Baş nazir Paşinyan hesab edir ki, İran və AAİİ arasında imzalanan saziş Ermənistanın maraqlarına tam cavab verir" />

Ermənistan İran və Avrasiya İttifaqı ölkələri arasında tranzit ərazi olacaq

Baş nazir Paşinyan hesab edir ki, İran və AAİİ arasında imzalanan saziş Ermənistanın maraqlarına tam cavab verir

Avrasiya İqtisadi İttifaqı və İran arasında azad ticarət zonasının yaradılması haqda saziş imzalanıb. AAİİ və İran arasında danışıqlar Ermənistanın təşəbbüsü ilə başlamışdı. Rəsmi Yerevanın təşkilata üzv olan ölkələrlə quru sərhədi yoxdur və İranla əməkdaşlıq, hakimiyyətin sözlərinə görə,  Ermənistan iqtisadiyyatının inkişafı üçün böyük imkanlar yaradır.

Baş nazir Nikol Paşinyan bəyan edib ki, sənəd Ermənistanın maraqlarına tam cavab verir.

Ekspertlər qeyd edirlər ki, Ermənistan İran və Avrasiya İttifaqının digər ölkələri, əsasən da Rusiya üçün tranzit ərazi olacaq. Həmçinin Ermənistan üçün İran bazarı da açılacaq və Ermənistan istehsalçıları orada öz mallarını azad şəkildə təqdim edə biləcəklər.

İranşünas Arman Vardanyanın sözlərinə görə, yüzlərlə adda mal üçün vergi rüsumu ləğv ediləcək.

“İran indiyə qədər proteksionist iqtisadi siyasət aparırdı ki, öz yerli istehsalını qoruya bilsin: idxal olunan mallara böyük gömrük rüsumları tətbiq olunurdu, bunun da nəticəsində Ermənistan malları İran bazarına daşına bilmirdi və rəqabətə tab gətirmirdi”.

Ekspert izah edib ki, Ermənistan malları gömrük rüsumuna görə İran bazarında baha olurdu, rüsumun ləğv olunmasından sonra isə ucuzlaşacaq və rəqabətə daha davamlı olacaq.

“Hələlik İrana neçə növ və hansı malların gömrük rüsumundan kənar ixrac ediləcəyi bəlli deyil. Saziş ictimaiyyətə açıqlanandan sonra mallar haqda daha konkret danışa biləcəyik”, – Arman Vardanyan deyib.

None found


More on JAMnews