“Xosrov meşəsi” qoruğunda baş vermiş yanğın yerli ekosistemə böyük ziyan vurub. Qoruğun və florası, həm florası zərər görüb. Yanğın avqustun 12-də baş verib, amma yalnız dörd gündən sonra, yanğın əleyhinə tədbirlər leysan yağışlarının da əlavə olunması nəticəsində söndürmək mümkün olub. Yanğının dəqiq səbəbi təsbit edilməyib.
“Xosrov meşəsi” zəngin bitki örtüyü ilə məşhurdur. Burada Ermənistan florasının yarıdan çoxu toplanıb – 1849 növ bitki. Qoruğun dağ ekosistemlərində 283 növ onurğalı heyvan yaşayır.
Mütəxəssislər bildirirlər ki, yanğın nəticəsində ilk növbədə sürünənlər, gəmiricilər və meşə həşəratları məhv olub. Yerli faunanın yerdə qalan təmsilçiləri xoşbəxtlikdən ziyan çəkməyib, amma təhlükəsiz yerlərə köçməli olublar. 201 ha ardıc, 909 ha palıd meşəsi və 162 ha ot örtüyü də yanıb.
“Bu qoruq milli və regional, beynəlxalq əhəmiyyətə malikdir. Burada respublika bitkilərinin yarıdan çoxu, yüksək növ bitkilər yerləşir. Bura həmçinin quş, məməlilər, endemik növlərlə zəngindir – bezoar keçisi və erməni muflonu. İtkilərin bərpasına onilliklər gedəcək, çünki ağaclar da məhv olub, məsələn, ardıc ağaclarının əvvəlki ölçülərinə qədər bərpasına illər sərf etmək lazımdır”, – ekoloq Karine Danielyan bildirir.
“Yaşıllar ittifaqı”nın sədri Akop Manasaryan bildirib ki, yanmış ərazilərin bərpası ilə bağlı ancaq xəyal qurmaq olar.
“Bu günü matəm günü elan etmək olar, çünki yanan sahələrin milli və beynəlxalq dəyəri böyük idi. Bərpadan söhbət belə gedə bilməz, bu ərazidə yüzlərlə unikal bitki, endemik ağac vardı. Erməni ardıcını müxtəlif yerlərdə becərməyə çalışıblar, müxtəlif metodlar tətbiq ediblər, amma mümkün olmayıb, bu, çox mürəkkəb məsələdir. Bitkilərin və heyvanların simbiozunu bərpa etmək mümkün deyil” , – Akop Manasaryan deyib.
Sosial şəbəkə istifadəçiləri də bu məsələni fəal müzakirə edir. Əksəriyyət baş verənlərlə bağlı təəccüb və narazılıq ifadə edir, çünki yanğını uzun müddət söndürə bilməyiblər, həmçinin Ermənistanda müvafiq texnikanın olmaması və digər ölkələridən kömək istənilməsi, Rusiyadan “İl-76” təyyarəsinin gətirilməsi də hiddət doğurub.
“Siz heç olmasa anlayırsız ki, belə qızmar havada istənilən isti ölkədə yanğınlar qaçılmazdır. Hər il Avstraliyada və Amerikada həftələrlə sürən yanğınlar baş verir… Bir az düşünmək lazımdır axı! Məgər, aydın deyildi ki, bir gün buu bizdə də baş verəcək?”
“Biz necə ölkəyik, əgər yanğını da söndürə bilmiriksə, bizim məgər yanğın söndürmək üçün texnikamız da yoxdur?”