Ermənistanın baş naziri postuna məxməri inqilabın lideri seçilib
13:33, 8 may
Səsvermənin nəticələrinə görə, Ermənistanın baş naziri ölkənin Respublika partiyasının hakimiyyətinə qarşı hərəkatın lideri Nikol Paşinyan olub. Onun “lehinə” 59, əleyhinə 42 deputat səs verib. Seçilmək üçün 53 səs lazımıydı. Seçkilərin ikinci turunda Nikol Paşinyana Ermənistanın artıq keçmiş hakim Respublika Partiyasından olan deputatlar da səs verib.
Respublikaçılar fraksiyasının rəhbəri səsvermədən əvvəl Paşinyan və onun tərəfdarlarının ünvanına sərt tənqidlə çıxış edib. Vaqram Baqdasaryan bildirib ki, partiya müxalifət liderinin seçilməsinə dəstək olmaqla bağı verdiyi sözə əməl edəcək, baxmayaraq ki, onlar öz fikirlərində qalır, yəni Paşinyanın namizədliyinə qarşıdırlar.
Özünün son nitqində Nikol Paşinyan bütün siyasi qüvvələrə onun seçilməsi məsələsində sərgilədikləri mövqeyə görə minnətdarlığını bildirib və çıxışını “Ermənistan Respublikasına xidmət edirəm, xalqa xidmət edirəm” sözləri ilə bitirib.
12:00, 8 may
Parlamentin iclası başlayıb. Təxmin edilir ki, bu dəfə iclas yarım saatdan çox sürməyəcək, çünki baş nazirlik postuna namizəd Nikol Paşinyana bütün sualları deputatlar artıq seçkilərin birinci turunda veriblər və bütün cavablar artıq alınıb.
09:25, 8 may
Ermənistanda baş nazir seçkisinin ikinci turu bu gün saat 12-də parlamentə təyin olunub. Parlamentdəki bütün qüvvələrin ilkin razılaşmasına görə, baş nazir bu gün seçiləcək. Ötən dəfə olduğu kimi bu dəfə də yeganə namizəd müxalif “Yelk” fraksiyasının lideri Nikol Paşinyandır.
Aprelin 23-də parlamentdə çoxluq təşkil edən Ermənistan Respublikaçılar Partiyasının lideri baş nazir Serj Sarqisyan istefa verib. O, həmin postda bir həftədən də az qalıb. Onun istefasını aprelin 13-dən başlayaraq günü-gündən güclənən minlərlə tərəfdarı olan müxalifət hərəkatı tələb edirdi. Serj Sarqisyanın istefasından sonra itəatsizlik hərəkatı hakimiyyətə qarşı mübarizəni davam etdirərək öz liderləri, parlamentin deputatı, müxalif “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyanın baş nazir postuna seçilməsini tələb edirdilər.
İlk tur mayın 1-də keçirildi. Xalq hərəkatının dəstəklədiyi namizədə parlamentdə təmsil olunan dörd siyasi qüvvədən üçü dəstək verdi. Amma bu səslər bəs etmirdi. Parlamentdəki çoxluq Paşinyanın seçilməsinin qarşısını aldı. Hərəkatçılar cavab olaraq yenidən paytaxt küçələrində yol hərəkətini iflic vəziyyətə saldılar. Bu dəfə dövlətlərarası yollar da bağlandı, aeroport işləmədi. Mayın 2-də isə Respublikaçılar Partiyası bəyan etdi ki, ölkədə stabilliyi qorumaq üçün etirazçıların lideri Paşinyanın namizədliyini dəstəkləməyə hazırdır.
Parlamentin vitse-spikeri, Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov bu ərəfədə bildirib:
“Biz Respublikaçılar Partiyası plaraq Ermənistanın baş nazir postuna namizədlə bağlı öz fikrimizdə qalırıq. Amma biz Paşinyanın seçilməsinə dəstək verəcəyik. Sabah Ermənistanın baş naziri olacaq. Hər Ehtimala qarşı ERP öz tərəfindən bunu təmin edəcək. ERP tərəfindən xalqın namizədi Paşinyanın baş nazir seçilməsi üçün əlavə səslər veriləcək”.
O, müxalifət namizədini kimlərin dəstəyəcəyini açıqlamayıb. Amma erməni mediasında deyilir ki, Paşinyana əvvələr onun ünvanına prinsipial tənqidi fikir söyləməyənlər səs verəcəklər.
Etiraz hərəkatının liderinin seçilməsi üçün 53 səs lazımdır. Müxalif “Yelk”, “Sarukyan” və onlara yaxın “Daşnaksütun” fraksiyalarının səsləri isə ümumilikdə 47 edir.
Paşinyan özü isə bildirib ki. Baş nazir seçilmə ehtimalı 90 faizdir. Bununla belə ilk tur zamanı olduğu kimi bu dəfə də seçkidən bir saat əvvəl onu dəstəkləmələri üçün tərəfdarlarını Yeravanın baş meydanına çağırıb.
Paşinyan 8 may seçki gününüı qeyri-iş günü elan edib:
“Məndən soruşurlar sabah yendidən tətil edirikmi?Mən cavab verirəm: xeyr. Sabahkı günü qeyri-iş günü elan edirəm”.
Öz proqramının detallarını Paşinyan hələ ki açıqlamır. Amma o, dəflərlə bildirib ki, baş nazir seçiləcəyi təqdirdə hökumətdə oliqarxlar olmayacaq və heç bir biznes növündə inhisara yol verməyəcək. Hərəkat lideri bəyan eqdib ki, keçmiş iqtidara qarşı heç bir qisasçılıq etməyəcək, amma kim qanunu pozubsa, cəzalanacaq. Paşinyanın sözlərinə görə, yeni hökümət milli birlik höküməti olacaq, ora Respublika partiyasından da nümayəndələrin daxil olması mümkündür.
Amma hakim partiya bəyan edib ki, baş nazir sekisindən sonra müxalifətə keçməyə hazırdır.
Üstəlik respublikaçılar yeni hökumət proqramının dayandırılması imkanını da istisna etmirlər, bu isə Ermənistan parlamentin buraxılmasına gətirib çıxara bilər ERP-nin parlament fraksiyasının rəhbəri jurnalistlərə deyib:
“Siz o proqramı görmüsünüz? Biz də görməmişik. Təqdim etsinlər baxaq”.