“Qadınlar biznesdə” proqramı çərçivəsində onlara həmçinin konsaltinq və texniki dəstək də təqdim ediləcək " />

Erməni iş qadınlarının biznesini dəstəkləmək üçün 16 milyon avro ayrılıb

“Qadınlar biznesdə” proqramı çərçivəsində onlara həmçinin konsaltinq və texniki dəstək də təqdim ediləcək

Avropa Rekonstruksiya və İnkişaf Bankı (ARİB) yerli kreditorlar – Ameria və Acba Credit Agricole bankları vasitəsilə “Qadınlar biznesdə” proqramı çərçivəsində qadınların idarə etdiyi kiçik və orta sahibkarlığın inkişafı üçün 16 milyon avro ayıracaq. Onlara həmçinin konsultasiyalar və texniki dəstək də təqdim olunacaq.

“Qadınlar biznesdə” proqramı ARİB, Avropa İttifaqı, İsveç hökuməti və ilkin keçid dövrü ölkələri Fondu tərəfindən maliyyələşdirilir.

“Qadın sahibkarların inkişafına dəstək  regionda iqtisadi yüksəlişin açarıdır. Qadın sahibkarlıq milli iqtisadiyyata vacib töhvədir və qadınların idarə etdiyi bir sıra şirkət kişilərin idarə etdiyi şirkətlərlə müqayisədə daha sürətlə inkişaf edir”, – İsveç Krallığının Ermənistandakı müvəqqəti səlahiyyətli nümayəndəsi Marqarita Kristianson proqramın işə salınmasına həsr olunmuş mətbuat konfransında bildirib.

ARİB “Qadınlar biznesdə” proqramını 16 ölkədə həyata keçirir.


More on JAMnews