Mədənin istismarının təhlükəsizliyi haqda rəy verən konsaltinq şirkəti öz ekspertizasının nəticələrini yetərsiz hesab edib" />

Ermənistanda qızıl mədəninin taleyini həll edə bilmirlər. Amulsarla bağlı ekspertiza ətrafında kuryoz

Mədənin istismarının təhlükəsizliyi haqda rəy verən konsaltinq şirkəti öz ekspertizasının nəticələrini yetərsiz hesab edib

Avqustun 29-da Ermənistan hökumətində Amulsar üzrə ekspertiza aparan Livanın “Elard” şirkəti ilə Skype konfrans keçirib. Ekspertiza təxminən bir il davam edib və aşağıdakı suala cavab verməli idi: Ermənistanın cənubunda, Cermuk kurort şəhərinin yaxınlığında yerləşən qızıl mədəninin istismarı nmə dərəcədə təhlükəsizdir?

Konfrans əsas sualdan başlayıb və həmin sualı baş nazir Nikol Paşinyan verib: Amulsarın istismarı zamanı ekoloji risklərə nəzarət etmək mümkün olacaqmı?

Konsaltinq şirkətinin nümayəndələri bildiriblər ki, onların tədqiqatı mədənin istismarının təhlükəsizliyini müəyyən etmək üçün yetərli deyil.

Bu arada “Elard” şirkətinin kompleks ekspertizası artıq büdcəyə 400 min dollara başa gəlib.

Avqustun 14-də ekspert qrupunun rəyi dərc olunub. Rəyə əsasən, Amulsar yatağının istismarı zamanı ətraf mühit üçün risklər minimaldır.

O zaman hakimiyyət yüni ekoloji ekspertizanın keçirilməsindən imtina etmişdi. Baş nazirin özü Facebook sosial şəbəkəsində apardığı saat yarımlıq canlı yayım zamanı mədənin işlənməsi zamanı təhlükəsizlik səviyyəsi misilsiz olacaq.

“Qızıl mədəninin işlənməsi ətraf mühitə ziyan vurmayacaq” – Ermənistanın baş naziri. Yenilənib

ABŞ Ermənistanın iki şirkətinə qarşı sanksiya tətbiq edib

Yeni tədqiqata ehtiyac varmı? Müzakirələrin nəticələri

Hökumət nümayəndələri və “Elard” şirkətinin nümayəndələri arasında müzakirələrlayihə əlaqələndiricisi Rikardo Xurinin bəyanatı ilə başlayıb. O deyib ki, Amulsar ərtafındakı ərazilərin su ehtiyatları üçün risklər “idarə olunan olmalıdır”. Və bu, mədənin işlənməsinə lisenziya alan “Lydian” şirkəti lazımi şəkildə əlavə tədbirlər görəcəyi təqdirdə mümkün olacaq.

Baş nazirə bu ifadə kifayət qədər qeyri-müəyyən gəlib və o, Xuridən fikrini daha konkret ifadə etməsini xahiş edib.

O zaman Xuri dərhal yeni ekspertizanın keçirilməsinin vacib olduğunu bildirib:

“Mahiyyətcə, “Lydian” şirkətinin təklif etdiyi tədbirlərin əskikləri var. Ətraf mühitə təsirin yenidən dəyərləndirilməsi lazımdır. Ətraf mühitə təsirin qiymətləndirilməsini yenidən aparmaq lazımdır”.

Bununla yanaşı az əvvəl baş nazirin mətbuat katibi Vladimir Karapetyan bəyan edib ki, bu ekspertizanın keçirilməsi üçün Ermənistan hökuməti heç bir əsas görmür.

Konfransda həmçinin parlament deputatları və “Lydian Armenia” şirkətinin nümayəndələri də iştirak edib.

Ətraf mühit naziri Erik Qriqoryan Livan şirkətinin nümayəndələrindən soruşub ki, niyə şirkətin ekspertizası suallara aydın cavablar vermir və əskiklərlə doludur?

Xuri özlərinə haqq qazandırmaq üçün deyib ki, tədqiqatın sifarişçisi Ermənistanın İstintaq Komitəsi olub, hansı ki, ətraf mühitə ziyan vurulması şübhəsi ilə cinayət işi qaldırıb. Və şirkət məhz komitə vasitəsilə müxtəlif strukturlarla əlaqə yaradıb. Xurinin sözlərinə görə, bu strukturlardan biri olan “Elard” şirkəti onların tədqiqatının çoxsaylı əskiklərini göstərib.

Bundan belə çıxır ki, konsaltinq şirkəti iş prosesində özləri yeni tədqiqat aparmaq əvəzinə daha əvvəl yerli strukturların aapardıqları tədqiqatların nəticələrinə əsaslanıblar.

Xuri bildirib ki, İstintaq Komitəsini maraqlandıran əsas sual bu olub – mədən ümumiyyətlə işləyə bilərmi? Şirkət də cavab verib ki, əldə olan məlumatlara əsasən, təhlükəsiz istismar mümkün deyil:

“Bizim komandamız hesab edir ki, 2016-cı ildə aparılan ekspertizalar, o cümlədən də ətraf mühitə təsirin qiymətləndirilməsi mədənin təhlükəsiz istismarı üçün yetərli deyil. Bu da bizim rəydə çox dəqiq sənədləşdirilib”.

