Festivalın şüarı belədir: “Sivilizasiya və mədəniyyətlərin kəsişməsi. Şüara uyğun olaraq müsabiqə proqramında müxtəlif milli, etnik və dini qrupların həyatı əks olunan, sadə insanların problemlərinə toxunan filmlər iştirak edir.
Festival 2004-cü ildən keçirilir. Bu il o, Ermənistanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunub. Müsabiqə və müsabiqədən kənar proqramlarda 130-dan çox bədii və sənədli film iştirak edir.