Baş nazir səlahiyyətlərini müvəqqəti yerinə yetirən Karen Karapetyan perspektivsiz danışıqlarda iştirak etməkdən imtina edib" />

Ermənistan hakimiyyəti və etiraz hərəkatı arasında danışıqlar yenə pozuldu

Baş nazir səlahiyyətlərini müvəqqəti yerinə yetirən Karen Karapetyan perspektivsiz danışıqlarda iştirak etməkdən imtina edib

22:00, 27 aprel

Ermənistanın baş nazir səlahiyyətlərini müvəqqəti həyata keçirən Karen Karapetyan mövcud hakimiyyətə qarşı eriraz hərəkatının lideri Nikol Paşinyanla görüşdən niyə imtina etdiyini şərh edib. O qeyd edib ki, Paşinyanın danışıqların jurnalistlərin iştirakı ilə keçirilməsinə dair təklif etdiyi format perspektivli deyil.

“Danışıqlar o zaman perspektivli ola bilər ki, tərəflər bir-birini dinləmək istəsin, bir-birinin mövqeyini anlamağa hazır olsun. Onlar razılığa gələ biləcəklərmi, çeviklik nümayiş etdirəcəklərmi, bu artıq prosesdir. Amma ən başından gündəm elan olunursa və digər tərəfin hər hansı gündəm formalaşdırmaq haqqının olmadığı bildirilirsə, bu artıq danışıq deyil, bilmirəm nədir”, – Karen Karapetyan deyib.

Nikol Paşinyan yenə də bəyan edir ki, o, baş nazir kürsüsünə “ümuxalq” namizədidir, Respublika meydanındakı insanlar onu ölkə rəhbəri kimi seçib və hakimiyyətin bununla barışmaqdan savayı seçimi yoxdur.

Artıq məlumdur ki, iqtidar koalisiyasından çıxan Ermənistan İnqilab Federasiyası Daşnaktutyun (EİFD) baş nazir seçkiləri zamanı Paçinyanın lehinə səs verməyə razılaşıb. EİFD-nın fikrincə, namizəd “konsensus nəticəsində hakimiyyətin müvafiq tərkibini və hərəkət planını” təqdim etməlidir. Digər iki parlament fraksiyası – “Sarukyan” və Respublikaçılar Partiyası hələ ki öz namizədlərini irəli sürəcəklərini və ya Paşinyana səs verəcəklərini elan etməyib.

Bir neçə saat əvvəl

Baş nazir səlahiyyətlərini müvəqqəti həyata keçirən Karen Karapetyan etiraz hərəkatının lideri Nikol Paşinyanın onu dəvət etdiyi danışıqları perspektivsiz hesab edir.

Xatırladaq ki, dünən axşam Ermənistan Respublikaçılar Partiyasının hakimiyyətinə qarşı etiraz hərəkatının mitinqi zamanı lider Paşinyan Karen Karapetyanı ölkədə yaranmış vəziyyətin müzakirəsi və həlli üçün bu gün 12:00-da “Marriott” mehmanxanasına dəvət edib. Bu zaman o bildirib ki, görüş jurnalistlərin iştirakı ilə keçirilməlidir. Daha əvvəl JAMnews artıq Ermnistanın keçmiş baş naziri olan Serj Sarqsyanın istefa verənə qədər danışıqların bu formatından imtina etdiyi haqda yazmışdı. Hadisələr təkrarlanır.

Karapetyanın mətbuat xidməti onun adından bəyanat yayıb. Bəyanatda deyilir ki, baş nazir səlahiyyətlərini həyata keçirən Karapetyanın fikrincə, danışıqların jurnalistlərin iştirakı ilə keçirilməsi ən başından məqsədin real nəticələrin əldə edilməsi olmadığını göstərir.

Bununla bağlı olaraq Karapetyan hesab edir ki, həll yollarının axtarışının mümkünlüyünü nəzərdə tutmayan “danışıqlarda” iştirak etməyin perspektivi yoxdur. Onun müraciətində deyilir ki, Paşinyan Ermənistan prezidenti Armen Sarqsyanın yaranmış vəziyyəti ölkənin digər siyasi qüvvələri ilə birlikdə müzakirə etmək haqda təklifini qəbul etsə daha yaxşı olar.


More on JAMnews