Polis keçmiş dövlət başçısının qardaşına qarşı yeni cinayət işi qaldırıb, məhkəmə isə qudasının həbsinə qərar verib " />

Ermənistanın eks-prezidenti Serj Sarqsyanın yaxın çevrəsi hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir

Polis keçmiş dövlət başçısının qardaşına qarşı yeni cinayət işi qaldırıb, məhkəmə isə qudasının həbsinə qərar verib

Photo: azatutyun.am

Ermənistanın eks-prezidenti Serj Sarqsyanın yaxın çevrəsi 2018-ci il “məxməri” inqilabından və hakimiyyət dəyişikliyindən dərhal sonra hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Onlar xüsusilə iri həcmdə dələduzluqda, qanunsuz narkotik dövriyyəsində, qanunsuz silah saxlamaqda, qanunsuz varlanmaqda və əmlakını gizlətməkdə ittiham olunurlar.

Ermənistanda oliqarxlar büdcəyə on milyonlarla dollar vermək qərarına gəliblər

Ermənistanın eks-prezidenti Serj Sarqsyan artıq onu istefaya vadar edən şəxslə qonşuluqda yaşamayacaq

Yeni ittihamlar

Serj Sarqsyanın böyük qardaşı Levon Sarqsyana qarşı yeni cinayət işi açılıb. O, xüsusilə iri həcmdə vəsaiti ələ keçirməkdə ittiham olunur. Xüsusi İstintaq Xidmətinə cinayət haqda məlumatı biznesmen Vladislav Manqasaryan təqdim edib.

Daha əvvəl Manqasaryanın özünə qarşı cinayət işi qaldırılmışdı. O, erməni əsilli amerikalı biznesmen Edmon Xudoyana məxsus “Arin Kapital” şirkətindən xüsusilə iri həcmdə vəsaiti oğurlamaqda ittiham olunurdu. Şirkət uzun illər əvvəl Ermənistanın inşaat sahəsinə investisiya yatırıb.

Onun şirkətindən vəsait oğurlanıb. Və bunda Manqasaryanı ittiham ediblər, baxmayaraq ki, Ermənistanda Levan Sarqsyanın məsələyə aidiyyatının olduğu haqda danışılırdı.

Hakimiyyət dəyişikliyindən sonra Manqasaryan artıq özü eks-prezidentin qardaşının fiqurantı olduğu cinayət haqqında məlumat verib.

Levan Sarqsyana qarşı əvvəl başqa iş üzrə – əmlakının deklarasiyadan yayındırılması və qanunsuz varlanma ilə bağlı ittiham irəli sürülmüşdü. Onun qızları və oğlu ittiham obyekti olub. Onlara qarşı “qanunsuz varlanma və əmlakını deklarasiyadan gizlətmə” ittihamı ilə cinayət işi qaldırılıb.

Məhkəmə Serj Sarqsyanın qudasının həbsinə qərar verib

Bu gün məhkəmə istintaqın təqdim etdiyi Ara Minasyanın həbsi ilə bağlı vəsatəti qəbul edib. Minasyan keçmiş prezidentin kürəkəninin atası, yəni Serj Sarqasyanın qızının qayınatasıdır.

Ara Minasyan uzun illər “Surb Qriqor Lusavoriç” tibb mərkəzinə rəhbərlik edib. İnqilabdan sonra o, vəzifəsindən azad edilib. Ona qarşı xüsusilə böyük həcmdə oğurluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, sənəd saxtakarlığı ilə bağlı ittihamlar irəli sürülüb.

Onun dövlətə vurduğu ziyanın ümumi məbləği 426 milyon dram (878 min dollara yaxın) təşkil edir.

Eks-prezidentin qohumlarını daha nədə ittiham edirlər?

Serj Sarqsyanın digər qardaşı Aleksandr Sarqsyana qarşı da cinayət işi qaldırılıb. O, xüsusilə iri həcmdə dələduzluqda günahlandırılır. Ermənistanın keçmiş prezidentinin qardaşını “Saşik” adlandırırlar və burada çox vaxt “Saşikin 50 faizi” ifadəsini eşitmək mümkündür.

Serj Sarqsyanın prezidentliyi illərində xalq arasında deyirdilər ki, biznesmenlərin çoxu məcburi şəkildə gəlirinin 50 faizini onun qardaşı Saşikə verməli olur. Ermənistanda hakimiyyət dəyişəndən sonra bu vəsaitlərin dövlət büdcəsinə qaytarılması çağırışları səslənməyə başlayıb.

“Məxməri” inqilabdan sonra Aleksandr Sarqsyan bir neçə dəfə saxlanılıb, üzərində axtarış aparılıb və silah tapılıb ki, sonda da bu silahın rəsmi icazəsinin olduğu aydınlaşıb. Milli Təhlükəsizlik Xidməti Aleksandr Sarqsyanın evində də axtarış aparıb, daha sonra isə onun oğlu Narek haqqında axtarış elan edib.

Ötən il dekabrın 6-da Narek Sarqsyanı Praqada Qvatemala vətəndaşı Franklin Qonsales adına saxta pasportla aşkarlayıblar.

O, “qanunsuz silah, sursat, partlayıcı maddə, partlayıcı qurğu almaqda, satmaqda, saxlamaqda, ötürməkdə və ya gəzdirməkdə, həmçinin psixotrop maddələrin dövriyyəsi və ya satmaq məqsədilə hazırlanmasında” təqsirləndirilir.

Eks-prezidentin digər qardaşı oğlu Hayk Sarqsyan qətl cəhdində şübhəli bilinir.

Facebook Comments

More on JAMnews