“Korrupsiya əleyhinə qanunlar qəbul edilir, amma onların reallaşdırılması ilə bağlı problem var”, - ekspert hesab edir " />

Ermənistan korrupsiya ilə mübarizədə əhəmiyyətli müvəffəqiyyətə nail olmayıb, “durğunluq” davam edir

“Korrupsiya əleyhinə qanunlar qəbul edilir, amma onların reallaşdırılması ilə bağlı problem var”, - ekspert hesab edir

Korrupsiya qavrayışı indeksi üzrə siyahıda Ermənistan 180 ölkə arasında Efiopiya, Makedoniya və Vyetnamla yanaşı 107-ci yeri tutur. Bu, “International Transparency” Beynəlxalq Korrupsiya Əleyhinə Təşkilatın məlumatıdır. Tədqiq olunan ölkələr sırasında ötən illə müqayisədə Ermənistan iki pillə irəliləyərək daha yaxşı nəticə nümayiş etdirib.

“International Transparency” təşkilatının Korrupsiya Əleyhinə Mərkəzinin proqram rəhbəri Varujan Oktanyanın sözlərinə görə, bu qətiyyən o demək deyil ki, Ermənistan korrupsiya ilə mübarizədə müvəffəqiyyətə nail olub və korrupsiya səviyyəsini azaldıb.

“Bu dəyərləndirmə davam edən durğunluqdan xəbər verir. Xüsusən də ötən il parlament seçkilərindən sonra Ermənistanda müəyyən tədbirlər görülüb, söhbət korrupsiyanın qarşısının alınmasından, qanunsuz varlanmanın kriminallaşması haqda qanunun qəbulundan gedir, amma bütün bunlar yetərli deyil.

Qanunlar qəbul edilir, amma onların reallaşdırılması ilə bağlı problem var. Qanunlarda boşluqların olmaması vacibdir ki, ondan yan keçmək mümkün olmasın, sonra deməsinlər ki, qanun hansısa çatışmazlıqlar üzündən yerinə yetirilmir. Qanundakı boşluqlar, qanuna əməl olunmaması siyasi iradənin olmamasının indikatorlarıdır”, – Oktanyan bildirib.

Ekspert qeyd edir ki, ən korrupsiyalaşmış ölkələr arasında Somali (8), Suriya (14), Cənubi Sudan (12), Rusiya (29) var, müvafiq olaraq, onlarla müqayisədə Ermənistanda vəziyyət daha yaxşıdır.

Oktanyan deyib ki, sərmayəçi və dövlətin korrupsiya qavrayışı nisbəti “ən adekvat” göstərici hesab olunur:

“Bu, kasıb olduqlarını və buna görə aşağı qiymət verdiklərini deyə biləcək sıravi vətəndaşların qiymətləndirməsi deyil, bu, ekspertlərin və iş adamlarının, o cümlədən də xarici ekspertlərin qavrayış dəyərləndirməsidir”.

Varujan Oktanyan qeyd edib ki, korrupsiya ilə effektiv mübarizə üçün ixtisaslaşmış korrupsiya əleyhinə orqan yaratmaq lazımdır:

“Korrupsiya səviyyəsinin aşağı olduğu ölkələr var ki, orada belə bir orqan yoxdur. Əgər siyasi iradə varsa, belə orqanlara ehtiyac da olmayacaq. Amma beynəlxalq təcrübə göstərir ki, siyasi iradə mütləqdir, amma yetərli şərt deyil. Məsələn, mübarizəni bu orqan vasitəsilə həyata keçirən Sinqapur kimi ölkələr var”.

Ekspertin fikrincə, korrupsiyanın azalmasına siyasi və iqtisadi azadlıqların vəhdəti ilə nail olmaq mümkündür. Və belə halda hətta xüsusi strategiya olmadan da korrupsiyanı əhəmiyyətli dərəcədə azaltmaq olar.


More on JAMnews