Amulsar mədəni işində qohumluq əlaqələri

Avqustun 29-da Ermənistan mediasında Amulsarla bağlı cinayət işi üzrə istintaq qrupunun rəhbəri Yura İvanyanla keçmiş təbiəti mühafizə naziri Aramis Qriqoryanın qohum olduqları haqda məlumat yayılıb. Infocom.am portalının xəbərinə görə, İvanyan və Qriqoryan xala uşaqlarıdır.

Yeri gəlmişkən, Qriqoryan 2016-cı ildə mədənin istismarını dəstəkləyən ekspert rəyini təsdiqləyib.

Keçmiş nazir qan qohumluğunu inkar etməyib:

“Bəli, biz qohumuq. Burda nə var ki? Biz uzaq qohumuq. Ekspertiza hələ 2014-cü ldə təsdiqləmişdi. 2016-cı ildə yeni vəziyyətdən, müəyyən xüsusi durumlardan çıxış edərək ətraf mühitə təsirin qiymətləndirilməsini bir daha apardıq”.

Bununla yanaşı avqustun 26-da məhz Yura İvanyan mətbuat konfransında çıxış edərək mədənin istismarında ekoloji risklərin idarəolunan olacağını bəyan edib.

İki qardaşdan başqa istintaq qrupunun rəhbəri Yura İvanyanın bacısı da Təbiəti Mühafizə Nazirliyində işləyir. O, biomüxtəliflik və biotəhlükəsizlik sahəsi üzrə siyasət şöbəsinin rəisidir.

Bütün bunlara baxmayaraq, İstintaq Komitəsində əmindirlər ki, obyektiv istintaqın təmin edilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilib.

Mədən haqda

Amulsar mədəni Ermənistanın böyüklüyünə görə ikinci qızıl mədənidir. Bu mədən Cermuk kurort şəhərinin 13 kilometrliyində, Arpa və Vototan çayları arasında yerləşir.yataq 31 ton filiz və 40 ton təmiz qızıldan ibarətdir.

“Lydian Armenia” qızıl mədənini 2005-ci ildə kəşf edib.

2012-ci ilə qədər şirkət investor axtarıb və mədənin işlənməsi proqramını hazırlayıb. O cümlədən də 2012-ci ildə “Lydian Armenia” və Ermənistan hökuməti yatağın işlənməsi haqda saziş imzalayıblar, şirkət mədənin istismarı hüququnu alıb.

Mədənin işllənməsinə qarşı etirazlar 2011-ci ildə başlayıb. Bu etirazlarda ətraf yaşayış məntəqələrinin sakinləri və ekoloqlar iştirak edib. Onlar hesab edirlər ki, qızıl hasilatı Cermuk şəhərinin, Sevan gölünün və bəzi çayların vəziyyətinə mənfi təsir göstərə bilər. O zaman həmçinin “Cermuk mədən olmayacaq” təşəbbüsü də olmuşdu. Təşəbbüsdə deyilirdi:

“Cermuk və Cermuk gənclərinin gələcəyini korlamağa imkan verməyəcəyik”.

2012-ci ildə mədənin işlənməsinə qarşı imza toplanmağa başlayıb. Fəallar dəfələrlə yatağa gedən yolları kəsib, ağır texnikanın işinə mane olublar. 2018-ci ildə isə onlar qızıl hasilatının dayandırılmasına nail olublar.

Elə həmin il Ermənistanın İstintaq Komitəsi ətraf mühitə ziyan vurulması şübhəsilə cinayət işi qaldırıb. Bütün sualların cavabını beynəlxalq ekspertiza verməli idi.

Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, müsbət rəy verilərsə, Amulsar yatağı istismaq olunacaq:

“Əgər istismarın Sevan gölü və Cermukun su sistemi üçün təhlükəsiz olduğu əsaslandırılsa, layihə həyata keçiriləcək. Amma təhlükə varsa, mən baş nazir kimi heç nədən asılı olmayaraq, onun istismarına icazə verə bilməyəcəm”.

Yekunda ekspertiza belə nəticəyə gəlib ki, mədənin işlənməsi “idarə olunmayan risk” daşımır. Yəni qızıl hasilatının bərpası üçün hökumətin qarşısında “yaşıl işıq” yandırılıb.

Amulsar yatağı niyə belə vacibdir?

Amulsar yatağının istismar hüququnu “Lydian” şirkəti alıb. O, müstəqil Ermənistan tarixində ən böyük investisiya paketinə malikdir. Atruktur 325 milyon dollarlıq rəqəm açıqlayıb. Ehtimal olunurdu ki, ilkin mərhələdə, yəni inşaat işlərinə 1300 nəfər cəlb olunacaq, istismar müddətində isə 770 nəfər işlə təmin ediləcək.

Mədənin işlənməsi şirkətin hesablamalarına görə, Ermənistan ÜDM-nin illik dövr üçün 1,4 faiz və ya 185 milyon dollar həcmində artımını təmin etməlidir.

“Lydian” şirkəti dövlət büdcəsinə 50 milyon dollar ödəmə ilə Ermənistanın ən iri beş vergi ödəyicisi sırasına daxil olmağı nəzərdə tutub. İxrac göstəriciləri isə ilkin hesablamalara görə, ildə 286 milyon dollara çata bilər.


More on JAMnews