On ildir ki, o, Cənubi Osetiyanın ucqarında tənha yaşayır. Unikal balıq təsərrüfatı qurub, bir də hər tərəfi şüşə balıq restoranı olacaq. Amma sərmayəyə ehtiyacı var " />

Balıqçı

On ildir ki, o, Cənubi Osetiyanın ucqarında tənha yaşayır. Unikal balıq təsərrüfatı qurub, bir də hər tərəfi şüşə balıq restoranı olacaq. Amma sərmayəyə ehtiyacı var

Balıqçı
Slider

Bura Cənubi Osetiyada, ala-babat yolla dağlara doğru 20 km məsafədə yerləşir. Meşələrin içi ilə gedir, döngədən hansı mənzərənin açılacağını belə kəsdirə bilmirsən. Leonid Qaqiyev 10 il əvvəl bu yolu gəlib və geri dönməyib. Balıq təsərrüfatı yaradıb. Yalnız Cənuni Osetiyanın hər yerindən yox, hətta Rusiyadan da alabalıq, qızılbalıq, kürü almaq üçün yanına gəlirlər.

Amma on ildir ki, hələ də burada tək yaşayır, kimsə ona qoşulmayıb.

Laykam var idi, çox gözəl itdi, qorxusuz. Bir dəfə gecə onun hürdüyünü eşitdim, amma işıq yox idi. Çıxdım, qışqırdım, hay vermədi. Səhər tapdım onu. Bir sürü canavar onu parçalamışdı. Mən günahkar idim, həmin gün ona şəhərdən ləzzətli ət, sümük gətirmişdim və şaxtada qoymuşdum. Canavarlar da qoxuya gəlmişdi. O isə sahibini qorumaq üçün savaşmışdı onlarla. O vaxtdan bəri bir daha it saxlamamaq qərarı verdim. Amma Murzilka özü gəldi bura, yolunu azmışdı. Mən təkəm, darıxıram. Odur ki, birlikdə yaşayırıq.

previous arrow
previous arrow
next arrow
next arrow
Shadow
Slider

Leonidin 60 yaşı var. Onun “Cənub qapıları” adlı təsərrüfatına hazırda beş hovuz daxildir

“Mən bu dərədə böyümüşəm, kəndimin adı Kasaqcındır (Balıqlı). Yəqin əvvəldən bəlliymiş ki, bu işlə məşğul olacam. Uşaqlıqda biz qruplara ayrılıb, bulaqları və çayları “bölüşdürürdük”. Hərə ancaq “öz” hissəsində balıq tuta bilərdi. Amma bir dəfə mən “başqasının ərazisinə” balıq tutmağa getdim. Sonra düşündüm ki, bəlkə başqaları da mənim ərazimə belə girir?”

2010-cu ildə Leonid öz işini quranda sadəcə həvəskar balıqçı biliklərinə sahib idi. Sonra o, bu haqda çoxlu oxumağa, yerli çayların ətrafını dolaşaraq, onları artıq tamam başqa gözlə öyrənməyə başlayıb

Bu gün onun beş hovuzuna su Susaq (tərcümədə “Sükut” deməkdir) çayından axır. Və o, ildə təxminən 5 ton balıq yetişdirir.

“Mən bilsəydim ki, belə ağır olacaq, heç vaxt bu işə başlamazdım. Hələ ancaq lap əvvəlini xatırlasam. Burada yerləşdim, həyatımdakı ilk hovuzumu tikdim, sonra da Şimali Osetiyaya balıq dalınca getdim. Amma yolda balıqların böyük hissəsi tələf oldu. Çox böyük ziyana düşdüm, çox məyus olmuşdum. Yaxşı ki, təslim olmadım, növbəti dəfə hər şey alındı”.

Alabalığın və ya qızılbağılın kiloqramını Leoniddən 600-700 rubla [6-9 dollara] almaq mümkündür. Balığın birinin çəkisi 5-7 kiloqram gəlir, amma 20 kilo çəkisi olan balıqlar da olur. Kürünü isə 4 min rubla [70 dollara yaxın] satır. Məsələn, Şimali Osetiyada eyni balıq iki dəfə bahadır.

“Yeni başlayanda QAZ-66 maşınının budkasında yaşayırdım. Yatmaq o qədər də rahat deyildi, ayaqlarımı uzada bilmirdim. Orada üç il yaşadım. Torpaq da mənim deyil, dövlətdən icarəyə götürmüşəm”.

previous arrow
previous arrow
next arrow
next arrow
Shadow
Slider

Evdə tək qalır. Leonidin ailəsi var, amma onlar Şimali Osetiyada yaşayırlar. Burada yaşamaq çox çətindir, deyirlər. Ancaq yayda qonaq gəlirlər.

“Elə olur ki, soyğunçular gəlib pulsuz balıq tutmağa çalışır. Müşahidə kamerası quraşdırmışam, tüfəng üçün icazə də almışam. Bir sözlə, öz təsərrüfatımı qoruyuram”.

Evinin yanında çay daşından restoran tikir. Orada hər şey sadə olacaq. İçi balıqla dolu hovuz üzərində şüşə döşəmə. Daşları daşımaq üçün xüsusi “qaldırıcı kran” da icad edib.

Shadow
Slider

Amma hər şey çox ləng gedir. Leonid ixtisasca maliyyəçidir. O, böyük təsərrüfat yaratmaq üçün nə qədər vəsaitə ehtiyac olduğunu çoxdan hesablayıb: 50 milyon rubl [76 min dollara yaxın]. O zaman çeşidləri artırmaq, kürünü konservləşdirmək, hisə verilmiş və az duzlu balıq hazırlamaq mümkündür. O, hətta layihə hazırlayıb, investisiya agentliyinə təqdim edib.

“Mən 5-10 ildən sonra artıq krediti qaytara bilərdim. Amma layihəmi maliyyələşdirmədilər”.

O, yalnız 2 milyon rubl [30 min dollara yaxın] kredit götürməyə nail olub, bu da ona təsərrüfatını bir qədər genişləndirməyə imkan verib.

“Mən soyuducu və hislətmə qurğusu aldım. 2019-cu ilin noyabrına qədər krediti bağlayacam, sonra ola bilər ki, yenə də götürüm”.

previous arrow
previous arrow
next arrow
next arrow
Shadow
Slider

Yolu keçən kimi böyük çay axır. Leonid Qaqiyev artıq orada böyük hovuzlar üçün çuxur qazıb. Əgər hər şey alınsa, balıqları daha çox olacaq.

Müəllifin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun özünə məxsusdir, JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews materiala yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə bilən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews