Öldürülən heyvanlar xüsusi məzarlıqlarda basdırırlar " />

2017-ci ildə Ermənistanda sterilizə edilən və öldürülən sahibsiz heyvanların ümumi sayı 11 minə yaxındır

Öldürülən heyvanlar xüsusi məzarlıqlarda basdırırlar

2017-ci ildə Ermənistanda 3144 sahibsiz heyvan sterilizə edilib, iki dəfə artıq – 7632 sahibsiz heyvan isə kütləvi infeksiyaların qarşısını almaq üçün öldürülüb. Bu haqda “Yuniqqraf-İks” təşkilatının Yeerevan ofisinin mətbuat katibi Lilit Qriqoryan bildirib.

Öldürülmüş heyvanların basdırılması üçün Yerevan meriyası “Yuniqraf-İks” təşkilatına paytaxtın Erenbuni inzibati rayonunda beş min kvadratmetr sahə ayırıb, bu ərazidə heyvan məzarlığı tikilib. Bu ərazidə “Yuniqraf-İks” təşkilatından başqa heç kim heyvan basdıra bilməz.

Lilit Qriqoryan deyir ki, Yerevanın şəhər administrasiyası sahibsiz heyvanlar arasında yoluxucu xəstəliklərin aşkara çıxarılması istiqamətində tədbirlər görür.

O qeyd edib ki, aşkar olunan xəstəliklər çox müxtəlifdir – tauna qədər. “Bəzi xəstəliklərin müalicəsi mümkün deyil və belə hallarda sahibsiz heyvanlar iynə vurularaq öldürülür. Bəzi xəstəliklər zamanı heyvan azadlığa buraxılmazdan əvvəl müalicə olunur. Bütün sterilizə edilmiş heyvanlar bir sıra xəstəliklərə qarşı aşılandıqdan və parazitlərdən təmizləndikdən sonra buraxılır”, – Lilit Qriqoryan deyir.


More on JAMnews