Amma siyasi texnoloqlar hesab edir ki, “onların çıxışları əsasən PR-a istiqamətlənib” " />

Ermənistan parlamentinin beş ən fəal deputatı – müxalifətçilər

Amma siyasi texnoloqlar hesab edir ki, “onların çıxışları əsasən PR-a istiqamətlənib”

Yenicə seçilmiş Ermənistan parlamentində ən çox beş müxalifətçi deputat çıxış edib. “Parliament monitoring” saytı tədqiqat aparıb və Ermənistanda 2 aprel 2017-ci il tarixində keçirilən seçkilərin nəticələri üzrə parlamentə keçən deputatların üç aylıq işinin nəticələrini ümumiləşdirib.

Monitorinqin nəticələrinə görə, ən fəal parlamentarilərin beşliyinə “Yelk” fraksiyasının üç üzvü daxil olub:

  • Artak Zeynalyan – 65 çıxış,
  • Nikol Paşinyan – 64 çıxış,
  • Mane Tandilyan – 34 çıxış.

İki digər deputat “Tsarukyan” fraksiyasından:

  • Mikael Melkumyan – 43 dəfə,
  • Sergey Baqratyan – 38 dəfə çıxış edib.

Ermənistan parlamentində dörd fraksiya təmsil olunur. Onlardan ikisi – Ermənistanın Respublika Partiyası və Ermənistanın İnqilabi “Daşnaksütun” partiyası – hakim koalisiya yaratdılar. Ermənistanın İnqilabi  Federasiyası “Daşnaksütun”un tərkibində ən az deputat var – 7 nəfər, ERP 58 mandatla çoxluq təşkil edir. İki digər qüvvə – “Tsarukyan” bloku və “Yelk” özlərini müxalifət elan ediblər. “Tsarukyan” fraksiyası parlamentdə mandatların sayına görə ikinci siyasi qüvvədir – onda mandatların sayı 31-dir, “Yelk” isə mandatların sayına görə “Daşnaksütun”u üstələyir – fraksiyanın tərkibində 9 deputat var.

JAMnews-la söhbətində siyasi texnoloq Viqen Akopyan qeyd edib ki, parlament müxalifətinin fəallığı təbiidir, çünki bu, müxalifətin ölkə sakinləri ilə ünsiyyəti üçün yeganə meydançadır.

“Ağıllı” müxalifət seçicilərlə əlaqələrini saxlamaq, gələcək seçicilərinə onlara səs verməli olduqlarını göstərmək üçün parlamentdən maksimal şəkildə istifadə etməyə çalışır. Amma unutmaq olmaz ki, heç də bütün çıxışların tərkibində rasional elementlər olmur. Yəni kəmiyyət hələ keyfiyyət demək deyil. Onların çıxışları əsasən PR-a istiqamətlənib, halbuki PR siyasətdə heç də pis deyil”, – Viqen Akopyan deyib.

Viqen Akopyanın fikrincə, hakimiyyət əsasən seçki qabağı fəallaşır, qalan vaxtlarda isə onların mövqeyini buna səlahiyyəti olan şəxslər səsləndirir.

“İstənilən halda bu, normal deyil ki, ilk beşlikdə hakimiyyətdən heç kim yoxdur. Ola bilsin, onların hakimiyyətin mövqeyini səsləndirən adamları speaker-lər yoxdur. Bundan başqa, hakim seqmentdə cümlə qura bilməyən deputatlar var, buna görə də onlar çıxış etmirlər”, – Akopyan deyir.

Siyasi texnoloq hesab edir ki, “Tsarukyan” blokunun piar üçün çıxışlara böyük ehtiyacı var, çünki çoxları fraksiyanın müxalif olmasına şübhə ilə yanaşır:

“Bu fraksiyada çıxışlar, suallar alqışlanır, onlar göstərmək istəyirlər ki, məsələdən başları çıxır və elə-belə orada oturmayıblar”.

Eyni zamanda o, hesab edir ki, müxalifətin parlamentdə çıxış etməsi anlaşılandır, çünki onların başqa təsir rıçaqları yoxdur.

“Parliament monitoring” saytının məlumatına görə, parlamentin iclaslarında daha az “Tsarukyan” fraksiyasının deputatları olub.

Birinci yerdə fraksiyanın başçısı, iş adamı Qaqik Tsarukyandır: o, 137 səsvermədə iştirak etməyib. Ondan sonra elə həmin fraksiyanın deputatı, 79 səsverməni buraxan Nora Arustamyan gəlir. Üçüncü yerdə hakim çoxluqdan olan və 76 səsvermədə iştirak etməyən deputat Samvel Farmanyandır. Bundan sonra “Tsarukyan” fraksiyasından olan deputat İşxan Zakaryan (71 səsvermə) və EİF “Daşnaksütun”dan olan deputat Aqvan Vardanyan (58 səsvermə) gəlir.


More on JAMnews