Britaniya parlamenti ikinci dəfə Avropa İttifaqından çıxış haqda razılaşma layihəsini rədd edib. Martın 29-na – ölkənin Aİ-dən ehtimal olunan çıxış gününə qədər sayılı günlər qalıb. Nə gözləməli?" />

Brexit planı yenidən rədd edildi: indi necə olacaq?

Britaniya parlamenti ikinci dəfə Avropa İttifaqından çıxış haqda razılaşma layihəsini rədd edib. Martın 29-na – ölkənin Aİ-dən ehtimal olunan çıxış gününə qədər sayılı günlər qalıb. Nə gözləməli?

Britaniya parlamenti ikinci dəfə Avropa İttifaqından çıxış haqda razılaşma layihəsini rədd edib. Martın 29-a – ölkənin Aİ-dən ehtimal olunan çıxış gününə qədər sayılı günlər qalıb. Nə gözləməli?

 BBC-nin məqaləsində bildirilir ki, hadisələr səkkiz ssenari üzrə inkişaf edə bilər.

• Aİ-dən razılaşmasız çıxış, amma bir qədər sonra. Yəni Britaniyaya qısamüddətli möhlət veriləcək, amma ölkə yenə də Aİ ilə çıxış şərtlərini razılaşdıra bilməyəcək.

• Razılaşmanı parlamentdən keçirmək üçün üçüncü cəhd.

• Brüssellə yeni şərtlər ətrafında yeni danışıqlar — məsələn, Britaniya “boşanmadan” sonra Aİ ilə daha sıx münasibətlərə razılaşır.

• İkinci referendum. Referendum haqda qərarı parlament verir, amma parlamentdəki çoxluq hələlik bunun əleyhinədir.

• Növbədənkənar seçkilər. Əsas mövzu mütləq Brexit olacaq və müvafiq olaraq seçkilərin nəticələri partiyanın seçkiqabağı proqramında nəzərdə tutulan Brexit üçün xalq mandatı hesab olunacaq. Problem ondadır ki, aparıcı partiyalar özləri də Brexit formalarına görə parçalanıblar.

• Hökumətə etimadsızlıq qərarı ilə bağlı yeni səsvermə. Bunu leyboristlər təşkil edə bilər. Yanvarda onlar məğlub oldu. Əgər ikinci cəhddə qalib gəlsələr, hökumət istefa verməli olacaq və ola bilər ki, (amma mütləq deyil) yeni seçkilər olsun.

• Brexit-dən imtina. Avropa Məhkəməsi qət edib ki, Britaniya birtərəfli şəkildə Aİ-dən çıxış istəyini geri çəkmək hüququna malikdir. Bu, böyük ehtimalla yalnız ikinci referendumdan (müvafiq nəticə ilə) və ya növbədənkənar seçkilərdən sonra baş verə bilər.

• Tereza Meyin könüllü istefası  və yeni hökumətin formalaşması, yaxud da yenə də növbədənkənar seçkilər.


More on JAMnews