Boris Consonun jurnalist, xarici işlər naziri və London meri olduğu zamanlarda çıxışalrından sitatlar" />

Britaniyanın qısa zamanda Avropa İttifaqından çıxmasına səy göstərən yeni baş naziri ABŞ, Rusiya və İran haqda nə düşünür?

Boris Consonun jurnalist, xarici işlər naziri və London meri olduğu zamanlarda çıxışalrından sitatlar

Britaniyanın yeni baş nazirinin kim olacağı məsələsi həllini tapdı – eyni zamanda güman ki, Britaniyanın yaxın gələcəkdə Avropa İttifaqını tərk edəcəyi də yəqinləşir.

2016-cı ilin iyununda keçirilən referendumda britaniyaların 52 faizi Aİ ilə “boşanmanın” lehinə səs verib. 72 faizlik iştirak şəraitində bu rəqəm ciddi səslənir.

Amma qısa zamanda bəlli oldu ki, hər şey tam da elə deyil, bu üç il ərzində hələ də Avropa İttifaqından çıxış şərtləri razılaşdırılır.

Böyük Britaniya və Avropa İttifaqı: niyə ayrılıq çətinliklə başa gəlir?

Rusiyada etirazlar: nədən qorxmalı və nəyə ümid etməli?

Böyük Britaniyada yeni baş nazir olan keçmiş jurnalist, keçmiş xarici işlər naziri və keçmiş London meri Boris Conson müxtəlif müsahibələrində dəfələrlə bildirib ki, əgər London Avropa İttifaqı ilə çıxış şərtlərini razılaşdıra bilməsə, o, həmçinin “sərt brexit”ə, yəni razılaşdırmasız çıxışa da hazırdır.

Bu halda Britaniya Avropa İttifaqı ilə mal, kapital və xidmət mübadiləsini dünyadakı digər ölkələr kimi ümumi şərtlərlə aparmalı olacaq.

Bir çox ekspertlər deyirlər ki, Britaniya Avropa İttifaqı ilə münasibətdə hətta bəzi Afrika ölkələrindən də daha sərf etməyən vəziyyətə  düşə bilər. Məsələn, CAR-ın Avropa İttifaqı ilə azad ticarət haqda müqaviləsi var, Britaniyada isə olmayacaq.

Bütün dünya ekspertləri fəal şəkildə yeni baş nazirin həqiqətənmi məsələni qəti və tez çözmək niyyətində, eyni zamanda “razılaşdırmasız çıxışa” hazır olub-olmadığını, yoxsa bundan Avropa İttifaqını danışıqlar prosesinə qaytarmaq üçün təzyiq vasitəsi kimi istifadə etdiyini fəal şəkildə müzakirə edirlər.

BBC isə hələlik Boris Consonun müxtəlif illərdə digər ölkələr və onların liderləri haqda sitatlarının toplusunu hazırlayıb, bunlara əsaslanaraq Böyük Britaniyanın xarici siyasətinin gələcək istiqamətləri haqda ehtimallar qurmaq mümkündür.

ABŞ

Donald Tramp seçilməmişdən əvvəl: “Mən düşünürəm ki, bu insan Amerikada ən yüksək dövlət vəzifəsini tutmağa layiq deyil. Mən daha çox uyğun gələrdim, çünki Nyu-Yorkda doğulmuşam”.

Seçiləndən sonra: “Bu insanın çoxlu güclü keyfiyyətləri var. Onun vaxtında Amerika iqtisadiyyatı 3,6 faiz yüksəlib (əslində isə 3,1 faiz – red.)”.

Türkiyə

2016-cı ildə Conson Türkiyəyə və lideri Rəcəb Tayyib Ərdoğana özünün yazdığı qeyri-etik ifadələrin yer aldığı şeir ünvanlayıb.

Conson həmçinin dəfələrlə açıq şəkildə 80 milyonluq Türkiyənin Avropa İttifaqına daxil olması perspektivindən narahatlığını ifadə edib və bunu Böyük Britaniyanın Aİ-ni tərk etməsi üçün səbəblərdən biri adlandırıb.

Bununla belə, Consonun Türkiyə ilə ailə münasibətləri var. Onun ulu babası türkdür. Yüksək vəzifəli hərbçi  Əli Kamal 1920-ci ildə Türkiyənin daxili işlər naziri vəzifəsini tutub və küçədə izdiham tərəfindən öldürülüb.

Türkiyədə Britaniyanın yeni baş naziri ilə qohumluq əlaqələrini yaxşı xatırlayırlar – Boris Consonun ulu babasının doğma vilayətində ağsaqqallar şurasına seçiləndən sonra onun şərəfinə çox sayda qurban kəsməyi vəd ediblər.

Rusiya

Mən xarici işlər naziri olanda, elə bilirdim ki, bizim Rusiya ilə münasibətlərimizi “yenidən yükləmək” olar. Bu sadəlövhcə idi, bu yanlış idi. O ölkədə oliqarxlar və onların əlaltıları həddən artıq çox hakimiyyətə sahibdirlər”.

Hindistan

2019-cu ilin mayında Narendra Modinin yenidən Hindistanın baş naziri vəzifəsinə seçilməsi ilə əlaqədar Conson Twitter-də yazıb:

“Hindistanın gələcəyi ilə bağlı nikbin baxışları tamamən bölüşürəm”.

Böyük Britaniya Brexit halında Hindistanla ticarət həcmini əhəmiyyətli dərəcədə artırmaq ümidindədir və Boris Conson bunu öz xidmətləri sırasına yazmağı hədəfləyib.

İran

London və Tehranın münasibətləri bir neçə gün əvvəl Hörmüz körfəzində İran hərbçiləri Böyük Britaniya bayrağı altında üzən tankeri ələ keçirəndən sonra kəskinləşib.

İran elan edib ki, tanker bu ölkənin ərazi sularına daxil olub.

Daha əvvəl Böyük Britaniyanın iştirakı ilə İranın beynəlxalq sanksiyaları pozaraq Suriyaya yönələn neftlə yüklənmiş tankeri saxlanılmışdı.

Bu hadisələri şərh edən Boris Conson demişdi ki, hərbi aksiyaların əleyhinədir və “diplomatiya tərəfdarıdır”.

Səudiyyə Ərəbistanı

Conson bu ölkəni dini azlıqların haqlarını pozmaqda, regionda hibrid müharibəsi aparmaqda ittiham edib. Consonun indi Britaniyadan ən çox silah alan ölkə kimi Səudiyyə Ərəbistanı haqda nə deyəcəyinə baxmaq lazımdır.

Çin

Conson Honkonqda bu ölkə vətəndaşlarının Çinə ekstradisiyasına imkan verən qanuna qarşı təşkil edilmiş etiraz aksiyaları ilə tam həmrəylik sərgiləyib. 

Bununla yanaşı BBC xatırladır ki, onun Çin sosial şəbəkəsindəki akkauntu (ÇXR-da dünya internetinə çıxış məhduddur) 2013-cü ildən bəri yenilənməyib.

 


More on JAMnews