Su hövzəsinin temperatur rejimi su səviyyəsinin enməsi nəticəsində dəyişib" />

Ermənistan: Sevan gölünün üzü buz bağlayır, orada məskunlaşan quşlar təhlükədədir

Su hövzəsinin temperatur rejimi su səviyyəsinin enməsi nəticəsində dəyişib

Bu ilin soyuq keçən qışı Sevan gölünə də öz təsirini göstərib – göl donmağa başlayıb. əvvəlcə bu hadisə öz gözəlliyi ilə medianın diqqətini cəlb elədi, amma uzun müddətli, böyük miqyaslı donma hansı nəticələrin və təhlükələrin ola biləcəyini də aydınlaşdırmaq zərurətini doğurdu.

Sevan Milli Parkının mühafizə şöbəsinin inspektoru Artak Sarqsyan bildirir ki, Sevan gölünün donması burada məskunlaşan quşlar üçün təhlükə yaradır. Burada qışlamağa qalan növlər daha isti ərazilərə köçməyə məcbur olub, köç etməyə imkan tapmayanlar isə məhv olublar.

Gölün buz bağlaması yem tapmaq prosesini çətinləşdirir, buna görə də quşlar ərazini tərk edir, ya da acından tələf olur. Bu, növ müxtəlifliyi ilə bağlı ciddi problemlər doğura bilər, çünki quşlar Ermənistan ərazisini həmişəlik tərk edə bilər.

Ermənistanın “Sivilvoys” təşkilatının eksperti, ekoloq Silva Adamyan Tert.am saytına bildirib ki, hazırda problemin həlli üçün iki yol var: ya quşlar yem tapa bilsinlər deyə texnikadan istifadə edərək çuxur açmaq, ya da ekoloqlar və zooloqlar özləri quşları yemləməyə başlamalıdır.

Ermənistan FHN-dən bildiriblər ki, Sevan gölünün səviyyəsinin enməsi nəticəsində gölün temperatur rejimi əhəmiyyətli dərəcədə dəyişib. Istilik ehtiyatı azalıb, bu da gölün donmasına səbəb olub. 1948-ci ildən sonra göl yeddi ildən bir buz bağlayıb. 2017-ci ildə fevralın 3-dən Böyük Sevan tamamən buz bağlayıb, Kiçik Sevan isə qismən donub (80-90 faiz). Buz qatının qalınlığı 10-15 sm təşkil edir.

Qurumun məlumatında deyilir ki, gölün buz bağlaması su hövzəsinə həm müsbət, həm mənfi təsir göstərir. Bu halda buxarlanmanın tamam dayanması müsbət haldır, hansı ki, fevralın əvvəlində gündəlik orta hesabla 1,1 milyon kubmetr təşkil edir. Mənfi olan isə odur ki, buzlaşma nəticəsində suyun tərkibində oksigen azalır.

Panarmenian şəkillər
Facebook Comments

More on JAMnews