Hər il martın 21-də Ermənistanın bütpərəst icmasının nümayəndələri Qarni ibadətgahının qarşısında yığışırlar.
Elə təəssürat yaranır ki, dünyanın ən xristian ölkələrindən birində qəflətən, bir günün içində yüzlərlə bütpərəst peyda olur. Yeri gəlmişkən, bu il soyuq hava bir çoxlarını ənənəvi zəvvarlıqdan çəkindirdi.
Yaz gecə-gündüz bərbərliyi günündə günəş allahı Vaaqnanın doğması və bütpərəst Yeni il qeyd olunur. Mərasim Qarnidə keçirilir, çünki regionda əsrlərdən bəri qalan yeganə bütpərəstlik ibadətgahı burada yerləşir. O, bizim eranın 1-ci əsrində çar Trdatın dövründə tikilib.
Bayramda təkcə yerli bütpərəstlər iştirak etmir. Kahinlər tərəfindən keçirilən mərasim bu günlərdə Ermənistana gələn turistləri cəlb və valeh edir.
Erməni bütpərəst icması müxtəlif tərkiblidir. Bu, əsasən, 1990-cı ildə Slak Kakosyan tərəfindən “Arordineri uxt (Günəşin oğullarının qardaşlığı) təşkilatının üzvləridirlər.
Onlardan başqa, bütpərəstlər icmasına özünün və köklərinin axtarışı zamanı xristianlıqdan “milli, bütpərəst dininin xeyrinə imtina edənlərdir. Və nəhayət, onlara zərdüştlük dininin davamçıları da qoşulub.
Məhz zərdüştlük panteonu vaxtıykən erməni bütpərəst allahları panteonunun əsasını təşkil etdi. Düzdür, onların arasında prinsipial fərqlər də var. Ermənistanda zərdüştlüyün davamçılarının əksəriyyəti yezidlərdir.