Tədbirdə 70 ölkədən 2500 nəfər, o cümlədən də bu sahədə lider mövqedə olan ölkələrin müvafiq nazirləri iştirak edir " />

Dünya Texnologiya Konqresi IT sahəsinin liderlərini və Kim Kardaşyanı Ermənistana gətirib

Tədbirdə 70 ölkədən 2500 nəfər, o cümlədən də bu sahədə lider mövqedə olan ölkələrin müvafiq nazirləri iştirak edir

WCIT, WCIT 2019, Dünya Texnologiya Konqresi, Kim Kardaşyan, Aleksis Ohanyyan, Nikol Paşinyan

Oktyabrın 7-də Ermənistanda Dünya Texnologiya Konqresi (WCIT) öz işinə başlayıb. Bu, hi-tech sahəsində ən nüfuzlu forumlardan biridir, dünyanın qabaqcıl şirkətlərinin top-menecerləri burada iştirak edir.

Konqres 1978-ci ildən təşkil olunur. 2017-ci ildən hər il keçirilir. Bu il Konqresi Yerevanda keçirmək qərara alınıb.

Yerevan forumunda sahənin inkişafında maraqlı olan 70 ölkədən 2500 nəfər iştirak edir. Üç gün ərzində onlar informasiya texnologiyalarının müasir inkişaf tendensiyalarını, həmçinin bu texnologiyaların müasir insanın həyatına, gəlirinə və rufahına təsirini, etibarlıılığını və təhlükəsizliyini müzakirə edəcəklər.

İnformasiya texnologiyaları sahəsində liderlik edən 23 ölkənin sahə nazirləri Ermənistana gəlib.

Forumdakı ulduzlar və məşhurlar

Məşhur Reddit sosial şəbəkəsinin və Initialized Capital vençur şirkətinin həmtəsisçisi Aleksis Ohanyan, GIPHY-nin təsisçisi və icra direktoru Aleks Çunq, Acer şirkətinin banisi Şenk Sten Şin, INFOsys multimilli korporasiyasının həmtəsisçisi Naqavara Ramarao Narayan da tədbirə qatılanlar arasındadır.

Bu il konqresə gələnlər arasında erməni əsilli dünya ulduzları da var. Məsələn, “System of a down” qrupunun solisti Serj Tankyan, o cümlədən də biznesvumen, realiti-şou ulduzu, mesenat Kim Kardaşyan.

Kardaşyan “İdeyalar bazarının” plenar iclasında nitq söyləyəcək. Bu faktla bağlı təəccüblənənlərə tədbir təşkilatçıları belə cavab verib:

Kim Kardaşyan Uest 240 milyon abunəçisi ilə birlikdə sosial şəbəkələrdə ən çox auditoriyası olanlardan biridir. O, müasir dünyanın ən nüfuzlu səslərindən biridir. Biz əminik ki, Kardaşyan qeyri-adi sahibkar kimi, bu sahənin qabaqcılı kimi, həyat yoldaşı və ana kimi sosial mediada sahibkarlıq dünyası haqda mühüm maraqlı aspektləri təqdim edə biləcək”.

Kim Kardaşyan forumun görkəmli iştirakçıları ilə bir qrupda müzakirələrdə də iştirak edəcək. Beynəlxalq bazarda tanınan Ermənistanın PicsArt şirkətinin təsisçisi və başdirektoru Hovannes Avonyan da həmin qrupda olacaq.

Açılış mərasimi necə keçib?

Oktyabrın 6-da forumun rəsmi hissəsinin aşılışında Ermənistanın baş naziri Nikol Paşinyan, Dünya İnformasiya Texnologiyaları və Xidməti Alyansının nümayəndəsi İvon Çiu,  WCIT 2019 təşkilat komitəsinin sədri, Qabaqcıl Texnologiya Şirkətləri İttifaqının prezidenti Aleksandr Yesayan çıxış ediblər.

Ermənistan hökumətinin başçısı öz çıxışında vurğulayıb ki, “Ermənistan texnologiya sahəsində ən mühüm mərkəzlərdən biri olmaq üçün bütün imkanlara sahibdir”.

“Bizim üçün bu cür foruma ev sahibliyi etməkk böyük şərəfdir. Bu, sizlərlə və beynəlxalq ictimaiyyətlə Ermənistanın yüksək texnologiya və sənaye ölkəsinə çevrilməsi ilə bağlı öz strategiyamı haqda danışmağımız üçün çox yaxşı imkandır. Mən ümid edirəm ki, ölkəmizdə keçirəcəyiniz bir neçə gün ərzində siz ötən ilki dinc, məxməri xalq inqilabından sonra ölkəmizdə hökm sürən yeni enerji və atmosferi hiss edəcəksiniz.

Vurğulamaq istəyirəm ki, bu inqilab desentralizasiya sayəsində baş tutdu və bunun da nəticəsində Ermənistan dünya xəritəsində demokratiya mərkəzinə çevrildi”, – Paşinyan deyib.

Bununla əlaqədar olaraq bu il forumun əsas mövzusu – “Desentralizasiyanın gücü: perspektivlər və risklər”dir.

Aleksandr Yesanyanın sözlərinə görə, bu tədbirin keçirilməsi üçün Ermənistanda əhəmiyyətli işlər görülüb:

“Mənim üçün sizi bu gün Ermənistanda salamlamaq böyük şərəfdir. Bir neçə il əvvəl biz öz təklifimizlə qalib ola bildik və bu konfransı Ermənistanda keçirməyə nail olduq. Yaxın üç gün ərzində Ermənistan texnoloji mərkəz olacaq”.

Oktyabrın 6-da axşam Respublikanın əsas meydanında WCIT Ümumdünya Forumunun açılışına həsr olunmuş konsert keçirilib.

WCIT, WCIT 2019, Dünya Texnologiya Konqresi, Kim Kardaşyan, Aleksis Ohanyyan, Nikol Paşinyan

Konsert proqramında dünyaca məşhur DJ Armin van Byuren və dirijor Sergey Smbatyanın rəhbərliyi altında simfonik orkestr da çıxış edib. Orkestr ifası süni intellektin “real vaxt rejimində” yaratdığı klassik musiqidən ibarət olub.


More on JAMnews