Çayları və dərələri aşaraq, qədim kəndlərdə fasilə edərək dağ yolları ilə 70 kilometrlik məsafə" />

Ermənistanda yeni turizm: vəhşi təbiət, adrenalin və yerli biznesin inkişafı

Çayları və dərələri aşaraq, qədim kəndlərdə fasilə edərək dağ yolları ilə 70 kilometrlik məsafə

туризм, экотуризм, Сюник, Капан, общественная организация, бизнес, кампания, тропа, гид, бизнес, гостевой дом,

Ermənistanın bir qrup bələdçisi ölkənin ən cənubunda ekoturizmi inkişaf etdirmək qərarına gəlib və artıq gələn ildən burada daha çox turist gözləyirlər.

Yeni 70 kilometrlik turist marşrutu Sünik vilayətində yaradılacaq, qoruq və meşələrdən keçəcək, Qafan və Meğri şəhərlərini cığırlarla birləşdirəcək.

Yol boyu vəhşi təbiət, çağlar çaylar, qədim məbədlər və kəndlər. Foto JAMnews

Bələdçilər deyirlər ki,bu dağ marşrutu tamamilə vəhşi təbiəti görmək, dərələri aşmaq, çaylardan keçmək, qədim məbədləri və kəndləri görmək imkanı verir.

Turistlər üçün gələcək “cənnət”? Gürcüstanın Daşbaş dərəsindən fotoreportaj

Sakinlərinin dolanışıq dalınca heç yana getmədiyi erməni kəndi

“Çinarlıq” qoruğu, şərq fıstığı meşələri, çadır düşərgələrinin qurulduğu Hustup dağı da marşrut üzərindədir. Marşrutun bir hissəsi düz məşhur İpək Yolu üzərindən keçir.

туризм, экотуризм, Сюник, Капан, общественная организация, бизнес, кампания, тропа, гид, бизнес, гостевой дом, զբոսաշրջություն, էկոտուրիզմ, Սյունիք, Կապան, հասարակական կազմակերպություն, բիզնես, արշավ, քայլուղի, զբոսավար, բիզնես, հյուրատուն

“Çinarlıq” qoruğu da marşruta daxildir. Foto JAMnews

İdeya “Cənublu bələdçilər”ictimai təşkilatına aiddir. Onların məqsədi isə yalnız ekoturizmin inkişafı deyil, həm də yerli sakinlər üçün iş yerlərinin yaradılmasıdır

“2019-cu ilin sonuna doğru bizim marşrut hazır olacaq – tam düşünülüb təşkil olunmuş, dövlət standartlarına müvafiq və xəritələrdə əks edilmiş şəkildə. O vaxta qədər yerli bələdçilərin çoxu da yenidən hazırlıq keçəcəklər. Biz yerli və xarici agentliklərlə əməkdaşlıq çərçivəsində böyük piar kampaniyası təşkil edəcəyik və çox sayda turist cəlb edə biləcəyimizə ümid edirik”, – “Cənublu bələdçilər” təşkilatının sədri Robert Matevosyan deyir.

Marşruta və müvafiq olaraq yeni turizm biznesinə “Şikaox” qoruğunun və “Arevik” Milli Parkının ətrafında yerləşən səkkiz kənd cəlb olunub.

“Yerli sakinlər ərzaq satacaq, restoran açacaq, yerli ənənəvi sənətkarlıq növlərinə tələbat yaranacaq. Məqsəd ondan ibarətdir ki, icmalar özləri kənar yardım olmadan inkişaf etsin, turizm onlar üçün stimul olacaq”, – “Cənublu bələdçilər” təşkilatının bələdçisi, ekoloq və proqram koordinatoru David Akopyan deyir.

David Akopyan ixtisasca tarix müəllimidir, Kanada geoloji muzeyində çalışır, boş vaxtlarında isə bələdçilik edir. Foto JAMnews

Bütün proqram “Ekoturizm mühafizə olunan ərazilər ətrafındakı icmaların sosial-iqtisadi inkişaf stimulu kimi” adlanır. 2018-ci ildən bəri artıq 27 bələdçi hazırlanıb – onlarla birlikdə əfsanələr tarixlə və ənənələrlə bağlı hekayələr toplanıb, turistlər üçün proqram tərtib edilib.

“Marşrut hazırlanan zaman bizimlə Peru, Kolumbiya, Rusiya və Polşadan olan könüllülər çalışıb. Əgər lazımi maliyyəni əldə edə bilsək, ilin sonuna qədər mehmanxana biznesinin tenə təşkil olunması haqda kurslar da keçirəcəyik”, – David deyir.

70 kilometrlik bu marşrut üçün ayrıca sayt da hazırlanacaq, orada digər məlumatlarla yanaşı layihəyə daxil olan azı 40 ailənin təqdim etdiyi məhsul və xidmətlərin siyahısı da yerləşdiriləcək. Saytda bu yerlərə xas olan ənənəvi yeməklərin reseptləri veriləcək.

 

Hər il Sünik vilayətinə artıq ABŞ-dan, Avropadan, Rusiyadan, Yaponiyadan iki-üç min turistin gəldiyi ehtimal olunur. Bu yerlər Ermənistan sakinləri arasında da artıq çoxdan populyardır. Foto JAMnews

 

Şikaox proqrama daxil olan səkkiz kənddən biridir, Yerevandan 330 kilometrlik məsafədə yerləşir. Kəndin ətrafında sıx meşəlik var, “Şiokaox” qoruğu da yaxınlıqda yerləşir, yerli bitkilərin və heyvanların çoxu Qırmızı Kitaba daxil edilib. Foto JAMnews

1990-cı illərin əvvəllərindən Şikaox kəndinin əhalisi dörd dəfə azalıb, burada çox az sakin qalıb.

Yerli məktəbin hərbi hazırlıq müəllimi 58 yaşlı Aramais Tadevosyan həyat yoldaşı Goharla birlikdə turizm biznesinə qatılmaq qərarı alıb və ilk addımları atıblar. Onlar ikimərtəbəli evlərini təmir edib və hətta bu evdə ilk turistləri də artıq qəbul ediblər.

“Bizə Rusiya və Kolumbiyadan turistlər gəlib. Biz onları ev şəraitində qəbul etdik, öz ərzaqlarımızla yedizdirdik. Toyuq saxlayırıq, istixanamız var, özüm araq çəkirəm, həyat yoldaşım yaxşı yemək bişirir. Qiymətlərimiz yüksək deyil, amma hələlik, təəssüf ki, böyük axın yoxdur”, – Aramais deyir. Foto JAMnews

Aramaisin oğlunun 28 yaşı var. Lap bu yaxınlarda Baqrat həyat yoldaşı və övladı ilə birlikdə Rusiyadan gəlib.

Baqrat da bələdçi kurslarını keçib. Və öz əlləri ilə maşın yığıb ki, turistləri dağlara aparsın. Foto JAMnews

“Mən qazanc dalınca getmişdim, amma Rusiyadakı həyata alışa bilmədim. Əgər turistlər bizim yerlər haqda bilsələr bizə gələcəklər. Bizim də işlə məşğul olmaq imkanımız yaranacaq, öz kəndimizdən getmək haqda daha düşünməyəcəyik, hətta çıxıb gedənlər də geri dönəcəklər”, – Baqrat deyir.


More on JAMnews