Şərh: Abxaziya və Gürcüstan güc strukturları arasında əlaqələrin səmərəsi haqda
Zuqdididə bankı ələ keçirəndən və yarım milyon dollarla aradan çıxandan sonra bütün Gürcüstanda bu cinayətkar axtarılır. Bəziləri də Abxaziya tərəfə işarə edir – necə deyərlər, “biz onu əlbəttə ki, tuta bilərdik, amma vicdansız özünü Abxaziya sahilinə çatdıra bildi”.
Abxaziya hakimiyyəti isə öz növbəsində qürurla bildirir ki, sərhəd etibarlı qıfıl altındadır və nəinki çantası pul dolu cinayətkar, heç xırda siçan da içəri sıza bilməz.
Əgər vəziyyətə güzgü effekti ilə baxsaq, məsələn, Oçamçirdə bank soyulub və cani qaçıb gizlənə bilib. Onlar da çox güman ki, barmaqları ilə Gürcüstanı göstərəcəkdilər, oradakı rəis isə deyəcəkdi ki, “burada heç kim yoxdur”.
Sadə vətədaşlar gərəkli sənədləri olsa da, Abxaziya-Gürcüstan sərhədini keçə bilmirlər. Cinayətkarlar üçün isə lazımı sahilə keçmək heç də çətin deyil
Bu, mübahisələndirilməyəcək faktdır. Səksən kilometrlik məsafədə kor nöqtələr kifayət qədərdir.
• Qarabağ münaqişəsinin həllinə kim kömək edəcək – Vaşinqton, yoxsa Moskva?
• Gürcüstan və Rusiya arasında yük tranziti Abxaziya və Cənubi Osetiyadan keçəcəkmi?
Nəticədə abxaziyalı banditlər Gürcüstana, gürcüstanlı canilər isə Abxaziyaya qaçır. Və hazırda bunun qarşısını almaq mümkün deyil. Çünki iki düşmən tərəfin hüquq-mühafizə orqanları arasında heç bir kommunikasiya yoxdur.
Gürcüstan jurnalistləri Təhlükəsizlik Şurasının katibi Sergey Şambaya zəng vurub soruşa bilərlər: qaçaq siz tərəflərdə görünməyib ki?
Gürcüstan polisi isə analoji sualla abxaziyalı həmkarlarına müraciət edə bilmir. Ola bilər ki, qürur hissi mane olur, ola bilər ki, sadəcə etibar etmirlər.
Amma bu, mahiyyəti dəyişmir – Gürcüstan və Abxaziyanın hüquq-mühafizə orqanları arasında kommunikasiya yoxdur, bu da şübhəsiz ki, hər iki tərəfə problem yaradır.
Siyasət öz yerində, amma ən azı qeyri-rəsmi səviyyətə bu cür əlaqənin olması sadəcə mütləqdir.
Hələlik isə Zuqdididən olan bank soyğunçusu doğrudan da Abxaziya ərazisinə keçibsə, rahat ola bilər. Burada onu heç kim axtara bilməyəcək. Eləcə də abxaziyalı banditin rahatca Gürcüstan ərazisində gizlənməsi mümkündür.
Məqalədəni terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.