Artıq valideynlər üzərinə uşaq oturacaqlarından – “karsit”dən istifadə öhdəliyi qoyan qanun qəbul edilib, amma hələlik az adam onları əldə edib" />

Eksperimental qəza – Ermənistanın səhiyyə nazirinin valideynləri avtooturacaqlardan istifadəyə təhrik cəhdi

Artıq valideynlər üzərinə uşaq oturacaqlarından – “karsit”dən istifadə öhdəliyi qoyan qanun qəbul edilib, amma hələlik az adam onları əldə edib

Ermənistanın səhiyyə naziri Arsen Torosyan xüsusi qəza simulyatorunda maşınların təhlükəsizlik kəmərinin effektivliyini sınaqdan keçirib. Bundan başqa Torosyan eksperiment zamanı “qucağına” oyuncaq götürüb. O, qəza zamanı qucaqda oturan “uşağın” başına nə gələcəyini yoxlamaq istəyib və oyuncaq nazirin qucağından sıçrayıb. O, bu yolla valideynləri karsitlərdən istifadənin vacibliyinə inandırmaq istəyib.

Ermənistanda tənha qocalar necə yaşayır?

Nazirin eksperimenti nə göstərib?

Arsen Torosyan 30 km/saat sürətlə baş verən qəzanı təqlid edən simulyatoru iki dəfə sınaqdan keçirib. Eksperiment sona çatandan sonra nazir Torosyan deyib ki, qəsdən oyuncağı əlində çox möhkəm saxlamayıb. Axı yol qəzaları adətən gözlənilmədən baş verir:

“Uşağın valideyninin qucağında oturması təhlükəlidir, qabağa sıçraya və ciddi xəsarət ala bilər. Bundan başqa, qabaq oturacaqda uşaq üçün risk arxa oturacaqdan daha çoxdur”.

Nazirin karsit uğrunda mübarizəsi

Arsen Torosyan nazir təyin olunandan dərhal sonra uşaq avtooturacaqları uğrunda mübarizəyə başlayıb. Nazirin çağırışları ən sonda uşaqların daşınması qaydalarının dəyişdirilməsi  ilə bağlı qanunvericilik təşəbbüsünə çevrilib.

Dəyişikliklərə əsasən, yeddi yaşından kiçik uşaqlar maşında avtooturacaqda əyləşməlidir, yeddi yaşdan yuxarı olanlar isə mütləq təhlükəsizlik kəmərilə bağlanmalıdır.

Əsas kimi Torosyan dünya təcrübəsini göstərib, bu təcrübəyə müvafiq olaraq avtooturacaqların istifadəsi qəza zamanı uşaqların xəsarət alma ehtimalını əhəmiyyətli dərəcədə azaldır:

“Uşaq avtooturacaqda düzgün oturduğu zaman bu, 4 yaşına qədər olan uşaqların xəsarət alma mümkünlüyünü ön oturacaqda 50 faiz, arxa oturacaqda isə 80 faiz azaldır”.

Niyə qanun narazılıq doğurub?

Maşınlarda uşaq oturacaqlarının mütləq istifadəsi ölkə sakinlərini “lehinə” və “əleyhinə” olanlara bölüb.

Tərəfdarlar hesab edirlər ki, avtooturacaqlar həqiqətən də uşaqların maşında səfərini təhlükəsiz edir və başqalarını da buna inandırmağa çalışırlar. Məsələ burasındadır ki, bu ilin aprelindən sonra qanun artıq uşaqları karsitlərdə daşımağı mütləq etsə də, hələ də uşaqları maşında valideynlərin qucağında və ya təhlükəsizlik kəməri bağlanmamış vəziyyətdə görmək mümkündür. Qanun pozuntusuna görə 5 min dram (10 dollardan bir qədər çox) həcmində cərimə nəzərdə tutulub.

“Valideynlərə öz övladlarının həyatı ilə risk eləməyə imkan vermək olmaz. Bu yoldur və hər şey baş verə bilər”. Facebook sosial şəbəkəsində bu cür yazılara tez-tez rast gəlmək olur.

Maşınlarda uşaq oturacaqlarından istifadənin məcburiliyi ilk növbədə aztəminatlı və çoxuşaqlı ailələr üçün müəyyən çərinliklər yaradıb.

Ermənistanda karsitlər minimal əməkhaqqı ilə müqayisədə bahadır və heç də hər kəsin avtooturacaq almaq imkanı yoxdur – üstəlik də evdə bir yox, bir neçə uşaq varsa. Ən ucuz oturacaq 20 min dramdır (təxminən 40 dollar), minimal əməkhaqqı isə 55 min dramdır (113 dollar).

“Dörd uşağı olanlar neyləsinlər?” – uşaqların daşınması ilə bağlı yeni qaydaları müzakirə edən sosial şəbəkə istifadəçiləri yazır.


More on JAMnews