Rusiya, ABŞ və Britaniya – açılmış maliyyə manipulyasiyalarının əksəriyyəti qanunidir, amma etik deyil " />

Cənnətlə bağlı araşdırma – hətta Britaniya kraliçası da üçüncü dünya ölkələrinin kasıblığından faydalanır

Rusiya, ABŞ və Britaniya – açılmış maliyyə manipulyasiyalarının əksəriyyəti qanunidir, amma etik deyil

REUTERS/Hannah McKay

Ofşorların fəaliyyəti ilə bağlı 13 milyondan çox sənəd Suddeutsche Zeitung qəzetinin əlinə keçib. “Panama arxivlərində” olduğu kimi qəzet bu sənədləri araşdırmaçı jurnalistlərin beynəlxalq konsorsiumuna ötürüb. Məlumat sızması artıq “Paradise papers” adını alıb.

Bütün bu həftə boyu ofşorların xidmətindən yararlanan məşhur insanlar haqda məluumatlar yayımlanacaq. BBC qeyd edir ki, araşdırmada söz açılacaq maliyyə manipulyasiyalarının əksəriyyəti qanuna zidd deyil, amma etik nöqteyi-nəzərdən  şübhəlidir.

Bazar günü araşdırmanın Böyük Britaniya kraliçası II Yelizaveta ilə bağlı olan ilk hissəsi dərc edilib. Bu materiallardan bəlli olur ki, kralıça şəxsi vəsaitlərini (13 milyon dollara yaxın) Kayman və Bermud adalarındakı ofşorlara yatırıb. Bundan başqa II Yelizaveta Bright House və Threshers şirkətlərinə də sərmayə qoyub. Birinci üçüncü dünya ölkələrində ucuz işçi qüvvəsindən faydalanmaqda ittiham olunub, ikinci isə 6 min əməkdaşı işsiz qoyaraq iflasa uğradığını elan edib.

Jurnalistlərin investisiya fəaliyyətinə diqqət yetirdiyi şəxslərdən biri də ABŞ-ın ticarət naziri Uilbur Rossdur.

BBC-nin məlumatına görə, Ross Rusiyanın “Sibur” holdinqi ilə əməkdaşlıq edən şirkətdə öz payını saxlayıb. Bu holdinq Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasətə görə ABBŞ-da sanksiya altındadır. “Sibur”un səhmdarları sırasında Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olan insanlar, o cümlədən kürəkəni də var.

Donald Trampın prezidentlik dövrü müddətində onun və komanda üzvlərinin Rusiya ilə əlaqələri Amerika KİV-nin ən çox müzakirə etdiyi mövzularından biridir. Hər dəfə Trampın çevrəsindən olan insanların rusiyalılarla görüşü və ya danışıqları haqda yeni məlumat ortaya çıxanda ABŞ prezidenti bildirir ki, onun bütün komandası ciddi tənqidə məruz qalır.


More on JAMnews