Yol hərəkəti qaydalarının pozulmasına şahid olanlar video çəkib onlayn rejimdə polisə göndərə biləcəklər " />

Ermənistanda qayda pozan sürücüləri artıq adi vətəndaşlar müəyyən edəcək

Yol hərəkəti qaydalarının pozulmasına şahid olanlar video çəkib onlayn rejimdə polisə göndərə biləcəklər

qəza, Sisak Qabrielyan, yol hərəkəti qaydaları, yol hərəkəti qaydalarının pozulması, qayda pozan, sürücü

Ermənistanın Milli Məclisi yol hərəkəti qaydalarının pozulması hallarının videoya çəkilməsi haqda qanun layihəsi qəbul edib. Artıq yol hərəkəti qaydalarının pozulmasına şahid olan istənilən şəxs video çəkib, öz mobil telefonundadı əlavədən polisə göndərə biləcək.

Amma bu yeni qayda əvvəlcə parlamentdə, daha sonra isə cəmiyyətdə birmənalı olmayan reaksiya doğurub. Bəziləri qanunun “satqınlığa” dəvət etməsindən hiddətlənib.

Yeni qanun haqda

Qanun layihəsinin müəllifləri hakim “Mənim addımım” blokunun deputatları Sisak Qabrielyan və Armen Pambuxçyan olub.

Uzun adlı “Videokameralar və fotoqrafik cihazlarla müəyyən edilən yol qaydalarının pozulması haqda işlər üzrə inzibati icraatın xüsusiyyətləri haqda” qanuna əlavələrin qəbul edilməsinin lehinə 84 deputat səs verib, 24 nəfər əleyhinə olub, üç nəfər isə bitərəf qalıb.

Qnun layihəsinə qarşı çıxanlar “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasının deputatları olub. Onlar hesab edirlər ki, qəbul edilən qanun “donosçuluğa” gətirib çıxaracaq.

Qanun layihəsinin müəllifləri isə bununla razı deyillər. Onlar hesab edirlər ki, vətəndaşlar qanun pozuntusu haqda məlumat verməsə sadəcə borcludurlar. Üstəlik şikayətlərə baxılmayacaq. Məlumat göndərənlər öz adlarını qeyd etməlidirlər.

Yeri gəlmişkən, hökumət eyni şəxs tərəfindən göndərilən elektron məlumatların aylıq və illik maksimum sayına məhdudiyyət müəyyən etməlidir. Layihənin həmmüəllifi Sisak Qabrielyan daha əvvəl bildirmişdi ki, böyük ehtimalla eyni şəxsdən eyni nəqliyyat vasitəsi ilə əlaqədar ayda cəmi bir, ildə isə cəmi 10 məlumatdan artıq göndərmək mümkün olmayacaq.

Yol hərəkəti qaydalarını pozanlarla bağlı vətəndaşlar artıq indidən şikayət edə bilərlər. Amma tezliklə xüsusi mobil əlavə hazırlanacaq və onun köməyi ilə mobil telefonlardan ləngimədən foto və videolar göndərmək mümkün olacaq. Əlavə artıq hazırlanma mərhələsindədir.

Əvvəlcə platforma Yerevanda və dövlətlərarası böyük yollarda sınaq rejimində işləyəcək, daha sonra isə bütün Ermənistanda tətbiq olunacaq.

Ədalət naminə demək lazımdır ki, bu ideya çox da yeni deyil. 2018-ci ilin “məxməri” inqilabına qədər polis səyyar videomüşahidə cihazlarından istifadə etməyə hazırlaşırdı, amma cəmiyyət arasında başlayan qızğın etirazdan sonra təxitə salınıb.

Bir qədər statistika

Ermənistanın Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-avqust aylarında ölkədə 2950 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəza nəticəsində həlak olanların sayı 219 nəfər, ümumilikdə ziyan çəkənlər isə 4253 nəfər olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,8 faiz artıb.

Sosial şəbəkələrdə nə yazırlar?

Facebook-un Ermənistan seqmentində əlavənin tezliklə istifadəyə verilməsi haqda xəbər günün mövzusu olub.

İstifadəçilərin bir hissəsi ölkədə “donosçuluq” metodlarının tətbiq olunmasından qəzəblənib, bir hissəsi isə qanun layihəsinin müəlliflərinə minnətdarlıq bildirir.

Bəzi şərhləri təqdim edirik:

“Bunu necə başa düşək? İndi hamı bir-birindən donos yazacaq?”

“Yollarda bircə donosçularımız çatışmırdı!”

“Bu böyük kömək olacaq. Qəzalar çox tez-tez insan həyatlarına son qoyur. Bəlkə bu əlavə kömək edər”.

“Müəyyən hallarda video göndərəcəm. Əgər hesab etsəm ki, kobud pozuntudur, video göndərəcəm. Qoy bununla müvafiq strukturlar, məsələn, yol polisi məşğul olsun”.

“Çox yaxşı ideyadır!”

“Çox doğru qərardır! ABŞ-da da bu sistem işləyir. Vətəndaşlar tərəfindən nəzarət ən sonda ona gətirib çıxaracaq ki, Ermənistanda sürücülər qaydalara uyğun sürəcəklər!”


More on JAMnews