Ermənistanın Kassasiya Məhkəməsi bu gün parlament üzvlərinin şəxsi zaminliyini nəzərə alaraq qətimkan tədbirinin dəyişdirilməsi qərarı qəbul edib" />

Dağlıq Qarabağın keçmiş müdafiə naziri Samvel Babayan azadlığa buraxılıb

Ermənistanın Kassasiya Məhkəməsi bu gün parlament üzvlərinin şəxsi zaminliyini nəzərə alaraq qətimkan tədbirinin dəyişdirilməsi qərarı qəbul edib

Dağlıq Qarabağın keçmiş müdafiə naziri, Qarabağ Müdafiə Ordusunun keçmiş komandanı Samvel Babayan bu gün məhkəmə zalından azad edilib. Kassasiya Məhkəməsi Ermənistanın Milli Məclis üzvlərinin şəxsi zaminliyi əsasında qətimkan tədbirini dəyişdirib. Onlardan hər biri məhkəmənin depozit hesabına 500 min dram (təxminən 1000 dollar) köçürməlidir.

Samvel Babayan 2017-ci il martın 22-də Ermənistana qaçaq yolla “İqla” zenit-raket kompleksinin gətirilməsində iştirak etməsi şübhəsiylə saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 235-ci (qanunsuz yolla silah, sursat, partlayıcı maddə və ya partlayıcı qurğu əldə etmək, satmaq, saxlamaq, daşımaq və ya üzərində gəzdirmək, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq həyata keçirildikdə) maddəsilə ittiham irəli sürülüb. Məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Babayanın tərəfdarları bildirirdilər ki, onun həbsi siyasi təqibdir, səbəbi isə Ermənistanın siyasi proseslərində iştirak etməsidir. 2017-ci il aprelin 2-də keçirilən parlament seçkilərindən əvvəl Babayan açıq şəkildə Ermənsitanın üç keçmiş naziri tərəfindən yaradılan Ohanyan-Raffi-Oskanyan blokuna dəstəyini ifadə etmişdi və səsverməyə iki gün qalmış həbs olunmuşdu.

Babayan ittihamları axıra qədər rədd edib. Bu gün o bəyan edib ki, onun işi siyasi xarakter daşıyır. Amma bütün bu müddət ərzində o, məhkəmədə “siyasi məhbus” terminindən istifadə etməyib ki, hansısa siyasi xadimlərin spekulyasıyasına yol açmasın:

Saxlanılandan sonra MTX-nın binasında mənə dedilər ki, biz artıq 5 faizlik həddi keçmişik [bu, bloka parlamentə keçmək imkanı verəcəkdi – JAMnews]. O zaman onlar parlamentdə çoxluğa malik olmayacaqdılar [parlament seçkilərində çoxluğa sahib olub iqtidar partiyasına çevrilən Ermənistan Respublikaçılar Partiyasını nəzərdə tutur – JAMnews], buna görə də məni saxladılar. Soruşdum ki, niyə məni? Axı mən siyahıda yoxam, lider deyiləm? Mənə birbaşa cavab verdilər ki, hər şeyi siz təşkil etmisiz, qərargaha siz rəhbərlik edirsiz, bizə siz lazımsız. Mənə bunu əməliyyatı həyata keçirən xidmətin rəis müavini dedi”.

Babayan onu da bildirib ki, onun həbsini konkret adam tapşırıb, amma onun adını açıqlamaqdan imtina edib:

“Ermənistanda bir adam sifariş verir, yeddi nəfər yox”.

 Babayan 1993-cü ildən 1999-cu ilə qədər Qarabağ Müdafiə Ordusunun komandanı olub. 2000-ci ildə o zamankı DQ prezidenti Arkadi Qukasyana qarşı sui-qəsd təşkil etmək ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Dörd ildən sonra əfv olunub.

Məqalədəki termin, toponim, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews