Sosial şəbəkələrdə təqsirkarın tam ciddiliyi ilə cəzalanırılmasını tələb edirlər – ölkədə artıq qəbul edilmiş heyvanlarla qəddar davranışın kriminallaşdırılması haqqında qanuna müvafiq olaraq" />

Ermənistanda insanların gözü qarşısında iti güllələmiş sahibkarın restoranı boykot edilir

Sosial şəbəkələrdə təqsirkarın tam ciddiliyi ilə cəzalanırılmasını tələb edirlər – ölkədə artıq qəbul edilmiş heyvanlarla qəddar davranışın kriminallaşdırılması haqqında qanuna müvafiq olaraq

heyvanların müdafiəsi, heyvanların hüquqları, sahibsiz itlər, heyvanlarla qəddar davranışın kriminallaşdırılması haqqında qanun

Ermənistanda “Dilijan” Milli parkının direktoru öz restoranının ərazisində insanların gözü qarşısında iti güllələyib.

Sosial şəbəkələrdə insanlar restoran kompleksi və onun sahibi Suren Ağacanyana qarşı üsyana qalxıblar. Onlar təqsirkarın cəzalandırılmasını və bu yaxınlarda qəbul edilmiş heyvanlarla qəddar davranışın kriminallaşdırılması haqqında qanunun tətbiqini tələb edirlər. Həmin qanun layihəsinin müəllifi, deputat Naira Zöhrabyan Milli parkın direktorunun istefasını tələb edir.

Eyni vaxtda azadlıqda və qəfəsdə. Yerevan zooparkından video və foto

Baş vermiş hadisə barədə nə məlumdur

Dekabrın 1-də “Getap” restoranının yaxınlığında baş vermiş hadisənin şahidləri dərhal bu barədə polisə məlumat veriblər. Lakin hadisə yerinə gəlmiş asayiş keşikçiləri bildiriblər ki, heyvanlarla qəddar davranışın kriminallaşdırılması haqqında qanun hələ qüvvəyə minməyib.

Hadisəyə ilk reskaiya verənlərdən biri parlamentin deputatı Naira Zöhrabyan olub. O, Milli parkın direktorunun istefasını tələb edir.

Naira Zöhrabyan özünün “Facebook” səhifəsində hüquq-mühafizə orqanlarının nümayəndələrinin bəyanatını şərh edib:

«Cənab polis rəisinin vəzifələrini icra edən, sizin əməkdaşlarınız qanunu bilmir… Qanunun müəllifi kimi hamıya bildirirəm ki, o, artıq qüvvəyə minib və fəaliyyət göstərir. Mən artıq Ermənistan polisinin rəisinin v.i.e.-nə müraciət etmişəm ki, o, Surik Ağacanyan barəsində bir ildən üç ilə qədər azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğu Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsinin ikinci hissəsinin əlamətləri üzrə araşdırmanın başlanmasına göstəriş versin».

Zöhrabyan həmçinin yazıb ki, şahidlərin sözlərinə görə, onların iradlarına cavab olaraq Dilijan şəhərinin polis rəisinin müavini deyib:

«Bəli, bu, onun heyvanıdır, qeyri-adi nə baş verib ki?»

Zöhrabyan hiddətlə yazır:

«Bütün bu hadisədə hələ böyük məsələ budur ki, sözün əsl mənasında heyvan kimdir».

 İş üzrə şərhlər

Dilijandakı restoranda baş vermiş hadisə böyük rezonans doğurub. Restoranın “Facebook”dakı səhifəsi öldürülmüş itin fotoşəkli olan məlumatlarla doludur və müəlliflər bu iaşə obyektinə getməməyə çağırırlar.

Artıq polis hadisəyə reaksiya verib. Mətbuat xidmətinin bəyanatında deyilir:

«Məlum olub ki, restoran kompleksinin sahibi dekabrın 1-də saat 13:15-də öz adına qeydiyyatdan keçirdiyi “TOZ-16” ov silahı ilə iti güllələyib və öldürüb… Araşdırma aparılır və məlumat yoxlanır».

Həmçinin restoranın adından məlumat meydana çıxıb. Həmin şərhdə deyilir ki, it quduz idi və kompleksin ziyarətçilərinin həyatına təhlükə törədirdi. Lakin sosial şəbəkə istifadəçiləri bu versiyaya inanmırlar və restoranın səhifəsinə hücumları davam etdirirlər.

 Sosial şəbəkələrdə nə yazırlar

“Facebook”un erməni seqmentində hadisə dekabrın 1-i axşamdan etibarən fəal şəkildə müzakirə olunur.

Bizə şərhləri diqqətinizə çatıdırırıq:

«Mən bu restorana ayaq da basmaram!»

«Qəddar hərəkətdir! İti öldürən adam da öldürə bilər. Bu restoranı rüsvay etmək və bağlamaq lazımdır!»

«Onu mühakimə etmək, ya da elə həmin silahla güllələmək lazımdır».

«İt qatili! O, bizim heyvanların müdafiəsi haqqında yeni qanunumuzla mühakimə olunacaq və 3 ilə qədər müddətə həbs ediləcək!»

«Ermənistan polisi hardadır, bu eybəcər niyə indiyə kimi həbs olunmayıb? Təcili cinayət işinə başlanmalı və o, həbs olunmalıdır. Hamı bu cəza barədə bilməlidir!»

«Bu heyvanı qanunun bütün ciddiyyəti ilə cəzalandırmaq lazımdır!»

«Bu Suriki Milli parkın direktoru təyin etmək düzgün deyildi. Dilijanda hamının onun biznesindən və biznesinə görə neçə ağac kəsməsindən xəbəri var…»

«Yalnız iti güllələyən adam deyil, polis rəisinin v.i.e. də cavab verməlidir ki, hamıya dərs olsun!»

 Heyvanlarla qəddar davranışın kriminallaşdırılması haqqında qanun

2019-cu ilin payızında Ermənistanın Cinayət Məcəlləsinə heyvanlarla qəddar davranışa görə məsuliyyət nəzərdə tutan yeni maddə əlavə olunub. Yeni qanun layihəsinin müəllifləri “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatlardır.

Qanun layihəsinə görə, ev heyvanlarına və sahibsiz heyvanlara qarşı qəddar davranışa görə minimal əməkhaqqının 100-300 misli həcmində cərimə, yaxud 1 il müddətinə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Yeni qanunda əvvəlcədən razılaşdırılmaqla və xüsusi qəddarlıqla bir qrup şəxs tərəfindən törədilən cinayətlər ayrıca şərh olunur. Bu hallarda qanun layihəsinə görə, minimal əməkhaqqının 300-400 misli həcmində cərimə və ya 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


More on JAMnews