Yeni Avropa Parlamentində Avropa İttifaqının tərəfdarları əleyhdarlarından daha çox olacaq
Avropa İttifaqının qanunverici orqanına keçirilən seçkilərin nəticələrinə dair ilk proqnoz dərc edilib: Avropa Parlamentində çoxluq Avropaya inteqrasiyanın tərəfdarları olacaq.
Böyük ehtimalla ən çox yeri Avropa Xalq Partiyası qazanacaq – 173 .
İkinci pillədə Sosialistlərin və Demorkratların Tərəqqi Alyansıdır – 147 yer.
Üçüncü pillədə Fransa prezidenti Emmanuel Makronun Liberallar və Demokratlar Avropa uğrunda Alyansla ittifaqda olan hərəkatıdır – 102 yer.
“Yaşıllar” – 7 yer.
Onların hamısı Avropa İttifaqının hazırkı formada qorunmasının lehinə çıxış edən partiyalardır və Avropa Parlamentində 751 yerdən 493-nü qazanırlar.
Fransa və İtaliyadan olan Avropa İttifaqına qarşı çıxan populist və ultra-sağ partiyalar 57 yerə sahib olub – bu, 2014-cü il seçkiləri ilə müqayisədə 20 yer çoxdur, amma hansısa konkret addımı atmaq üçün yetərli deyil.
Fransada sağ Milli Birlik Partiyası Marin Le Pen Avropa Parlamentində Emmanuel Makronun “İrəli Respublika!” partiyasından bir yer artıq əldə edib: 23-ə qarşı 24.
Almaniyada Avropa İttifaqını dəstəkləyən Angela Merkelin XDİ/XSİ alyansı seçkilərdə tarixinin ən pis nəticəsini versə də, qalib gəlib.
Kontekst
Mayın 23-dən 26-a qədər Avropa İttifaqının 28 ölkəsində Avropa Parlamentinə keçiriləcək seçkilərdə Avropa İttifaqının tərəfdarları və əleyhdarları arasında kəskin qarşıdurma gözlənilir.
Bu, bütün planetdə ən irimiqyaslı parlament seçkiləridir – bu seçkilərdə ümumilikdə 500 milyon insan iştirak edəcək. Bir çox ekspertlər hesab edirlər ki, bu seçkilərdən sonra Avropa İttifaqında qütbləşmə daha da dərinləşəcək. Hərçənd əksər ekspertlər parlamentdə yerlərinin çoxunu Avropa İttifaqının möhkəmləndirilməsi ideyasını dəstəkləyən partiyaların qazanacağı fikrində uzlaşır.
• Putinin kazak xoru ilə Avstriya XİN başçısının toyuna gəlməkliyi
• Rusiyaya qarşı Avropa sanksiyaları: sözlə və işlər
Politico internet jurnalı belə bir proqnoz irəli sürüb (Böyük Britaniya seçicilərini nəzərə almadan):
465 yer — Avropa İttigfaqını dəstəkləyən partiyalar.
255 yer — Avropa İttifaqına qarşı çıxan partiyalar.
Bu seçkilərin anlamı nədir və Avropa Parlamentinin mahiyyti nədir? – bütün detallar.
Bu seçkilərdə nə həll olunur?
Avropa liderləri arasında Avropa İttifaqı tərəfdarları sırasına hamıdan əvvəl Almaniya kansleri Angela Merkeli və Fransa prezidenti Emmanuel Makronu aid etmək olar.
Avropa İttifaqına qarşı olanlar arasında ən çox İtaliyanın baş naziri Matteo Salvini, Fransa millətçilərinin lideri Marin Le Pen, Böyük Britaniyada Brexit tərəfdarı olan Naycel Farrac və “Almaniya üçün alternativ” partiyasını sadalamaq olar.
Fikir haçalanmasının əsas səbəbi avropalı seçicini hər şeydən çox narahat edən iki məsələdir: qanunsuz miqrasiya və iqtisadiyyatın durumu.
Rusiyanın bura nə dəxli?
Avropa və Britaniyada bir çox media orqanları Rusiyanın Avropa Parlamentinə seçkilər zamanı çaxnaşma yaymağa çalışacağını proqnozlaşdırır.
“Putin Avropa Parlamentinə seçkiləri Rusiyanın Avropadakı mövqeyini bərpa etmək imkanı kimi dəyərləndirir”, – The Telegraph qəzeti yazır.
Euobserver yazır ki, sosial şəbəkələrdə əsas təbliğat və dezinformasiya hədəfi Almaniya, Fransa və İtaliya olacaq. Avropa İttifaqı üçvü olan məhz bu üç böyük dövlət Avropa Parlamentinin 751 deputatından üçdə bir hissəsini seçəcək.
Moskva artıq “Avropa skeptikləri” olan partiyaların dəstəklənməsini fəallaşdırıb, Euobserver yazır:
“Putin hökuməti dezinformasiyaya ildə 250 milyon funt xərcləyir ki, bunun da böyük hissəsi Avropa İttifaqının payına düşür. Kreml seçkiləri Belarus və Pribaltikaya mümkün müdaxilə öncəsi bütün kontinendə siyasi parçalanma toxumu səpmək imkanı kimi dəyərləndirir”.
2017-ci ildə NATO və Avropa İttifaqının 10 üzvü, Fransa və Almaniya daxil olmaqla, Finlandiyada “hibrit təhhlükəyə” qarşı fəaliyyət üzrə əks-təbliğat mərkəzi yaradıb. Latviya, Litva və Estoniyada NATO-nun analoji hissələri işləyir, Times xatırladır.
Avropa Parlamenti nə deməkdir?
Avropa Parlamenti Avropa İttifaqının qanunvericilik fəaliyyətinə cavabdeh olan üç instansiyadan biridir.
Digər ikisi Avropa Şurası və Avropa Komissiyasıdır.
Avropa İttifaqı bütün üzv ölkələrin nümayındələrindən ibarətdir, Avropa Komissiyası isə icra hakimiyyəti orqanıdır (bir növ hökumət). Hər ikisi qanunvericilik təşəbbüsü hüququna malikdir.
Avropa İttifaqında istənilə qanunun qəbul edilməsi üçün Avropa Parlamenti və Avropa Şurasının razılığı lazımdır.
Həmçinin Avropa Parlamentinin üzvləriAvropa Komissiyasının sədrini seçir.
Avropa Parlamenti isra funksiyalarına malik deyil, amma bu orqan ümumi siyasi istiqamətlərin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir.
Avropa Parlamentinin son zamanlarda ən əhəmiyyətli qərarı kimi Avropa İttifaqında mobil rouminqdın imtina və ərazisində plastikdən istifadənin qadağan edilməsini göstərmək olar.
Bir neçə rəqəm
28 plkədən olan 500 min seçici 751 parlament yerinin taleyini həll edəcək.
Ötən seçkilərdə Avropa İttifaqı üzrə seçicilərin orta fəallığı 43 faiz təşkil edib.
Avropa Parlamentində ən böyük nümayəndəlik Almaniyaya aiddir – 96 yer.
Ən kiçik nümayəndəlik isə Malyata – altı yer.
İstənilən Aİ vətəndaşı təşkilata daxil olan istənilən ölkədən namizədliyini irəli sürmək hüququna malikdir.