Uzun onilliklər boyu Azərbaycanda ilk dəfə Yeni İl adi keçirilib – atəşfəşanlıq və ənənəvi bayram əhvalı olmadan. Az əvvəl başa çatan müharibə və karantin bayramda öz izini buraxıb.
Azərbaycan ikinci Qaraabağ müharibəsində 2800 nəfərdən çox hərbçisini itirib və cəmiyyətdə belə bir zamanda bayram keçirməyin yersiz olduğu fikri dominant olub.
Həmçinin koronavirus pandemiyasına görə karantin də davam edir. Bakı və ölkənin digər şəhərlərinin sakinləri əvvəlcədən sms icazə alaraq evdən sutkada cəmi 3 saatlıq çıxa bilirlər.
JAMnews 2021-ci ilə cəmi bir neçə saat qalmış Bakı küçələrindən video və fotoreportaj hazırlayıb.