Qarşıdan gələn qış çağırışına onlarla gənc artıq özü üçün orduda xidmətin bu yeni modelini seçib" />

Ermənistan. Çağırışçılar döyüş mövqelərində xidmətə yazılaraq, bir sıra üstünlüklər əldə edə bilərlər

Qarşıdan gələn qış çağırışına onlarla gənc artıq özü üçün orduda xidmətin bu yeni modelini seçib

Ön cəbhədə xidmət göstərməyə hazır olan gənclər üçün Ermənistanda “Bu mənəm” adlı yeni proqram işə düşüb.

Bu yeni model çərçivəsində gənclər orduda iki il əvəzinə üç il qulluq edəcək. Bunun yeddi ayını onlar evlərində keçirəcəklər. Hər dəfə məzuniyyətə buraxılanda əsgərə məzuniyyət haqqı olaraq müəyyən məbləğ ödənəcək. Xidməti başa vurandan sonra isə onun hesabına 5 milyon drama yaxın (təxminən 10 min dollar) pul köçürüləcək. Bu vəsaitə o, proqram çərçivəsində

  • ucuz mənzil ala,
  • mini ferma qura,
  • təhsil haqqını ödəyə biləcək.

Müdafiə naziri Vahe Sarqsyan bildirib ki, proqram artıq işə düşüb və qarşıdan gələn qış çağırışında onlarla gənc artıq orduda xidmətin bu modelini seçib.

“Çoxları soruşur ki, alacaqları məbləğ konkret harada qeyd olunub, müqavilənin pozulması üçün şərtlər nədir və sair. Onlara bu detallar da məlum olandan sonra əminəm ki, [arzu edənlərin] sayı artacaq. Nəzərə almaq lazımdır ki, biz belə çağırışı ilk dəfədir həyata keçiririk, düşünürəm ki, 100 hərbçinin cəlb edilməsi proqram üçün artıq yaxşı nəticə olacaq. Növbəti çağırışa isə məktəblərdəki resurslarla işləyərək daha intensiv hazırlaşacağıq”, – müdafiə naziri deyib.

Bu proqramda iştirak etmək istəməyən gənclər qüvvədə olan əvvəlki model üzrə hərbi xidmət çəkəcəklər.


More on JAMnews