Ümumdünya Səhiyyə Təşkilatı Ermənistan hökumətinə ümidsiz xəstələrin əzablarını necə yüngülləşdirmək barədə danışıb" />

Ermənistan: Xərçəng, ağrı ilə necə mübarizə aparmalı

Ümumdünya Səhiyyə Təşkilatı Ermənistan hökumətinə ümidsiz xəstələrin əzablarını necə yüngülləşdirmək barədə danışıb

“…insan bu ağrıya dözmək iqtidarında deyil”

“İki il əvvəl məndə şişə görə sol qolum iflic oldu və mən dəhşətli ağrılar hiss etməyə başladım. Elə hissiyyat var idi ki, sanki qolum yanır. Cəhənnəm ağrısı idi… İndi bunu bütün sutka ərzində hiss edirəm, lakin gecələ o, dözülməz olur… mən qışqırıram. İki ay öncə mənə bir ampul omnopon yazdılar. O, ağrını dord saatlıq yüngülləşdirməyə bəs edirdi, indi isə cəmi iki saata bəs edir. Ağrı tutmaları qəflətən başlayır və mən adam olmaqdan çıxıram… insan bu ağrıya dözmək iqtidarında deyil”.

Bu, Ermənistandan olan 61 yaşlı pensiyaçı Lüdmilanın dedikəridir. Onun haqqında bu ölkədə palliativ yardımın (ümidsiz xəstələrə yardım) vəziyyəti haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məruzəsində danışılır.

Xərçəngdən sonrakı həyat – Ermənistandan hekayə

Ermənistanda nə baş verir

Ermənistanda xərçəng xəstəliyinə tutulma hallarının sayı artır. Hər il səıkkiz minə yaxın adam bu xəstəlkikdən ölür. Bu zaman bəziləri dözülməz ağrılar yaşayırlar.

Lakin bu insanlara əzabla ölməməyə kömək etmək elə də çətin deyil. Bunun üçün, ilk növbədə, morfin var – baha olmayan, istehsalatı və tətbiqi asan ağrıkəsici.

Eyni zamanda, palliativ təbabət müəssisələrinin – hospislərin xidmətləri.

Lakin Ermənistan vətəndaşları üçün bu və ya digərinin əlyetərliliyi çətindir.

Bu səbəbdən ümidsiz xəstələr sadəcə olaraq xəstəxanalardan evə göndərilir. Bu, onların fiziki əzablarına dərin psixoloji stresi də əlavə edir.

Əsas problemlər

Ermənistandakı vəziyyəti öyrəndikdən sonra ÜST bəzi əsas problemləri qeyd edib:

– güclü ağrıkəsicilərin əldə olunmasını çətinləşdirən qanunverici tənzimlənmənin izafiliyi;

– səhiyyə sistemində ümidsiz hesab olunan xəstələrə yardımın göstərilməməsi kimi təcrübənin kök salması;

– tibbi personalda müvafiq biliklərin olmaması;

– palliativ yardım müəssisələrinin yoxluğu.

Nə etmək tələb olunur

ÜST-nin məruzəsi insanların əzablarını yüngülləşdirmək üçün Ermənistan hökumətinə konkret tövsiyələri ehtiva edir:

– peroral (həb şəklində) qəbul edilən opium əsaslı ağrıkəsicilərin qeydiyyatı prosedurunun sadələşdirilməsi üzrə istehsalçılarla və idxalçılarla işin aparılması. Bu dərmanları onların qeydiyyatından sonra səhiyyə sisteminin bütün səviyyələrində istifadə etmək.

– Yalnız onkoloqlara deyil, bütün klinik həkimlərə opium əsaslı ağrıkəsicilərin yazılmasına hüquq vermək.

– Yalnız onkoloji xəstələrə deyil, bütün terminal (ümidsiz) xəstələrə opium əsaslı ağrıləsicilərin əlyetərliyini təmin etmək.

– Bu cür ağrıkəsicilərin təyinatında bürokratik razılaşdırmalardan imtina etmək, həkimlərə müstəqil qərar vermək hüququ tanımaq.

– Artıq törədilmiş cinayətin sübutunun olduğu hallardan başqa hüquq-mühafizə orqanlarının opium əsaslı ağrıkəsicilərin təyinatına nəzarətinin ləğv edilməsi.

– Ölkədə palliativ yardım sisteminin yaradılması haqqında Milli strategiyanın və fəaliyyət planının təxirə salınmadan qəbulu.

– Həlimlərin və kiçik tibbi personalın hazırlığı prosesinə palliativ yardımın əsaslarının tətbiqi.

– Tibbi personalın ümidsiz xəstələrlə davranışa, xüsusilə onların diaqnozla tanış edilməsi zamanı anlayışa öyrədilməsi.

– Palliayiv yardımın əldə olunması hüququ barədə ictimaiyyətin məlumatlandırılması.

Ağrısız yalnız iki saat

Bu məqalənin əvvəlində adı çəkilən 61 yaşlı Lüdmilada süd vəzisinin xərçəngi 2002-ci ildə aşkarlanıb. Lakin o, həkimlərə yalnız beş ildən sonra müraciət edib. 2007-ci ildə ona süd vəzisinin əməliyyat edilə bilməyən və qoltuqaltı hissəyə, sol çiyinə metastaz vermiş xərşəngi diaqnozu qoyulub.

O, 2010-cu ildə kəskin ağrılar hiss etməyə başlayıb. Ona yazılmış omnoponun ağrının sakitləşdirilməsi üçün təsiri cəmi iki saata kifayət edir.

Lüdmilanın sözlərinə görə, ağrı heç vaxt tam sakitləşmir, lakin dəırmanın qəbulundan sonra o zəifləyir və bu imkan verir ki, o, yaxınları ilə ünsiyyətdə olsun və ev işlərini görə bilsin.

Facebook Comments

More on JAMnews