Ekspertiza nəticələrini gözləyərkən ən böyük qızıl mədənində bir il iş dayandırılıb, nəticələr isə ekoloqları təmin etməyib " />

Ermənistanda ekoloji etiraz siyasi qarşıdurmaya çevrilir

Ekspertiza nəticələrini gözləyərkən ən böyük qızıl mədənində bir il iş dayandırılıb, nəticələr isə ekoloqları təmin etməyib

Ermənistanda ekoloji etirazlar siyasi xarakter alır. Ermənistanın İstintaq Komitəsi Amulsar qızıl mədəninin istismarı üzrə kompleksli ekspertiza rəyini dərc edib, bu rəy ekoloqları təmin etməyib. Komissiya belə nəticəyə gəlib ki, yatağın işlənməsi ekologiya üçün zərərli deyil.

Ölkə hökuməti qəti qərar qəbul edən kimi Cermuk kurort şəhəri yaxınlığında qızıl hasilatı bərpa ediləcək.

Ekoloqlar ekspertiza rəyi açıqlanandan sonra siyasi kontekst haqda bəyan ediblər. Onlar ehtimal edirlər ki, hökumət mədəni işləmək hüququ olan şirkətlə məhkəmə çəkişmələrindən qaçmaq üçün ekololoji problemlərə göz yumurlar.

İqtidarda olan “Mənim addımım” partiyasından olan deputat Hayk Gevorqyandan buna cavvab gəlib. 1in.am telekanalının efirində o bildirib ki, mədənin işlənməsi bir il əvvəl, “məxməri” inqilabdan və Ermənistanda hakimiyyət dəyişəndən sonra siyasiləşdirilib:

[Mədənin işlənməsi ilə bağlı – JAMnews] problem 10 il əvvəl başlayıb, amma nə əhali, nə də ekoloqlar heç bir addım atmayıblar. Məsələ bir il əvvəl, [mədən yaxınlığında yerləşən qəsəbələrin sakinləri] mədənə gedən yolu kəsəndən və onun işlənməsinə imkan verməyəndən sonra siyasiləşdirildi. Həmin andan məsələ siyasi oldu, buna qədər ekoloji idi”.

 Mədən, mədəni işlədən şirkət, hökumətin mövqeyi, əhalinin və ekoloqların etirazları haqda bütün təfərrüatlar.

Ermənistan: təhlükəli oyunlar

Foto-hekayə: Ermənistanın Kirovakan-Vanadzor sənaye şəhərinin xarabalıqları

Rəydə konkret nə deyilir?

Ekspertizanı aparan Livanın “Elard” şirkəti hesab edir ki, Amulsar mədənində qızıl hasilatı “idarəolunmayan risklər” daşımır. O cümlədən qeyd olunur ki, yataqda toplanan qrunt suları Cermuk, Keçut su anbarlarının və Sevan gölünün qrunt suları ilə əlaqəli deyil. Bu isə o deməkdir ki, qızıl hasilatı nəticəsində əmələ gələn maddələr bu su hövzələrinə düşməyəcək. Bu isə mədənin işlənməsinə qarşı olanların əsas arqumenti idi.

İş orasındadır ki, Amulsar yatağının istismarı lisenziyasını əldə edən “Lidian Ermənistan” şirkəti qızıl hasilatı üçün ildə təxminən 100 ton sianid natri istifadə edəcək.

Komissiyanın gəldiyi nəticəyə görə, suların qarışması hətta zəlzələ zamanı da mümkün deyil. Ekspertiza mədənin Vorotan, Darb və Arpa çaylarına təsirini dəyərləndirməyib, amma mədəni istismar edən “Lydian Armenia” şirkətinin  təbiətin mühafizəsi üzrə gördüyü tədbirləri yetərli sayıb.

Ekspertiza nəticələrinə əsasən, qızıl hasilatı ərazidə havanın keyfiyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərməyəcək. Bundan başqa, ekspertlərin rəyində mədənin işlənməsinin ətraf mühitə təsirini daha da yumşaldacaq tədbirlərin görülməsi də nəzərdə tutulub.

Mədən və onu işlədən şirkət haqda

Amulsar mədəni Ermənistanın böyüklüyünə görə ikinci qızıl mədənidir. Bu mədən Cermuk kurort şəhərinin 13 kilometrliyində, Arpa və Vototan çayları arasında yerləşir.yataq 31 ton filiz və 40 ton təmiz qızıldan ibarətdir.

“Lydian Armenia” qızıl mədənini 2005-ci ildə kəşf edib. 2012-ci ilə qədər şirkət investor axtarıb və mədənin işlənməsi proqramını hazırlayıb. O cümlədən də 2012-ci ildə “Lydian Armenia” və Ermənistan hökuməti yatağın işlənməsi haqda saziş imzalayıblar, şirkət mədənin istismarı hüququnu alıb.

Ekspertiza aparmaq ehtiyacı niyə yaranıb?

 Amulsar yatağının istismarı üzrə beynəlxalq kompleksli ekspertiza aparmaq ehtiyacı haqda 2018-ci ilin yazında Ermənistanda hakimiyyət dəyişəndən sonra yenidən və fəal danışmağa başlayıblar. Mədənin işinə qarşı olanların Ermənistanın “inqilabçı” hökumətinin pnları dəstəkləyəcəyinə dair ümidi yaranıb. Onlar hesab edirlər ki, qızıl hasilatı Cermuk şəhərinin, Sevan gölünün və bəzi çayların vəziyyətinə mənfi təsir göstərə bilər. O zaman həmçinin “Cermuk mədən olmayacaq” təşəbbüsü də olmuşdu. Təşəbbüsdə deyilirdi:

“Cermuk və Cermuk gənclərinin gələcəyini korlamağa imkan verməyəcəyik”.

