Əleyhinə yalnız bir deputat çıxıb və “Cənubi Osetiya Silahlı Qüvvələrinin dağıldığını” bildirib " />

Cənubi Osetiya Ordusu indi rəsmi şəkildə qismən Rusiya Ordusunun tərkibinə daxildir

Əleyhinə yalnız bir deputat çıxıb və “Cənubi Osetiya Silahlı Qüvvələrinin dağıldığını” bildirib

foto Reuters

Cənubi Osetiya Parlamenti Rusiya ilə Cənubi Osetiya Ordusunun ayrı-ayrı hissələrinin Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil olması haqda Sazişi ratifikasiya edib.

Deputatların əksəriyyəti “lehinə” səs verib. Üç nəfər bitərəf qalıb, cəmi bir nəfər – Dmitri Tassoyev – əleyhinə çıxıb və “bu sənədin anlamı Cənubi Osetiya Silahlı Qüvvələrinin dağılmasıdır”, deyə bildirib.

Saziş Moskvada 2017-ci ilin martında imzalanmışdı və Rusiya-Cənubi Osetiya arasındakı müttəfiqlik və inteqrasiya haqda Sazişə əlavə olmmuşdu.

Müdafiə nazirinin səlahiyyətlərini icra edən İbrahim Qasseyevin sözlərinə görə, saziş aşağıdakılardan ibarətdir: Cənubi Osetiya vətəndaşları artıq RF Silahlı Qüvvələrində müqavilə əsasında hərbi xidmət keçmək üçün müraciət edə bilərlər və müsbət cavab aldıqları zaman onlar Rusiyanın Sxinvaldakı hərbi bazasında Rusiya qanunların tabe olaraq xidmət edəcəklər. Sazişə əsasən indən belə bu cür müqaviləli hərbçilərin ümumi hərbi stajına Cənubi Osetiya Silahlı Qüvvələrində xidmət müddəti də daxil olacaq.

Respublika Silahlı Qüvvələrin islahatına başlayır, hansı ki, bir necə hissəsi azalmış olacaq, Qasseyev deyir. Yeni təşkilati-ştat strukturuna keçid yarım il müddətində sona çatmalıdır.

Qasseyev həmçinin bildirib ki, Moskva Cənubi Osetiya Silahlı Qüvvələrində xidmət edən hərbçilərin əmək haqqı və sosial ödənişləri mərhələli şəkildə artırmağı nəzərdə tutur.

S azişin parlamentdə ratifikasiyası prosedurası zamanı əleyhinə yalnız bir deputat çıxıb – Dmitri Tasoyev, parlamentin müdafiə üzrə komitəsinin keçmiş sədri.

Tasoyev bildirib ki, sazişdə Cənubi Osetiya Ordusunun ayrı-ayrı hissələrin Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil olması mexanizmi aydın şəkildə əks olunmayıb.

“Biz öz ordumuzu itirəcəyik”, – o, digər deputatlara müraciət edərək deyib.

Dmitri Tasoyev az əvvəl Cənubi Osetiya Parlamentində baş verən qalmaqalın qəhrəmanı olmuşdu, o, yeni spiker olaraq Pyotr Qassiyevin seçilməsini “qəbulolunmaz” adlandırmış və buna etiraz etmişdi. Tasoyev spiker seçkisini “xalqa tüpürmək, cinayətkar işbirliyi faktı, …saxtakarlıq və xalqın amansızca aldadılması” adlandırmışdı.

Cavabında parlament ona qarşı etimadsızlıq qərarı çıxardı.

Bu dəfə Tasoyevi dolayı olaraq səsvermə zamanı bitərəf qalan üç deputat dəstəkləyib. Hər üçü “Xalq Partiyasını” təmsil edir. Onlar sazişin bir neçə müddəası ilə razı olmadıqlarını bildiriblər, həmçinin qeyd ediblər ki, deputatlar sənədin hazırlanmasında iştirak etməyiblər.

Onlardan biri – Amiran Dyakonov “Exo Kavkaza” media-portalına müsahibəsində deyib ki, iki il əvvəl müzakirə olunan ilkin sənəddə Cənubi Osetiyanın bütöv hərbi hissələrinin Rusiya komandanlığı altına keçəcəyi, yəni hərbi vahid kimi saxlanılacağı göstərilmişdi.

Ratifikasiya olunmuş sazişdə isə başqa şey deyilir – bildirilir ki, Cənubi Osetiya hərbçiləri fərdi qaydada Rusiya müdafiə qurumu ilə müqavilə bağlayacaq. “Bu o deməkdir ki, Cənubi Osetiya hissələri buraxılır”, – Dyakonov deyib.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır


More on JAMnews