“Ekonomist” jurnalının illik “Demokratiya indeksi”. Cənubi Qafqaz ölkələri burada necə görünür?" />

Demokratiya indeksi – 2018: Ermənistan irəliləyir, Gürcüstan isə geri gedir

“Ekonomist” jurnalının illik “Demokratiya indeksi”. Cənubi Qafqaz ölkələri burada necə görünür?

Ermənistan irəliləyir, Gürcüstan geri gedir, Azərbaycanda isə demək olar ki, dəyişən heç nə yoxdur – nüfuzlu beynəlxalq “Demokratiya indeksinə” görə, 2018-ci ildə Cənubi Qafqaz ölkələrində demokratikləşmə prosesi məhz bu cür görünür.

İndeksi hər il “Ekonomist” jurnalı müəyyənləşdirir və bu, dünya iqtisadiyyatında ən nüfuzlu reytinq hesab olunur. İnvestorlar qərar qəbul etdikləri zaman məhz bu indeksdən faydalanırlar.

Bu nəticələrin arxasında duran proseslər haqda bir qədər ətraflı.

• Gürcüstanın iqtidar partiyasının lideri niyə ölkənin ən uğurlu bankı ilə mübarizə aparır?

• Gürcüstan 2018 – ilin əsas on hadisəsi

• 2019-cu ildə Azərbaycan, Ermənistan və Gürcüstan nəyə pul xərcləyəcək?

Gürcüstan

Qafqaz ölkələri arasında bu siyahıda uzun zaman liderlik edən Gürcüstan 2018-ci ildə reytinqdə 11 pillə geriləyərək, 78-ci yerdən 89-cu yerə düşüb.

Son 12 ildə Gürcüstanın reytinqi durmadan artırdı və 25 pillə yüksəkdə qərar tutmuşdu. Əldə olunmuş mövqeyin demək olar ki, yarısını itirməsi ciddi siqnal hesab oluna bilər.

“Ekonomist” jurnalının analitikləri bunu milyarder Bidzina İvanişvilinin siyasətə qayıtması, onunla fikir ayrılığı üzündən baş nazir Georgi Kvirikaşvilinin istefa verməsi ilə əlaqələndirirlər.

Analitiklərin çoxu Gürcüstanın reytinqinin azalmasında əsas amilin 2018-ci ilin dekabrında prezident seçkilərində seçicilərin faktiki satın alınmasından ibarət olduğu ilə bağlı fikirdə həmrəydir. Hakim “Gürcü arzusu” partiyası seçkilərdən az öncə vətəndaşlara bank borclarının silinməsini vəd etmişdi.

• Gürcüstanlı milyarder 600 min vətəndaşın borcunu bağlamağı vəd edib. Elə belə?

“Gürcüstanda demokratikləşmə indeksinin düşməsi faktı bu seçkilərdən sonra gözlənilən idi… Aydındır ki, Gürcüstanda demokratikləşmə səviyyəsini dəyərləndirən göstəricilər mənfiyə dəyişəcək”, – “Kavkazskiy uzel” in müxbirinə İliya Universitetinin politologiya professoru, Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutunun banisi Qiya Nodiya deyib.

Ermənistan  

Ermənistan 2018-ci ildə reytinqdə əhəmiyyətli uğura sahib olub. Bu ölkə 111-ci yerdən 103-cü yerə yüksəlib.

Ermənistan üçün 2018-ci ilin yeddi əsas hadisəsi

Biznesi hakimiyyətdən ayırmaq – Nikol Paşinyan Ermənistan iqtisadiyyatını hara aparır?

“Ekonomist” analitiklərinin fikrincə, bu onun sayəsində baş verib ki, 2018-ci ilin aprelində kütləvi etirazlar nəticəsində ölkədə islahatlara köklənmiş hökumət qurulub.

Bununla belə hesabatda qeyd olunur ki, “qonşu Azərbaycanla geniş miqyaslı müharibənin başlanması ehtimalı istisna edilmir, amma bu ehtimal o qədər də yüksək deyil”.

Ermənistanın inqilab liderinin xanımından sülh təşəbbüsləri – Anna Hakopyan JAMnews üçün

Azərbaycan

“Ekonomist”in reytinqinə əsasən, Azərbaycan bir mövqe geriləyərək 148-ci yerdən 149-cu yerə düşüb. Amma bununla belə “avtoritar dövlətlər” qrupunda qalıb.

Azərbaycanlı blogerin məhbəsdə aclıq aksiyası və cəmiyyətn etirazı

2018-ci ildə Azərbaycanda baş verən yeddi əsas hadisə

Azərbaycanda keçiriləcək prezident seçkilərində kim var, kim yox?

“Ekonomist” analitikləri hesab edirlər ki, əsas amillər seçkilərdə İlham Əliyevin dördüncü dəfə prezident seçilməsi ilə nəticələnən pozuntular və iqtisadiyyatda rəqabətin olmamasıdır.

Bununla belə onlar güman edirlər ki, 2019-cu ildə neft qiymətinin yüksək olması sayəsində Azərbaycan büdcəsi ili kiçik mənfətlə başa vuracaq.


More on JAMnews