2012-ci ildə mədənin işlənməsinə qarşı imza toplanmağa başlayıb. Fəallar dəfələrlə yatağa gedən yolları kəsib, ağır texnikanın işinə mane olublar. 2018-ci ildə isə onlar qızıl hasilatının dayandırılmasına nail olublar.

Elə həmin il Ermənistanın İstintaq Komitəsi ətraf mühitə ziyan vurulması şübhəsilə cinayət işi qaldırıb. Bütün sualların cavabını beynəlxalq ekspertiza verməli idi.

Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, müsbət rəy verilərsə, Amulsar yatağı istismaq olunacaq:

“Əgər istismarın Sevan gölü və Cermukun su sistemi üçün təhlükəsiz olduğu əsaslandırılsa, layihə həyata keçiriləcək. Amma təhlükə varsa, mən baş nazir kimi heç nədən asılı olmayaraq, onun istismarına icazə verə bilməyəcəm”.

Hökumət binası qarşısında ekoloqlar yenə mitinq keçirir

Amulsar yatağının işlənməsinə qarşı çıxanlar avqustun 15-də hökumət binasının qarşısında mitinq keçirib. Yəni aksiya İstintaq Komitəsinin ekspertiza rəyini açıqlamasından bir gün sonra.

Aksiya iştirakçıları bildirirlər ki, İstintaq Komitəsinin yatağın istismarının ətraf mühitə təsiri ilə bağlı bəyanatı sadəcə manipulyasiya xarakteri daşıyır. Onların fikrincə, İstintaq Komitəsi ekspertiza rəyinin ancaq hökumətin işinə yarayan hissələrini seçərək açıqlayıb.

Ermənistanın Ekoloji Fondu vətəndaş təşəbbüsünün nümayəndəsi hesab edir ki, ətraf mühitə təsirin dəyərləndirməsi tam olmayıb, mədənin istismarına icazə isə saxta göstəricilərə əsasən verilib:

“İstismar layihəsinin bu əsasda təsdiqlənməsi qanunsuzdur. Ətraf mühitə təsirin dəyərləndirilməsi tam deyil, yeni dəyərləndirməyə ehtiyac var”.

Etiraz aksiyası iştirakçılarının əllərində müxtəlif yazılar yazılmış plakatlar vardı: “Ekspertiza sübut edib ki, ekoloqlar haqlıdır”, “Elard-ın dəyərləndirməsi əsasında Lydian lisenziyadan məhrum edilməlidir”.

Aksiya iştirakçıları Amulsar qızıl mədəninin işlənməsi ətrafındakı real mənzərəni təqdim etmək üçün 5 nəfərin hökumət binasına buraxılmasını tələb ediblər.

Onlar içəri keçməyə cəhd göstəriblər, amma polislər yollarını kəsib və bildiriblər ki, bura xüsusi mühafizə olunan obyektdir, giriş üçün xüsusi icazə lazımdır.

“Lydian” şirkətində ekspert rəyindən razı qalıblar

“Lydian International” şirkətinin prezident və icraçı direktor vəzifələrini müvəqqəti icra edən Edvard Sellers ekspert rəyində gəloinən nəticələri şərh edib. Onun sözlərinə görə, ekspertizanın bu rəyi “kifayət qədər gözlənilən hadisə idi”.

“Şirkət Amulsar layihəsinin minlərlə birbaşa və dolayı benefisiar üçün çətin ilin sona çatmasından razıdır…, çünki Ermənistan hökuməti dəfələrlə bildirib ki, ekspertiza rəyindən asılı olaraq “Lydian” “Amulsar” layihəsini davam etdirə biləcək”.

Sellars həmçinin deyib:

“İndi biz rəyin bütün mətni ilə tanış olmalıyıq… Biz həmçinin ekspert rəyi ilə əlaqədar olaraq heç bir məhkəmə təqibi və ya cinayət işinin qaldırılması üçün heç bir əsasın olmadığını bilməkdən çox məmnunuq”.

Amulsar yatağı niyə belə vacibdir?

Amulsar yatağının istismar hüququnu “Lydian” şirkəti alıb. O, müstəqil Ermənistan tarixində ən böyük investisiya paketinə malikdir. Atruktur 325 milyon dollarlıq rəqəm açıqlayıb. Ehtimal olunurdu ki, ilkin mərhələdə, yəni inşaat işlərinə 1300 nəfər cəlb olunacaq, istismar müddətində isə 770 nəfər işlə təmin ediləcək.

Mədənin işlənməsi şirkətin hesablamalarına görə, Ermənistan ÜDM-nin illik dövr üçün 1,4 faiz və ya 185 milyon dollar həcmində artımını təmin etməlidir. “Lydian” şirkəti dövlət büdcəsinə 50 milyon dollar ödəmə ilə Ermənistanın ən iri beş vergi ödəyicisi sırasına daxil olmağı nəzərdə tutub. İxrac göstəriciləri isə ilkin hesablamalara görə, ildə 286 milyon dollara çata bilər.


More on JAMnews