37 yaşlı üç uşaq anası Maya Otinaşvili 11 gün həbsdə qaldı" />

Cənubi Osetiya hakimiyyəti Gürcüstan vətəndaşını Sxinvali həbsxanasından azad etdi

37 yaşlı üç uşaq anası Maya Otinaşvili 11 gün həbsdə qaldı

11 günlük həbsdən sonra Sxinvali hakimiyyəti sentyabrın 29-da saxlanılmış Gürcüstan vətəndaşı Maya Otinaşvilini girov müqabilində azad ediblər. Bu barədə Cənubi Osetiyanın РЕС dövlət agentliyi xəbər verib.

Axalqori rayon məhkəməsi Otinaşvilini Cənubi Osetiya respublikasının de-fakto sərhədini qanunsuz keçməkdə təqsirli bilib və onu bir il müddətinə şərti olaraq azadlıqdan məhrum edib və altı ay sınaq müddəti təyin edib.

37 yaşlı üç uşaq anası rusiyalı hərbçilər tərəfindən sentyabrın 29-da Gürcüstan-Osetiya münaqişəsi zonasında Qori bələdiyyəsində, Xurvaleti kəndinin yaxınlığında, evindən azca aralıda şəxsi torpaq sahəsində saxlanılmışdı – həmin vaxt o, fındıq yığırdı.

“Azadlıq” radiosu ilə söhbətində Otinaşvilinin anası Qalina Kelexsayeva bildirib ki, saxlanıldığı vaxt qızı müqavimət göstərib və onu döyüblər.

 

Bu, Rusiya hərbçilərinin münaqişə zonasında “sərhəd pozuntusuna” görə Gürcüstan vətəndaşını həbs etdiyi ilk hal deyil.

Bir qayda olaraq, “sərdədi pozduğuna” görə saxlanılan vətəndaşları cərimələyib tezliklə azad edirlər.

Amma bu dəfə belə olmadı, çünki Cənubi Osetiya DTK-dən bildirilir ki, Otinaşvili pul müqabilində adamları sərhəddən keçirirmiş. Buna görə də ona qarşı cinayət işi qaldırılıb.Maya Otinaşvilinin anası Qalina Kelexsayevanın üzvü olduğu “Sülh Naminə Qadınlar Hərəkatı” qeyri-hökumət təşkilatı Svinvalinin ittihamları absurd adlandırır.

•   Münaqişə zonasında “sərhədi qanunsuz keçdiyi” üçün Gürcüstan vətəndaşının saxlanılması haqqında məlumatlar mətbuatda az qala hər həftə peyda olur.

Qondarma “dövlət sərhədi” yaxınlığında hərəkətə müstəsna olaraq rusiyalı hərbçilər nəzarət edir. Onlar insanları həm də hələlik tikanlı məftilin, yaxud “sərhəd”i müəyyən edən digər nişanların olmadığı yerlərdə saxlayırlar.

Münaqişə zonasından tez-tez xəbərlər gəlir ki, rusiyalı hərbçilər “dövlət sərhədini keçdiyi üçün” öz kəndində heyvanlarını otaran, yaxud yaxınlıqdakı meşədə cincilim toplayan Gürcüstan vətəndaşını saxlayıblar.

Həmçinin saytda: Gürcüstan parlamenti “Otzoxoriya-Tatunaşvili siyahısı”nı qəbul edib ki, bu siyahıya Gürcüstan vətəndaşlarına qarşı cinayət törətmiş insanlar daxil edilib.

Son belə səs-küylü hadisə avqust ayının sonlarında baş verib. O vaxt rusiyalı hərbçilər Truso yarğanında bellərində çantalarla gəzintiyə çıxmış beş gənc gürcünü saxlamışdılar. Yeniyetmələrin azad edilməsi üçün bir neçə gün və beynəlxalq təşkilatların müdaxiləsi lazım olmuşdu. Adəti üzrə, saxlanılanları Sxinvali təcridxanasına yerləşdirirlər və cərimə ödənişinin qarşılığında azad edirlər.

•   Münaqişə zonasının bütün perimetri üzrə duran rusiyalı hərbçilər avqust müharibəsindən sonra inzibati sərhəd boyunca ağ-yaşıl, üzərində “Dövlət sərhədi” və “Cənubi Osetiya” yazılmış bannerlər asıblar.

Sərhəd funksiyasını işarələnmiş yerlərdə çəkilmiş tikanlı məftil yerinə yetirir. Rusiya və Osetiya tərəfləri bu prosesi “borderizasiya” adlandırırlar.

Onların sözlərinə görə, sərhəd çəkilərkən onlar köhnə, müharibədən əvvəlki vaxtların sovet xəritələrindən istifadə edirlər. Onların sözlərinə görə, Axalqor rayonu boyunca “dövlət sərhədi” elə aparılır ki, Axalqor rayonunun bütün kəndləri Cənubi Osetiyanın ərazisinə düşür.

Gürcü tərəfi bu prosesi “sürünən ilhaq” adlandırır və bildirir ki, Rusiya tərəfi hər dəfə yeni Gürcüstan ərazilərini mənimsəyir.

Tikanlı məftil Gürcüstan kəndlərində çox vaxt elə çəkilir ki. kəndlər yarıya bölünür. Nəticədə, onlarla ailənin örüş yerləri, qəbiristanlıqları və digər sahələri “sərhəd”in o biri tayında qalır.

•  Qori bələdiyyəsinin Xurvaleti kəndi Cənubi Osetiyadakı münaqişə zonası ilə həmsərhəddir. O, Qoridən 20 kilometr aralıda yerləşir. Xurvaleti kəndi rusiyalı hərbçilərin münaqişə zonasında tikanlı məftillərlə həyata keçirdiyi “borderizasiyası”ndan xüsusilə əziyyət çəkib.

Tikanlı məftil kəndi yarıya bölüb – bir hissəsi Tbilisinin tabeliyində qalıb, digər hissəsinə isə rusiyalı və osetiyalı hərbçilər tərəfindən nəzarət edilir.

Həmçinin saytdaTikanlı məftillə bölünmüş kəndlərdə necə yaşayırlar? Münaqişə zonasından reportaj

•  Rusiyalı hərbçilərdən savayı, 2018-ci ilin avqust ayındakı müharibədən sonra münaqişə zonasında Aİ Müşahidə Missiyasının nümayəndələri də var ki, onlar Tbilisinin nəzarətində olan ərazidə patrul xidməti görürlər..

 
Məqalədəki termin, toponim, fikir və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılmış təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır

More on JAMnews