onları ilk növbədə futbolun özü maraqlandırır.

“Bu, haqqında heç vaxt eşitmədiyiniz ən nüfuzlu beynəlxalq futbol yarışıdır, – The Christian Science Monitor turniri belə anons etdi. Və çox güman ki, bu indi Abxaziyada keçirilən çempionatın ən dəqiq tərifidir. On iki yığmanın iştirak etdiyi turnirə maraq həqiqətən də böyükdür.

Oyunların canlı yayımını nəinki internetdə, həm də bir çox ölkələrin telekanallarında izləmək olar.

FİFA bu çempionatı və orada iştirak edən yığmaları tanımasa da, öz iştirakçılarını bu yarışa göndərib.

Komandaların səviyyələri kifayət qədər fərqlənir. Artıq qrup mərhələsinin oyunlarından görünür ki, Abxaziya, Şimali Kipr, Qərbi Ermənistan, Padaniya, Laplandiya və Kürdüstanın kifayət qədər güclü komandaları var. Bu kollektivlərdə təcrübəli futbolçular toplaşıb, bəziləri nüfuzlu Avropa çempionatlarında çıxış edirlər. Onlarla yanaşı tam “könüllü yığmalar da var.

Belə ki, Çaqos adalarının yığması Abxaziya və Qərbi Ermənistanla bir qrupda keçirdiyi iki oyun ərzində öz qapısından 21 top buraxdı, bu zaman rəqibin qapısına bir top belə vura bilmədi. Abxazlarla oyun zamanı yerli azarkeşlərin çarəsiz müqavimət göstərən Çaqos futbolçularına ürəyi necə ağrıdısa, bütün stadion bir ağızdan “Çaqos, Çaqos, – deyə qışqıraraq, tam ciddi öz futbolçularından daha afrikalıların qapısına qol vurmamağı tələb etdilər.

Abxaziyanın yığmasına müəyyən mənada öz fanatlarının çağırışları təsir etdi. Onlar rəqibin qapısına daha 20 qol vura biləcəkləri halda, 9 qolla kifayətləndilər.

Çaqosun yığmasında iki Mandarin soyadlı futbolçu oynayır ki, bu da yerli hazırcavablara afrikalıların bu qədər uğursuz oyununun səbəbini tapmağa kömək etdi: “İki mandarin var, bir dənə də portağal yoxdur. Kiminlə oynayasan? Həm də sitrus meyvələri özlərini yayda narahat hiss edirlər. İndi onların mövsümü deyil.

Düzdür, Yaponiya koreyalılarının yığmasının oyunçusu Mandarin qardaşlarından daha çox populyarlıq qazandı, iş orasındadır ki, pasportda onun adı lap abxaz adı və soyadı kimidir – Şota Ayba. Bu cür populyarlığından xəbəri olmayan futbolçu (meydançaya o cəmi bir dəfə əvəzləyici kimi çıxdı), tam ciddi şəkildə bəyan etdi ki, adı və soyadı ləqəb deyil, bu onun əsl adıdır.

Oyundan dərhal sonra Ayba nəslinin nümayəndələri onu öz himayələri altına götürdülər və hətta söz verdilər ki, turnirdə pauza yaranan kimi, Şota Aybanı abxaz qardaşlarına təqdim etmək üçün ailə qonaqlığı təşkil edəcəklər.

Koreyalı isə öz növbəsində, ona göstərilən diqqətə minnətdarlıq əlaməti olaraq, nəinki Abxaziyanın tarixini, həm də abxaz Ayba soyadının tarixini öyrənməyə söz verdi. Niyyətinin ciddi olduğunu sübut etmək üçün o artıq abxaz dilində bir neçə söz də öyrənib.

İndiki çempionat kiçik qalmaqalsız da ötüşmədi. Bəzi yerli azarkeşlər üçün Qərbi Ermənistanın onsuz da güclü olan yığmasının tərkibində iki yerli futbolçu Armen Kapikyan və Ruslan Trapizonyann olması xoşagəlməz bir sürpriz oldu. Axı bu komanda çempionluq uğrunda mübarizədə Abxaziyanın əsas rəqibi sayılır.

“Abxaziyanın yığmasına qarşı oyunda meydançaya çıxmasalar, onların özləri üçün də yaxşı olacaq, – vətənpərvər meylli yerli fanatlar deyir.

Bütün bunların səbəbkarı olan və Çaqos yığmasının qapısına dörd qol vuran Armen Kapikyanın özü isə bildirir ki, Abxaziya onun vətənidir və təbii ki, ona azarkeşlik edir, amma Qərbi Ermənistan da ona yad deyil, əcdadları oralıdır.

Bununla belə qeyd etməyə dəyər ki, Kapikyan və Trapizonyan əvvəlcədən Abxaziyanın geniş siyahısına daxil edilməyiblər və ancaq bundan sonra onlar Qərbi Ermənistanın yığmasında iştirak etmək dəvətini qəbul ediblər.

Düzdür, əksər yerli azarkeşlər futbolçuların seçimini anlayışla qarşılayır, Suxumda ənənəvi abxaz qonaqpərvərliyi ilə qəbul olunan və yerli, kifayət qədər nüfuzlu erməni diasporu tərəfindən himayə olunan Qərbi Ermənistan yığmasının özü də özünü kifayət qədər rahat hiss edir.

“Soçinin erməni diasporu bizi hələ hava limanında qəbul etdi, sərhədə qədər yola saldı və az qala əldən ələ Abxaziyadakı diaspora ötürdü, onlar da bizi düz otelə qədər müşayiət etdilər. Belə bir mehriban münasibət çox xoşdur, – Qərbi Ermənistan yığmasının mətbuat xidmətinin rəhbəri Anuşavan Şahnazaryan deyir.

Məqalədə bildirilən fikirlər müəllifin nöqtei-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər


More on JAMnews