Baş nazir Paşinyan bəyan edib ki, bu, Ermənistan kimi bir ölkə üçün biabırçılıqdır" />

Ermənistanda vəzifəli şəxslər hələ də oğullarını orduda xidmətdən yayındırmağa çalışırlar

Baş nazir Paşinyan bəyan edib ki, bu, Ermənistan kimi bir ölkə üçün biabırçılıqdır

Ermənistanda bəzi yüksək vəzifəli şəxslər hələ də rüşvətlə oğullarını Ermənistan ordusundan yayındırmağa çalışırlar. Bu haqda baş nazir Nikol Paşinyan bildirib:

“Hazırda hərbi xidmətdən yayınma ilə bağlı işlərlə polis, Baş Prokurorluq və Milli Təhlükəsizlik Xidməti məşğul olur. Təəssüflə qeyd edirəm ki, ilkin məlumatlara görə, bizdə hələ də çağırış sahəsində sui-istifadələr var. Təəccüblüdür ki, bizimki kimi bir ölkədə vəzifəli şəxslər tərəfindən belə hüquq pozuntuları baş verir. Bu sadəcə biabırçılıqdır”.

Paşinyan onu da əlavə edib ki, hakimiyyət orduda korrupsiya hallarına qarşı sərt mübarizə aparacaq:

“O qədər siyasi bəyanatlar səslənir, biz bu haqda bu qədər danışırıq, amma görünür ki, bəziləri bizim zarafat etdiyimizi düşünür. Və onlar bundan sonra gedib, sövdələşirlər, rüşvət verirlər, rüşvət alırlar, sonra da onları saxlayırlar. Və bu insanlar hələ təəccüblənirlər ki, bu, necə onların başına gəlir? Rəsmi şəkildə bir daha bəyan edirəm, korrupsiyaya qarşı güzəştsiz mübarizə aparacağıq”.

Ermənistan mediası yazır ki, orduda xidmətdən yayınma ilə bağlı işlərlə Müdafiə Nazirliyi möhkəmləndirilmiş iş rejimində məşğul olur. Üstəlik, yalnız vəzifəli şəxslərin deyil, adi vətəndaşların da işlərinə baxılır.

Bu arada baş nazir Nikol Paşinyan təsdiqlıyib ki, onun oğlu Qarabağda orduda xidmət edir. Və bu onun seçimi olub. Paşinyan israrla bildirir ki, bu, bəzilərinin ehtimal etdiyi kimi aqressiv jest deyil, sülhməramlıdır:

“Düşünürəm, biz hamımız anlayırıq ki, mən oğlumu Qarabağa göndərdiyim zaman orada müharibə başlanmasını istəmərəm. Və tanrı göstərməsin ki, mənim oğlum və həmvətənlilərimin oğlanları, həmçinin sıravi Azərdaycan vətəndaşlarının oğlanları orada həlak olsunlar. Mənim üçün əlbəttə ki, bu problemdir. Mən istəmirəm ki, bu baş versin.

Mən sevinərdim ki, prezident İlham Əliyev də öz oğlunu xidmətə  göndərsin. Biz hamımız əmin olardıq ki, cənab Əliyev də oğlunun həlak olmasını istəməz. Və mən bunu sülhsevər jest kimi qəbul edərdim”.


More on JAMnews