Azərbaycan, Ermənistan və Gürcüstan Human Rights Watch təşkilatının hesabatında – müqayisəli analiz" />

Cənubi Qafqaz ölkələri 2019-cu ildə insan haqlarının müdafiəsi sahəsində nəyə nail olublar və nədə geriləyiblər?

Azərbaycan, Ermənistan və Gürcüstan Human Rights Watch təşkilatının hesabatında – müqayisəli analiz

Nüfuzlu hüquq müdafiə təşkilatı Human Rights Watch 2019-cu il üzrə yekun hesabatını dərc edib.

Azərbaycan

Human Rights Watch təşkilatının hesabatında bildirilir ki, Azərbaycan hakimiyyəti siyasi sistemi sərt nəzarət altında saxlayır və tənqidçiləri təqib edir.

Narazıların təqib olunması

Hakimiyyətin əməllərindən narazı olan siyasi və ictimai fəallar, jurnalistlər və blogerlər polis təzyiqinə, üanunsuz həbsə və hərəkətinin məhdudlaşdırılmasına məruz qalır.

Bayram Məmmədov, Mehman Hüseynov, Məmməd İbrahim, Orxan Baxışlı, Fuad Əhmədli, Asif Yusifov, Paşa Umudov, Əli Kərimlinin adları çəkilir.

Toplaşma azadlığı

Hakimiyyət mahiyyət etibarilə Bakının mərkəzi rayonlarında etiraz aksiyaarı keçirilməsinə tam qadağa qoyub.

2019-cu ildə kütləvi tədbirlər keçirilməsi qaydasını pozduğuna görə inzibati təqibə məruz qalan insanların sayı 2018-ci illə müqayisədə bir neçə dəfə artıb.

Vəkillərin qorxudulması

Siyasi proseslərdə çıxış edən ən azı üç vəkil prokurorluğun təqdimatı ilə bir il müddətinə peşəkar lisenziyasından məhrum edilib.

2019-cu ilin fevralında müdafiə etdiyi şəxsin işgəncəyə məruz qaldığını ictimailəşdirən Yalçın İmanov vəkil statusundan məhrum edilib.

Söz azadlığı

Hakimiyyət medianı tam nəzarət altında saxlayır. Böhtan cinayət məsuliyyəti kəsb edir.

Hesabatda peşəkar fəaliyyətinə görə saxta ittihamlarla azadlıqdan məhrum edilən səkkiz jurnalistin adı çəkilir. Onlardan bəziləri hələ də həbsxanadadır.

Xaricdəki tənqidçilərin qorxudulması

Hesabatda ən acınaqcaqlı misal olaraq populyar Youtube kanalının mühacirətdə yaşayan müəllifi Sevinc Osmanqızının işi göstərilib. Dövlət televiziyaları onu oğurlanmış fotolar və saxtalaşdırılmış internet yazışması ilə şantaj edərək onu yayımı dayandırmağa məcbur etməyə çalışıb.

• Rəy: 2019-cu ildə Azərbaycanda baş verən 3 yaxşı və 3 pis xəbər

• Azərbaycanda jurnalist olmaq nə deməkdir?

• Azərbaycanda “yeddi il müddətində azadlıqdan məhrum edilib” ifadəsi nə deməkdir?

LGBT haqları

14 nəfər qeyri-ənənəvi oriyentasiyalı şəxsin saxlanıldığı ən azı bir polis əməliyyatı haqda məlumdur. Nəticədə beş nəfər buraxılıb, qalan doqquz nəfərin taleyi haqda heç bir məlumat yoxdur. 

İşgəncə və qeyri-insani saxlanma şəraiti

Hakimiyyət azadlıqdan məhrumetmə müəssisələrində işgəncə və qeyri-insani şəraitdə saxlama ilə bağlı məlumatları görməzdən gəlir.

Yalnız mart ayı ərzində məhkəmələrdə Gəncə iğtişaşlarında ittiham olunan 14 nəfər məhkəmədə bu cür münasibətə məruz qaldığını bəyan edib.

Ermənistan

Ermənistan hesabat müəlliflərinin fikrincə, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra uğurlu islahatlar proqramı hhəyata keçirir, xüsusən də korrupsiya ilə mübarizə sahəsində.

