Vigen Sarqsyan yeni nazir təyin edilənədək öz vəzifəsini yerinə yetirəcək" />

Ermənistanın müdafiə naziri səlahiyyətlərinin icraçısı özünü yeni hökumətdə görmür

Vigen Sarqsyan yeni nazir təyin edilənədək öz vəzifəsini yerinə yetirəcək

“Yeni hökümətin tərkibində özümü görmürəm”

Ermənistanın müdafiə naziri səlahiyyətlərini müvəqqəti icra edən Vigen Sarqsyan yeni nazir təyin edilənədək vəzifəsini yerinə yetirəcək. Bu barədə Vigen Sarqsyan jurnalistlərlə görüşündə bildirib.

Vigen Sarqsyan 2018-ci ilin aprelində Nikol Paşinyanın mübarizəyə başladığı Ermənistan Respublikaçılar Partiyasının üzvüdür. Paşinyanın başladığı hərakata ölkənin minlərlə vətəndaşı dəstək vedib. Nəticədə ERP-nin lideri baş nazir Serj Sarqsyan istefaya gedib.

Xalq hərəkatı öz lideri Nikol Paşinyanın hökumət başçısı seçilməsini tələb edirdi. İlk turda  Paşinyanın baş nazir seçilməsi üçün müxalifətin səsi çatmadı – parlamentin hakim çoxluğu buna imkan vermədi.

Amma mayın 8-də keçirilən ikinci turda  parlamentdəki çoxluq onun namizədliyini dəstəklədi.

Respublikaçılar qeyd etdilər ki, onlar əvvəlki kimi Paşinyanın namizədliyinin əleyhinədirlər, amma ölkənin stabilliyi naminə ona dəstək verirlər.

Vigen Sarqsyan qeyd edib ki, siyasi baxışlarındakı fərqə görə, yeni baş nazir Nikol Paşinyanın yeni komandasında özünü görmür.

“Yeni formalaşmış komanda ölkənin tərəqqisini təmin etməyəcək. Mənim siyasi baxışlarım bu komandada iştirakıma imkan vermir. Bu səlahiyyətləri kimin öz üzərinə götürdüyünü görməyincə heç nə məni səlahiyyətlərimin icrasından çəkindirə bilməz. Yeni hökumətdə ona görə iştirak etmirəm ki, nazir muzdlu işçi deyil, siyasi vəzifədir. Mənim də siyasi baxışlarım var. Ümumi işə xeyir verməyəndə, effektiv nazir olmaq çətindir”.

Vigen Sarqsyan deyib ki, varisinin uğurla çalışması üçün əlindən gələni edəcək və ona lazımi informasiyaları verəcək.

“Baş verənlər inqilqb deyil”

Vigen Sarqsyan bir qədər əvvəl artıq keçmiş hakimiyyətə qarşı mübarizə aparan hərəkatın lideri Nikol Paşinyanı baş nazir postuna gətirib çıxaran  hadisələrə də toxunub. Nazir səlahiyyətlərini icra edən Sarqsyan baş verənləri inqilab hesab etmədiyini bildirib. Onun fikrincə, sadəcə hakimiyyət dəyişikliyi baş verib.

O bildirib ki, hazırda parlamentdə böyük çoxluğa malik olan və baş nazir postunu azlığa təhvil verən Ermənistan Respublikaçılar Partiyası konstruktiv müxalifət mövqeyindədir və bu vəziyyətin praktikada necə işləyəcəyini zaman göstərəcək.

“Sərhəddə hərbi qüvvələrin cəmləşməsi davam edir”

Nikol Paşinyanın son ayda baş verən və “məxməri inqilab” adlandırılan hadisələr nəticəsində baş nazir seçilməsindən sonra sərhəddə vəziyyət gərginləşib. Vigen Sarqsyanın sözlərinə görə, sərhəddəki gərginlik qarşılıqlı atışmalarla müşaiyət olunmayıb.

“Sərhəddə bəzi yerlərdə hərbi qüvvələrin cəmləşməsi baş verib”, – deyə o bildirib.

Sarqsyan qeyd edib ki, erməni silahlı qüvvələri şəraitə nəzarət edirlər və hər an cavab tədbirlərinə hazırdırlar.

Vigen Sarqsyanın sözlərinə görə, hər 40 sakinindən biri hərbçi olan Ermənistan kimi ölkədə dövlət institutlarını hərbi qüvvələrlə əlaqələndirmək lazımdır.

“İnsanlar kiçik bir ölkədə böyük bir ordunun nə qədər əhəmiyyətli olduğunu başa düşməlidirlər”, – deyə əlavə edib.

Nazir səlahiyyətlərini müvəqqəti icra edən Sarqsyan hesab edir ki, ölkənin təhlükəsizliyi partiyalıqdan üstün anlayışdır. Ölkənin müdafiəsi təkcə bir pariyanın və ya parlamentdəki çoxluğun işi deyil.


More on JAMnews