Günahı sübuta yetirilərsə, onu 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir" />

Ermənistanın eks-prezidenti Serj Sarqsyan tezliklə müttəhimlər kürsüsündə əyləşə bilər

Günahı sübuta yetirilərsə, onu 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu dövlət vəsaitinin mənimsənilməsi haqda cinayət işinin istintaqı sona çatıb.

Keçmiş dövlət başçısına qarşı “dizel işi” üzrə ittiham irəli sürülüb. Sarqsyan milyon dollardan çox büdcə vəsaitinin talan edilməsində günahlandırılır.

Hazırda iddianamə prokurora təqdim olunub. Ermənistanın Xüsusi İstintaq Xidməti materialların məhkəməyə göndərilməsi haqda vəsatət qaldırıb.

Məlum olduğu kimi istintaq zamanı Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyanın 2013-cü il yanvarın 25-dən fevralın 7-ə qədər hökumətin ehtiyat fondundan 489.160.310 dram (milyon dollardan çox) həsmində vəsaiti taladığına dair sübutlar əldə olunub. Bu məbləğ dövlət dəstəyi proqramı çərçivəsində 15.391.765 litr dizel yanacağı əldə etmək üçün subsidiya olaraq ayrılıb.

İstintaqın versiyasına görə, talan prezident Serj Sarqsyan tərəfindən “Flesh” şirkətinin sahibi Barseq Beqlaryanla əlbirliyində təşkil olunub.

Bu cinayətlərin törədilməsinə görə:

  • Serqo Karapetyana qarşı vəzifə səlahiyyətlərindən istifadə edərək başqasının əmlakını xüsusisə iri həcmdə mənimsəmə və talama ittihamı,

 

  • Serj Sarqsyan və Barseq Beqlaryana qarşı isə bu cinayətdə iştirak ittihamı irəli sürülüb.

Keçmiş prezidentin özü öz günahını rədd edir və bu işi özünə qarşı siyasi təqib hesab edir.

Yeri gəlmişkən, 2018-ci il “məxməri” inqilabından sonra Sarqsyan haqqında cinayət işi qaldırılan artıq ikinci keçmiş prezidentdir. Və o, bu gün azadlıqda olsa da, onun sələfi Robert Koçaryan artıq bir ildən çoxdur ki, həbsdədir.

 


More on JAMnews