Başqa ölkələrdən beynəlxalq foruma gəlmiş ombudsmanlar komplimentlərini əsirgəmirlər, lakin yerli sakinlərin bir hissəsi hüquqlarının qorunmadığını hesab edir" />

Ermənistanda insan haqlarının qorunması müzakirə olunur – ombudsman institutunun 15 illiyi münasibətilə

Başqa ölkələrdən beynəlxalq foruma gəlmiş ombudsmanlar komplimentlərini əsirgəmirlər, lakin yerli sakinlərin bir hissəsi hüquqlarının qorunmadığını hesab edir

ombudsman, Rusiya, Tatyana Moskalkova, Arman Tatoyan, insan haqları

Ermənistan insan haqlarının müdafiəçisi institutu yaranmasının 15 illiyini qeyd edir. Bu münasibətlə Yerevanda iki günlük beynəlxalq forum keçirilir və bu tədbirdə 30 ölkənin ombudsmanları iştirak edir.

İnsan hüquqlarının müdafiəçisi Arman Tatoyan özü bildirib ki, Ermənistanda ombudsman institutu “yüksək sədd müəyyənləşdirib”.

Ermənistan ombudsmanının ofisinin təcrübəsi başqa ölkələrdən olan həmkarları tərəfindən yüksək qiymətləndirilib və təriflənib. Lakin bir sıra yerli sakinlər onu tamamilə mənasız hesab edirlər.

Təfərrüatlar – kim çıxış edib və ombudsman institutunun işini necə qiymətləndirib, eyni zamanda bununla əlaqədar sadə vətəndaşlar nə düşünürlər.

Ermənistanda cinayətkar qrup uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsinin qanunsuz sxemini necə yaradıb

Ermənistanın məktəb və uşaq bağçalarında elementar gigiyena şəraiti yoxdur

 Həmkarların qiyməti: Rusiya Ermənistanın təcrübəsindən yararlanacaq

Rusiyada insan haqları üzrə səlahiyyətli Tatyana Moskalkova bildirib:

«Rusiya Federasiyası insan hüquqlarının qorunması məsələsində Ermənistanın təcrübəsindən yararlanacaq… Bu gün biz görürük ki, Ermənistanda insan haqları institutu dövlət daxilində və beynəlxalq aləmdə necə böyük nüfuza sahibdir. 15 il ərzində çətinliklərin dəf olunması kimi nəhəng yol qət olunub, ən əsası isə, bu, yardım edilməsi mümkün olmuş insanların taleləri ilə bağlıdır».

Moskalkova bunun vacib olduğunu hesab edir ki, Ermənistanda ombudsmanın konstitusion-hüquqi statusu formalaşıb. Bu, ombudsmana yalnız hakimiyyət orqanlarının qanunsuz qərarlarına deyil, həmçinin vətəndaşların hüquqlarını və maraqlarını pozan istənilən hüquqi şəxsin qərarlarına reaksiya versin.

Hakimiyyət insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılmasının zəruriliyi barədə danışır

Özünün salamlama nitqində hökumət başçısı diqqəti ona yönəltdi ki, Ermənistan demokratik ölkə olsa da, demokratiya hələlik yalnız 2018-ci ilin “məxməri inqilab”ının emosional davamı kimi mövcuddur.

Nikol Paşinyanın fikrincə, dövlət, hakimiyyət və cəmiyyət demokratiyanın institusional gücləndirilməsinə ehtiyac duyur:

«Demokratiyanın gələcəyi hansısa bir partiyanın, insanın və ya ümumilikdə hakimiyyətin əhvalından, şıltaqlığından və zövqündən asılı olmamalıdır. Biz məhkəmə sisteminin təşəkkül tapmasını ciddi vəzifə hesab edirik. Hökumət müstəqil, nəzarət altında olmayan məhkəmə sisteminə malik olmaq üçün qərarlıdır və iradəsi vardır».

Baş nazir 15 il əvvəl Ermənistanda ombudsman ofisinin açıldığı vaxtları xatırlayıb. O zaman, onun sözlərinə görə, institutun faydası barədə bədbin dəyərləndirmələr səslənirdi. Bundan başqa, ombudsman ofisi ilə hakimiyyət arasında münasibətlər keçmişdə o qədər də ürəkaçan olmayıb. Bunun nəticəsi olaraq, üç ombudsman səlahiyyət müddətləri bitməmiş istefaya gediblər.

«Lakin biz əminik ki, “məxməri inqilab” nəticəsində ombudsmanın fəaliyyəti üçün yeni atmosfer yaranıb. İnqilab elə mühit yaradıb ki, burada insan ən yüksək dəyərdir və onun hüquqlarının qorunması hökumətin əsas vəzifəsidir», – Paşinyan deyib.

Baş nazir ümid edir ki, hökumətlə ombudsmanın əməkdaşlığı nəticəsində Ermənistanda insan hüquqları ilə bağlı vəziyyət “hər gün, hər ay və hər il” yaxşılaşacaq.

 Sosial şəbəkələrdə nə yazırlar

“Facebook”un erməni seqmentində istifadəçilər insan haqları üzrə forumun iştirakçılarının nitqlərini fəal şəkildə müzakirə edirlər.

Bəzilərinə elə gəlir ki, ombudsman ofisi heç kimə lazım olmayan institutdur, digərləri isə, əksinə, hesab edirlər ki, o, real olaraq insan hüquqlarını qoruyur.

Şərhlərdən bəzilərini təqdim edirik:

«Hazırda insan haqları bizim baş nazirimizin sayəsində qorunur, ona görə də, ombudsmanlıq bir iş yoxdur».

«Ombudsman ofisi başdan ayağa qədər lazımsız institutdur. Məni çağıra bilərsiniz – hamısını sübut edərəm!»

«Məhkəmə sistemi köklü şəkildə dəyişməlidir, yalnız bu cür insan hüquqlarını qorumaq olar».

«Bəli, insan hüquqlarına hörmət edilməlidir. Lakin ilk növbədə, mədəni dəyərlərimizə və ənənələrimizə hörmət olunmalıdır. Lakin indiki hakimiyyət buna qətiyyən diqqət yetirmir!»

«Əgər Ermənistanda kimsə insan hüquqları barədə danışmaq hüququna malikdirsə, bu yalnız baş nazirdir».

«Teatr davam edir. İnsanlara pullarını qaytarın! Ömür boyu işləyirlər, indi isə 30 min dramlıq kiçik pensiyaya yaşayırlar və banklardan kreditlər götürürlər ki, qışı birtəhər keçirsinlər! Bəsdir boş-boş danışdınız, artıq işləməyə başlayın!»

«Hansı insan hüquqlarından danışırlar – aydın deyil… bizim hüquqlarımızı necə ki, heç kim qorumurdu, indi də heç kim qorumur!»


More on JAMnews