Amma mövcud problemlər aşağıdakı sahələrdə yenə də qalır:

Hüquq-mühafizə orqanlarının qanun pozuntularına görə məsuliyyəti

Ən bariz nümunə kimi 2008-ci ildə dinc nümayişçilərə qarşı hədsiz güc tətbiqi ilə bağlı işin istintaqının kifayət qədər effektiv olmaması göstərilir.

Ekologiya sahəsində insan haqlarının pozulması

Amulsarda qızıl hasilatı mədəninin inşasına qarşı пtirazlar və bu zaman polislə etirazçılar arasında yaşanan toqquşmalar xatırlanır.

Məişət zorakılığı

2019-cu il ərzində məişət zorakılığı ilə bağılı 209 cinayət işi qaldırılıb. Amma əksər hallarda polis qurbanı müdafiə etmək iqtidarında olmur.

Məsələn, birlikdə yaşadığı kişi tərəfindən öldürülən Mariam Asatryanla bağlı hadisə xatırlanır. 2017 və 2018-ci illərdə o, dəfələrlə döyülməsi ilə bağlı polisə müraciət edib, amma müraciətlərə heç bir reaksiya verilməyib.

• 2019-cu ildə Ermənistan üçün mühüm olan hadisələr haqda 3 dəqiqəlik video

• Ermənistanda məişət zorakılığına qarşı Avropa Konvensiyası ilə niyə mübarizə aparırlar? Miflər və onların təkzibi

• LGBT-ə münasibət: Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya – ən ağır vəziyyət

Əlilliyi olan insanların hüquqları tam müdafiə olunmayıb

Bu sahədə əldə olunan müəyyən uğurlara baxmayaraq, hökumətin hazırladığı əlillərin hüquqları haqda qanun hələ də  parlamentə göndərilməyib.

LGBT-nin vəziyyəti 

Qeyri-ənənəvi oriyentasiyaya sahib insanlar hələ də özlərini tamhüquqlu vətəndaş kimi hiss etmir. Onlar təhqirə və hücumlara mıruz qalırlar.

Ən acınacaqlı hadisə parlament dinləmələri zamanı, LGBT fəalları öz ünvanlarına alçaldıcı və təhqiredici çıxışları dinləmək məcburiyyətində qaldığı zaman baş vermişdi .

Gürcüstan

Etirazlar 

Human Rights Watch təşkilatının hesabatında Gürcüstanda ilin əsas hadisəsi olaraq hədsiz güc tətbiq edilərək dağıdılan hökumətə qarşı etiraz aksiyaları göstərilib.

240 nəfər, o cümlədən də 80 polis və 32 jurnalist zərər çəkib.

Baş verənlərin dəyərləndirilməsində hakimiyyət qeyri-obyektiv mövqe tutub – 67 polis və yeddi aksiya iştirakçısı zərərçəkən qismində tanınıb.

Əmək hüquqları pozulub

Oktyabra olan məlumata əsasən, iş yerində 107 nəfər xəsarət alıb, 36 nəfər həlak olub. Əsas səbəb işçilərin təhlükəsizliyini təmin etməyən əmək qanunvericiliyidir. 

Hökumət qanunverici dəyişikliklər hazırlayıb, amma indiyə qədər onları parlamentə təqdim etməyib.

• Gürcüstan-2019: ilin 11 əsas hadisəsi

• Tbilisi etirazları haqda bilməli olduğunuz hər şey – üç dəqiqəlik videoda

• Tkibuli – Gürcüstanın ölümə alışmış şəhəri

 

Azad media təhlükə altında

Hesabatda “Rustavi-2”“TV Pirveli” və “Mtavari” kimi tənqidçi televiziyaların sahiblərinin və əməkdaşlarının iqtisadi cinayətlər törətmək ittihamı ilə hakimiyyətin təzyiqi altında olduğu qeyd edilib.

LGBT-nin vəziyyəti

Hesabatda Tbilisidə gey-parad təşkilatçılarına qarşı xüsusən Gürcüstan Pravoslav Kilsəsi tərəfindən təzyiqin təfərrüatları yer alıb. Həmçinin LGBT fəallarına qarşı ultra-sağçı iş adamı Levan Vasadzenin tərəfdarları tərəfindən həyatta keçirilən hücumlar təsvir olunub.

Vurğulanır ki, bu məsələ ilə bağlı başlanan istintaq hələ heç bir nəticə verməyib.


More on JAMnews