Yenokavan macəra və ekstremal turizm həvəskarları üçün ən sevimli məkanlardan birinə çevrilib, hamıya da iş tapılır" />

Dolanışıq üçün heç kimin tərk etmədiyi Ermənistan kəndi

Yenokavan macəra və ekstremal turizm həvəskarları üçün ən sevimli məkanlardan birinə çevrilib, hamıya da iş tapılır

Ermənistanın şimalında, Yerevandan 140 kilometr aralıda ilk baxışdan Ermənistanın yüzlərlə başqa kəndlərindən fərqlənməyən kənd yerləşir. Hər yerdə olduğu kimi, tuf daşından bir və iki mərtəbəli evlər, yanında da tövlə və anbar var.  

Yell Extreme park. Foto: Arman Karacyan, JAMnews

Bununla belə, Yenokavan Ermənistan üçün unikal kənddir, adamlar buradan köçüb getmir. Əksinə, son illərdə Yenokavanın əhalisi artıb, əvvəl 480 nəfər idisə, indi 554 nəfər olub.

Fotosessiya: Ermənistan yüksəkliklərdən

Ermənistan Gürcüstana rusiyalı turistləri itirməməkdə kömək edəcək

Bunun da səbəbi kəndin ekstremal və macəra turizmi pərəstişkarlarının sevimli yerinə çevirilməsidir.

Yell Extreme park. Foto: Arman Karacyan, JAMnews  

Kənddən haradasa bir kilometr aralıda yerləşən “Yell Extreme park”ının əsasını Yenokavandan olan bir nəfər qoyub. Dağlar və onların arasından uzanan dərələr ziplaynla (polad kanatla yerdən aralı xüsusi qurğunun köməyi ilə enmək) məşğul olmaq üçün bütün şərait yaradıb. Hələ dörd il əvvəl layihə ancaq kağız üzərində idi, amma 2015-ci ildə park artıq ilk qonaqlarını qarşılamağa başladı.  

Yell Extreme park. Foto: Arman Karacyan, JAMnews  

Parkın girişində ilk növbədə soyunub-geyinmə otağına daxil olursan, burada təlimatçılar xüsusi geyimi geyinməyə kömək edir. Baza ziplayn yollarından bir az aralıda yerləşir və qonaq nə ilə qarşılaşacağından bixəbərdir. Ora çatanda çoxları tərəddüd etməyə başlayır, amma yerli təlimatçılar qeyd edir ki, bu illər ərzində çox az insan quş uçuşu yüksəkliyində olmaqdan imtina edib.

Yell Extreme park. Foto: Arman Karacyan, JAMnews

Dərənin üstündən uzanan kanatlar və ayağının altında dayağı itirmək perspektivi həqiqətən də qorxudur. Amma startdan bir neçə saniyə sonra anlayırsan ki, səni ancaq açılan mənzərə və ətrafında uçan quşlar narahat edir. Adrenalin tam xoş hisllər yaşamaq üçün lazım olan qədərdir.

Yell Extreme park. Foto: Arman Karacyan, JAMnews  

“Yell Extreme park”ında uzunluğu 135, 200, 268, 375 və 750 metr olan 5 kanat var. Uçuş vaxtı yerdən ən hündür nöqtə 300 metrdir.

Ziplayn “Yell Extreme park”ında əsas, amma yeganə məşğuliyyət deyil. Layihə tədricən genişləndi və hazırda  paraplanda uçuş, dağ velosipedi sürmək üçün imkan, maneyəli kəndir parkı, “Off road” turları, atla gəzintilər, peyntbol, zorbink (xüsusi şəffaf şarda təpənin 100 metr hündürlüyündən diyirlənmə) və park əməkdaşlarının həyata keçirdikləri son fantaziyaları -“Via Ferrata” var.

Yell Extreme park. Foto: Arman Karacyan, JAMnews  

Bu qayanın üstündə çəkilən marşrut qayanın bütün uzunluğu boyu gəzməyə imkan verir. Qaya sıldırımdır, ayaqlarının altından açılan uçuruma bir baxış belə yarıyoldan qayıtmağa kifayət edər.

Yell Extreme park. Foto: Arman Karacyan, JAMnews

“Əvvəlcə cəhd belə eləmək istəməyən adamlar var. Amma necə deyərlər, ancaq birinci dəfə çətindir. Birinci dəfədən sonra onlar çox dəyişir, fikirləri dəyişir”.

Ovsep yolun ən hündür nöqtəsində dayanaraq, öz işi barədə danışır. Deyir ki, məhz burada, qalanın üstündə özünü azad hiss edir. Hər gün eyni marşrutu keçməyinə baxmayaraq, işi hələ də ona maraqsız gəlmir:

“Mənə qayanın üstü ilə getmək maraqsız deyil, demək olmaz ki, alışmışam artıq. Hər dəfə maraqlı nəsə olur, çünki müxtəlif emosiyalı yeni adamlar gəlir. Hamı ilə ümumi dil tapıb, onlarla işləməyə çalışırıq. Müxtəlif adamlar olub. Hətta ağlayıb, kiçik addımlarla maneəni dəf edənlər də olub. Onları dilə tuturuq, kömək edirik. Hələ ki, yolu axıra qədər getməyən adamımız olmayıb”.

Ovsepin həyat hekayəsi “Yell Extreme park” üçün klassikdir. O, qonşu İcevan şəhərindəndir. Məktəbi bitirəndən sonra işə düzələ bilməyib, buradan köçmək barədə düşünürdü. Amma parkda işləmək imkanı yaranır, Ovsep də razılıq verir:

“İndi iş tapmaq çətindir, buna görə də gənclərin çoxu köçüb gedir. Mənsə özümə yaxın bir iş tapıb, qaldım. Bu işdən çox xoşum gəlir. Hətta istirahət günlərimdə də bəzən gəlirəm, darıxıram buralar üçün”.  

Parkda otuz nəfərə yaxın adam işləyir. Əksəriyyəti yaxınlıqda yerləşən kəndlər və İcevan şəhərinin sakinləridir. Bu, əsasən rus və ingilis dillərini bilən gənclərdir. Park sahibləri yaxın gələcəkdə işçilərin sayını əlliyə qədər artırmağı planlaşdırır.

Yell Extreme park. Foto: Arman Karacyan, JAMnews

David də İcevanda anadan olub. Bir müddət Moskvada yaşayıb, bərbər işləyib:

“Ermənistana məhz bu iş üçün qayıtmışam. Bu işdən çox xoşum gəlir, hətta Moskvaya qayıtsam da, məhz bu sahədə işləyəcəyimi bilirəm. Ekstrimdən xoşum gəlir, burada işləməsəydim belə, dəqiq ildə bir neçə dəfə bura gələrdim”.  

Amma çox güman ki, David qayıtmalı olmayacaq. Layihə hələ indi işə düşür. Parkın yeni açıldığı 2015-ci ildə bura 1200 nəfər gəlib. Bir il sonra bu göstərici altı minə qədər qalxıb, 2017-ci ildə isə 14 min olub. Bu il 21 min qonaq gözlənilir.

Park sahibləri ümid edir ki, 2022-ci ildə parklarına 100 min nəfər gələcək. Bunun üçün 2017-ci ildə 2,5 milyon dollar sərmayə qoyulub. Uzunmüddətli perspektivdə burada kanat yolu açmağı və kiçik aviasiya inkişaf etdirməyi planlaşdırırlar:

“Əvvəlki illərlə müqayisədə kənddə həyat səviyyəsi xeyli qalxıb: sakinlər daimi məşğuliyyətlə təmin olunur. Öz növbəsində, Yenokavanın İnkişaf Fondu mütəmadi olaraq kənd sakinləri üçün xarici dil kursları, xidmət sahəsində treninqlər təşkil edir. Turizmin inkişafı ilə bərabər kəndlər arasında keçən yolların, turizm mərkəzlərinə aparan yolların təmiri həyata keçirilir”, – parkın həmtəsisçisi Tiqran Çiburxyan deyir.

Yenokavan artıq tək Ermənistanın deyil, bütün regionun macəra turizmi mərkəzlərindən birinə çevrilib. Parkdan başqa, burada mehmanxana və qonaq evləri yaranıb. Turist axını multiplikasiya effekti yaradır: mağazalar açılır, infrastruktur məsələləri həll olunur.

Lidiya Georgiyevna Mobilevskaya Moskvadandır. O, birlikdə bura gəldiyi oğlu kimi əməkdar müəllimdir.

“Bizim üçün hündürlük vacibdir. Hər tərəfdə hündürlük və dağlar var. Bizim üçün bu, qeyri-adidir. Bizdə bunlar yoxdur. Burada çoxlu dağlar var, onlar da insanda cəsarət və əzəmət hissi yaradır. Daxili əzəmət oyanır. Hiss edirsən ki, sən insansan və bu, qürurlu səslənir”.

Qeyri-adi mənzərələr müxtəlif ölkələrdən turistlər cəlb edir. Rusiyadan başqa, Yenokavana tez-tez Filippin, Malayziya, Çin və Qərbi Avropadan gəlirlər. Bu isə o deməkdir ki, yerli sakinlərin öz evində yaşamaq və işləmək imkanı var.  

  • “Mediaşəbəkə”nin dəstəyi ilə

More on JAMnews