Tenderin yeganə iştirakçısı – Rusiyanın ORSİS şirkəti elə öz nümayındələrinin fikrincə, Ermənistan Silahlı Qüvvələri üçün silah təchizatçılarının qara siyahısına düşüb " />

Ermənistanda Müdafiə Nazirliyinin silah təchizatı üzrə ilk tenderi cinayət işi ilə nəticələnib

Tenderin yeganə iştirakçısı – Rusiyanın ORSİS şirkəti elə öz nümayındələrinin fikrincə, Ermənistan Silahlı Qüvvələri üçün silah təchizatçılarının qara siyahısına düşüb

Ermənistanın Müdafiə Nazirliyi ilk dəfədir ki, bir neçə milyon dollar dəyərində hərbi texnika təchizatı üçün tender elan edib. Müsabiqədə iştirak etmək üçün müraciət edən Rusiyanın ORSİS şirkəti bəyan edib ki, onun təklifi bütün  ixtisaslaşmış tələblərə uyğun olub. Amma tezliklə tender səbəblər izah olunmadan bağlanıb. Rusiya şirkəti elan edib ki, Ermənistan Silahlı Qüvvələrinə silah təchizatçılarının qara siyahısına düşüb. Şirkət məsələni məhkəmədə həll etmək niyyətindədir və artıq Ermənistan Müdafiə Nazirliyinə qarşı iddia qaldırıb.

Rusiya oğrular üçün cənnətdir?

Ermənistanın baş naziri və müdafiə nazirindən səs-küylü “hərbi” bəyanatlar

İşin təfərrüatları

2019-cu ilin yazında Ermənistan Müdafiə Nazirliyi silah və sursat alınması ilə bağlı tender elan edib. Müsabiqədə iştirak üçün yeganə müraciət bir neçə il Ermənistana silah, patron və optika gətirən Rusiyanın ORSİS şirkətindən daxil olub.

[Ermənistanın] bu qurumundan bildiriblər ki, biz lazımi sənədləri təqdim etməmişik, bu isə həqiqətə uyğun deyil. Biz bundan sonra bir neçə həftə ərzində Müdafiə Nazirliyinin bizim kontragentlərdən rəsmi tələb etdiyi bütün məlumatları vermişik. Nəticədə bizə deyilib ki, guya biz bəzi mövqelər üzrə təhvil-təslim aktlarını təqdim etməmişik”, – ORSİS nümayəndəsi bildirib.

Şirkət baş nazir Nikol Paşinyana və müdafiə naziri David Tonoyana müraciət ünvanlayıb, amma hem bir cavab almayıb.

Foto: Baqramyan 26 Telegram kanalı

Yekunda ORSİS elan edib ki, silah təchizatı ilə bağlı tender əsassız olaraq ləğv edilib və bununla bağlı şirkət məhkəmədə iddia qaldırıb. “Xidməti vəzifəyə səhlənkar münasibət” maddəsi ilə cinayət işi qaldırılıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, ORSİS Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesinə də müraciət edib ki, yaranmış vəziyyət aydınlaşdırılsın.

Rusiya mediası yaranmış vəziyyətin Ermənistanda patron zavodunun inşası layihəsinin həyata keçirilməsi üçün də təhlükə yaratdığını yazıb. Güman edilirdi ki, müəssisə Rusiya sərmayəsi hesabına yaradılacaq. Söhbət bir neçə milyon dollarlıq məbləğdən gedirdi.

Araşdırmaçı jurnalistlər ORSİS haqda

Hələ ötən il mütəşəkkil cinayətkarlıq və korrupsiyanın işıqlandırılması üzrə beynəlxal layihədə iştirak edən jurnalistlərin ORSİS şirkəti haqda apardığı araşdırma nəticəsində məqalə yazılmışdı. Məqalədə deyirdi ki, şirkət Rusiyanın keçmiş baş nazir müavini Dmitri Roqozinlə bağlıdır. Məhz Roqozin vaxtilə Rusiya silahının Azərbaycama satışını koordinasiya edirdi. Üstəlik Roqozinin oğlu Aleksey tüfəng istehsal edən ORSİS zavodunun baş direktor müavini idi.

 “2012-ci ildə, onun atası Dmitri Roqozin  Rusiya silahının çatdırılması ilə məşğul olmağa başlayanda onun oğlu ətrafında qalmaqal başlayıb və bundan sonra ata Roqozin Facebook sıhifəsində bunları yazmağa məcbur olub: “ailə məşvərrətində mən və oğlum çətin qərar qəbul etdik, bu qərara əsasən, o, doğma şirkətdən getməlidir ki, maraqların toqquşması haqda söz-söhbətə əsas vermiş olmasın”, – məqalə müəllifləri yazır. Araşdırmaçı jurnalistlərin məlumatına əsasən, Dmitri Roqozinin oğlu həqiqətən də vəzifəsindən gedib. Amma bir müddət sonra oğlununyerini başqa qohumu tutub”.

Ermənistan mediası tenderin ləğv edilməsinin ehtimal olunan izahatı kimi bu faktları xatırladır.

Ermənistanın hərbi qurumunda nə deyirlər?

Müdafiə Nazirliyinin mətbuat katibi təfərrüatlar haqda məlumat verməyib. Qurumdan yalnız bu açıqlama gəlib:

“Bu məsələ ilə bağlı cinayət işi qaldırılıb və bütün əlavə məlumat istintaq orqanlarının işi başa çatdıqdan sonra veriləcək”.


More on JAMnews