Hrayr Tovmasyana qarşı artıq cinayət işi qaldırıla bilər, amma hələlik o, öz səlahiyyətlərini yerinə yetirməyə davam edəcək" />

Ermənistanda iqtidar partiyasının Konstitusiya Məhkəməsinin sədrinə qarşı mübarizəsi davam edir

Hrayr Tovmasyana qarşı artıq cinayət işi qaldırıla bilər, amma hələlik o, öz səlahiyyətlərini yerinə yetirməyə davam edəcək

Ermənistanın Konstitusiya Məhkəməsi, Hrayr Tovmasyan, Mənim addımım, Ermənistan Konstitusiyası

“Mənim addımım” iqtidar partiyası hesab edir ki, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan ali məhkəmə instansiyasına rəhbərlik ed bilməz. Onun vəzifədən uzaqlaşdırılması istiqamətində fəal addımlar parlament çoxluğunun Konstitusiya Məhkəməsinə müraciəti ilə başlayıb. Müraciət Tovmasyanın səlahiyyətlərdən məhrum edilməsi ilə bağlı idi. Amma Konstitsiya Məhkəməsi Milli Məclisin müraciətinə baxmaqdan imtina edib, çünki həmin müraciətdə “müəyyən edilmiş reqlamentə əməl edilməyib”.

Konstitusiya Məhkəməsinin Milli Məclisin müraciətinə baxmaqdan imtina etməsi Hrayr Tovmasyanın öz vəzifəsinin icrasına davam eedəcəyi anlamına gəlir və məsələ heç məhkəmə iclasına qədər də gedib çıxmayacaq.

Parlament müraciətində isə göstərilib ki, Tovmasyan Ermənistanın eks-prezidenti Robert Koçaryanın ona qarşı irəli sürülən ittihamların konstitusiyaya zidd olub-olmadığının dəyərləndirilməsi ilə bağlı vəsatətinə baxarkən əhəmiyyətli pozuntulara yol verib. Ermənistanın ikinci prezienti konstitusiya quruluşunu devirməkdə günaklandırılır və hazırda həbsdədir.

Eks-prezidentin ittiham olunduğu 2008-ci il “1 mart” işi Ermənistanın yeni, inqilabdan sonrakı hakimiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir və bu iş diqqət mərkəzində saxlanılır.

Tovmasyanı vəzifəsindən uzaqlaşdırmaq uğrunda mübarizə davam edir. Konstitusiya Məhkəməsinin hazırkı sədri niyə və daha nədə ittiham edilir? Bütün təfərrüatları təqdim edirik.

“Ermənistan həbsxanalarında imtiyazlı məhbuslar var”

Son hadisələr

Konstitusiya Məhkəməsi sədrinin iki qızı Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub. Onlarla söhbətin təfərrüatları açıqlanmır.

Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Hrayr Tovmasyanın ata evində də olublar. Tovmasyanın atası bildirib ki, əməkdaşlar onun evində bir saata yaxın olublar. verilən suallar bu evin inşası ilə bağlı olub.

“Onları özləri ilə mütəxəssislər gətirmişdilər ki, damın nə zaman tikildiyini müəyyən etsinlər. Mən bu yoxlamanın keçirilməsinə icazə verdim, vəssalam”.

MTX-nin əməkdaşları vaxtilə iqtidarda olan və 2015-ci ilə qədər Hrayr Tovmasyanın da üzvü olduğu Ermənistan Respublika Partiyasının ofisində axtarış da keçiriblər.

KM-nin sədri nədə ittiham olunur?

Ermənistan Parlamentinin deputatı Arman Babacanyan cinayət haqda Baş Prokurorluğa məlumat təqdim edib. Məlumat Konstitusiya Məhkəməsi sədrinin “hakimiyyəti qəsb etməsi” ilə əlaqədardır. Deputat bildirir ki, Tovmasyan 2018-ci ildə bu vəzifəyə gələrkən qanun pozuntusuna yol verib.

Babacanyan hesab edir ki, 2018-ci ildə Hrayr Tovmasyanın deputat səlahiyyətləri müəyyən edilmiş qaydada dayandırılmayıb. Müvafiq olaraq, o, Konstitusiya Məhkəməsinin sədri vəzifəsini tuta bilməzdi.

Bu müraciət əsasında Xüsusi İstintaq Xidməti bir qrup şəxs tərəfindən hakimiyyətin qəsb edilməsi əlaməti üzrə cinayət işi qaldırıb.

