Qar örtüyü 23 santimetrə çatır" />

Bakıda rekord səviyyədə qar yağıb

Qar örtüyü 23 santimetrə çatır

Bakı Nəqliyyat agentliyi şəhərdə yağan qar və bir çox küçələrdə yolların buz bağlaması nəticəsində paytaxtdakı marşrut avtobuslarının sürücülərinin çətinliklərlə üzləşdiyini bildirib.

Sərnişin daşıyıcılarına müəyyən yollarda hərəkət üçün təhlükə yaranacağı hallarda avtobusların hərəkətini müvəqqəti saxlamaq tövsiyə olunub.

Sosial şəbəkələrdə istifadəçilər bir çox avtobusların marşruta çıxmadığından və taksi daşıma qiymətlərinin artmasından gileylənirlər.

Bakının Xətai rayonunda hava şəraiti ilə bağlı elektrik və qaz təminatında problerlər yaşanıb.

Azərbaycanın Ekologiya və təbii sərvətlər nazirliyinin məlumatına görə fevralın 2-də qar tədricən zəifləyəcək amma şaxtalı hava hələ bir neçə gün davam edəcək.


More on JAMnews