Robert Koçaryan hesab edir ki, yeni Seçki Məcəlləsi seçkilərə xas olan ən pis təzahürlərin katalizatoru olacaq " />

Ermənistanın ikinci prezidenti qarşıdan gələn seçkilər haqda: “Ədəbsizlik atmosferində pul kisələrinin mübarizəsi olacaq”

Robert Koçaryan hesab edir ki, yeni Seçki Məcəlləsi seçkilərə xas olan ən pis təzahürlərin katalizatoru olacaq

Foto www.azatutyun.am

Ermənistanın ikinci prezidenti Robert Koçaryan özünün rəsmi saytı 2rd.am-a müsahibəsində qarşıdan gələn parlament seçkiləri və seçkiöncəsi mübarizə haqda fikrini ifadə edib:

“Aydındır ki, ədəbsizlik atmosferində pul kisələrinin mübarizəsi olacaq. Çünki seçicilərin əksəriyyəti ağır sosial şəraitdədir, göründüyünə görə, onlar puldan imtina edə bilməyəcəklər və səs auksionunda iştirak edəcəklər… Bunun nə ilə nəticələnəcəyini bilmək çətin deyil”.

Koçaryan qeyd edib ki, 2015-ci ildə həyata keçirilən konstitusiya islahatlarını hələ də yanlış hesab edir. Bu dəyişikliyin nəticəsində Ermənistan yarıprezident dövlət idarəçiliyi modelindən parlament modelinə keçib. Bundan başqa, onun fikrincə, bu, Ermənistan üçün uzunmüddətli mənfi nəticələrə yol açacaq.

Eks-prezident hesab edir ki, yeni Seçki Məcəlləsi seçkilərə xas olan ən pis təzahürlərin katalizatoru olacaq:

“Mahiyyətinə görə majoritar seçkilərin məntiqi proporsional seçkiləri üstələyir. Şəxslər arası mübarizə partiyalar arası mübarizəni ikinci plana atıb ki, bu da parlament modeli şərtlərində seçkiqabağı mübarizənin tərifli üstünlüklərini sıfıra endirir. Bununla da bu seçkilərdə ideoloji mübarizə heç bir əhəmiyyət daşımayacaq”.


More on JAMnews