Etiraz aksiyasında onlar yeni mənzillərin verilməsini tələb ediblər " />

Bakıda məcburi köçkünlər qəzalı vəziyyətdə olan binada yaşamaqdan imtina edirlər

Etiraz aksiyasında onlar yeni mənzillərin verilməsini tələb ediblər

Hərbi yataqxananın binasında yaşayan məcburi köçkünlər oktyabrın 10-da onlara normal mənzillərin verilməsi tələbi ilə etiraz aksiyası keçiriblər. Məmurlar onların tələblərinin ilin sonuna kimi yerinə yetiriləcəyinə söz veriblər – bu barədə “Kavkazski uzel” yazır

Müvəqqəti ocağın mühafizləri

Vanna otağında mətbəx, yaxud qaçqınlar “Nairi” mehmanxanasında necə yaşayırlar

Tsxaltubo – atılmış cənnət

“Nə məktəb var, nə xəstəxana, nə də avtobus”

Aksiya iştirakçılarının sözlərinə görə, hazırda onların yaşadıqları bina qəzalı vəziyyətdədir. Bununla bərabər, bina şəhərdən kənarda yerləşir – yaxınlıqda nə məktəb, nə xəstəxana, nə də müntəzəm işləyən nəqliyyat var.

«30 uşaq məktəbə gedə bilmir», – “Turan” agentliyi aksiya iştirakçılarından birinin sözlərinə iqtibas edir.

Daha öncə köçkünlərə bu məqsədlə məxsusi olaraq tikilmiş “Qobu Park” şəhərciyində mənzillərin verilməsi vəd olunmuşdu. Lakin bu, hələ də baş verməyib.

Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi söz verib ki, problem həllini tapacaq və ilin sonuna qədər 3700-dən çox məcburi köçkün mənzil alacaq.

Bununla birlikdə, məmurlar deyiblər ki, etiraz edənlərə müvəqqəti olaraq kirayədə yaşamaq təklif olunub, lakin onlar bundan imtina ediblər.

25 illik “müvəqqəti mənzil”

Rəsmi məlumatlara görə, 90-cı illərin əvvəllərində Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsi üzündən təxminən 1 milyon nəfər evlərini itiriblər, qaçqın və məcburi köçkünə çevriliblər. Onları müvəqqəti olaraq necə gəldi yerləşdiriblər – yataqxanalarda, sanatoriyalarda, məktəblərdə. O vaxtdan artıq 25 il keçib, lakin bir çoxları hələ də bu “müvəqqəti” yerlərdə yaşayırlar. Adəti üzrə, belə yerlərdə şərait çox pisdir.

Onları tədricən yeni evlərə köçürürlər, lakin bu proses kifayət qədər ləng gedir və bu səbəbdən də, insanlar onu sürətləndirmək üçün tez-tez etirazlar edirlər.


More on JAMnews