İqtidar partiyasının uğursuz cəhdi

Hələ deputat Arman Babacanyanın müraciətindən əvvəl “Mənim addımım” iqtidar partiyası Konstitusiya Məhkəməsinə instansiya sədrinin səlahiyyətlərondən məhrum edilməsi ilə bağlı müraciət təqdim edib. Amma KM Milli Məclisin müraciətinə baxmaqdan imtina edib.

Konstitusiya Məhkəməsinin cavabında deyilir ki, Milli Məclisin müraciətində müəyyən edilmiş reqlamentə əməl olunmayıb.

Konstitusiya Məhkəməsinin Milli Məclisin müraciətinə baxmaqdan imtina etməsi o deməkdir ki, Hrayr Tovmasyan səlahiyyətlərinin icrasına davam edəcək, iş heç məhkəmə iclasına da gedib çıxmayacaq.

Tovmasyan özü iclasda iştirak etməyib. O bildirib ki, iqtidar partiyası ilə arasında heç bir mübarizə yoxdur, amma öz vəzifəsini tərk etmək niyyətində deyil:

“Mən bu vəzifədən yalnız mənə ayrılan müddət başa çatdıqdan sonra gedəcəm”.

“Mənim addımım” iqtidar partiyası hələlik öz gələcək addımlarını açıqlamayıb. Daha əvvəl ölkənin baş naziri Nikol Paşinyan Konstitusiya Məhkəməsinin tərkibini və sədrini uzaqlaşdırmaq üçün konstitusiya islahatlarını istisna etməmişdi.

İqtidar blokunun təşəbbüsü haqda

Hakim “Mənim addımım” fraksiyası öz layihəsini Milli Məclisə sentyabrın 19-da təqdim edib.

Sənəd 100-ə yaxın səhifədən ibarətdir. Orada Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinin dayandırılması üçün Ermənistan qanunvericiliyinə və beynəlxalq məhkəmə presedentlərinə istinad edərək dörd əsas təqdim olunub.

Ermənistanın Konstitusiya Məhkəməsi eks-prezident Robert Koçaryanın şəxsi azadlıq hüququnun pozulduğu haqda qərar çıxarıb

Hakim partiyanın layihəsində göstərilib ki, bu əsaslardan biri Tovmasyan tərəfindən Ermənistanın eks-prezidenti Robet Koçaryanın ona qarşı irəli sürülən ittihamlarınkonstitusiyaya uyğun olub-olmamasının müəyyən edilməsi ilə bağlı vəsatətinə baxarkən əhəmiyyətli pozuntulara yol verməsidir. Ermənistanın ikinci prezidenti konstitusiya quruluşunun devrilməsində ittiham olunur. KM-nin hakimləri Hrayr Tovmasyanın sədrliyi altında maddələrdən birinin ölkənin əsas qanununa zidd olduğunu təsbit ediblər.

Sənəddə həmçinin deyilir ki, bu qərarın qəbul edilməsi zamanı məhkəmənin qərəzsizlik prinsipi də pozulub. Söhbət KM sədrinin Ermənistanın keçmiş iqtidar partiyası olan Respublika Partiyasının üzvü olmasından gedir.bu partiyanın hakimiyyəti dövründə Tovmasyan müxtəlif vəzifələri tutub. 2010-cu ildə o, ədliyyə naziri təyin edilib, 2014-cü ildə isə Milli Məclis apparatına rəhbərlik etməyə başlayıb.

Tovmasyanın qərəzsizliyinin şübhə doğurmasının səbəbi “1 mart” işinin nəticələri üzrə Respublika Partiyasının sədri Serj Sarqsyanla Robert Koçaryanın maraqlarının üst-üstə düşməsidir. Məhz bu iş üzrə Ermənistanın eks-prezidenti Robert Koçaryan əsas təqsirləndirilən şəxsdir.

Söhbət 2008-ci il 1 mart hadisələrindən gedir, bu zaman nümayişin dağıdılması zamanı 10 nəfər həlak olmuşdu. etiraz edənlər prezident seçkilərinin nəticələrindən narazı olanlar idi. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Serj Sarqsyan prezident seçilmişdi, amma qüvvədə olan prezident hələ də Koçaryan sayılırdı. Buna görə də o, silah tətbiq edərək etiraz aksiyasının sərt dağıdılmasında və insanların ölümündə günahlandırılır.

İqtidarda olan “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts hesab edir ki, təqdim olunan sənədməhkəmə sədrinin vəzifəsindən kənarlaşdırılması üçün yetərli əsasdır:

“Bizim dəyərləndirməmizə görə, bizim hüquqşünaslarımızın təqdim etdiyi hüquqi əsaslar kifayət qədər mühümdür”.

Müxalif “Çiçəklənən Ermənistan” fraksiyası bununla razılaşmayıb. Fraksiyaya daxil olan deputatlar səsvermədə iştirakdan imtina ediblər. Onlar izah ediblər ki, onların qərarı Hrayr Tovmasyanın şəxsiyyəti ilə yox, məhz sənədin qeyri-mükəmməl olması ilə bağlıdır:

“Bizim hüquqşünaslarımız kağızlara baxdılar, onlarda müddətlərin pozulması və bəndlərdə çatışmazlıqlar var. Əsas tezislər hüquqi cəhətdən sübuta yetirilməyib, gətirilən əsaslandırmalar çox zəifdir. Biz də belə nəticəyə gəldik ki, səsvermədə iştirak etməyəcəyik… Hrayr Tovmasyanın qalmalı, yoxsa getməli olduğuna da parlament qərar verməməlidir”, – fraksiya lideri, oliqarx Qaqik Tsarukyan bəyan edib.

Layihə qəbul edilsin deyə sadəcə 80 səs lazım idi də “Mənim addımım” bloku bu qədər səsə onsuz da sahibdir. Amma Makuntsun sözlərinə görə, “məhkəmə sisteminin islahatları, məhkəmə sisteminin müstəqilliyi və ona etimad mandat sahibi olan digər siyasi qüvvələrin də məsuliyyətidir”.

Tovmasyanın özü dəvət olunsa da, müzakirəyə qatılmayıb.

132 deputatdan səsvermədə 101 nəfər iiştirak edib. Onlardan 98 nəfəri Tovmasyanın səlahiyyətləeinin dayandırılmasının lehinə səs verib, əleyhinə səs verən isə cəmi bir nəfər olub. İki bülleten etibarsız sayılıb.

Hrayr Tovmasyan nə ilə məşhurdur? 

Ermənistanda Hrayr Tovmasyanı keçmiş hakimiyyətin nümayəndəsi kimi assosiasiya edən yalnız hazirkı iqtidar partiyası deyil, sadə vətəndaşların çoxu da belə hesab edir.

Tovmasyan Ermənistan Respublika Partiyasının üzvü olub və bir sıra həlledici vəzifələri tutub.

O, 2015-ci ildə konstitusiyaya edilən dəyişikliklər mətninin müəllifi olmaqla məşhurdur. Həmin ilin dekabrında referendum baş tutdu və nəticədə Ermənistan prezident idarə-üsulundan parlament idarəçiliyinə keçdi.

O zaman qüvvədə olan prezident Serj Sarqsyan açıq bildirdi ki, ölkədə yüksək vəzifə tutmaq niyyətində deyil. Amma 2018-ci ilin aprelində parlament çoxluğu öz lideri Sej Sarqsyanı yeni baş nazir seçəndən sonra onun hakimiyyəti öz əlində saxlamaq niyyəti bir daha təsdiqləndi.

Konstitusiyaya edilən dəyişikliklərə qədər o, artıq iki prezidentlik müddətini geridə qoymuşdu və üçüncü dəfə seçilmək imkanı yox idi. Dəyişikliklər ona hakimiyyətə qayıtmaq şansı verdi – bu dəfə baş nazir qismində, yəni də ölkənin birinci şəxsi kimi.

O, vəzifəyə seçiləndən bir neçə gün sonra 2018-ci ilin yazında “məxməri” inqilab günlərində küçələrə axışan insanların təzyiqi altında istefa verdi.

İnqilab lideri Paşinyanın szlərinə görə, Tovmasyan konstitusiya mətnini “Serj Sarqsyanla razılaşdıraraq… yazıb ki, 2035-ci ilə qədər Konstitusiya Məhkəməsinin sədri vəzifəsində qala bilsin”.

 “Bizə başqa Konstitusiya Məhkəməsi lazımdır. Belə çıxır ki, … məsələn, notarial kontoru özəlləşdirmək mümkün olduğu kimi Hrayr Tovmasyan da Serj Sarqsyan və Qaqik Harutunyanın [KM-nin keçmiş sədri – JAMnews] vasitəsilə Konstitusiya Məhkəməsini özəlləşdirib. Və bu gün biz indi 2019-cu ildə Ermənistanda elə bir reallığa çatmışıq ki, …1995-ci ilin Konstitusiya Məhkəməsinə sahibik”, – Paşinyan  bildirib.


More on JAMnews