Xocavənddə öldürülən erməni əsilli şəxslə bağlı ziddiyyətli məlumatlar
Dekabrın 3-də Xocavənd rayonu ərazisində Azərbaycan hərbçisi tərəfindən öldürülən erməni əsilli şəxslə bağlı tərəflər ziddiyyətli məlumatlar verir.
Söhbət 65 yaşlı Seyran Sarkisyandan gedir. Ermənistan tərəfindən verilən məlumata görə, heyvandarlıqla məşğul olan kişi yolunu azıb və Azərbaycan SQ-in nəzarəti altında olan ərazilərə keçib. O, Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb və öldürülüb.
Azərbaycan tərəfi insidenti təkzib etməyib, amma bildirib ki, Azərbaycan ordusunun mövqelərindən birində növbə çəkən hərbçi hücuma məruz qaldığı üçün atəş açmalı olub.
Ermənistan tərəfi isə dekabrın 4-də əlavə detallar açıqlayıb. Qeyd olunub ki, öldürülən şəxs yolunu azmayıb, neytral zona adlanan ərazidən zorla oğurlanıb. Bundan başqa, “qəsdən qətl törədildiyini təsdiqləyən inandırcı və təkzibolunmaz sübutlar, o cümlədən də video-görüntülər var”.
Ermənistan və Azərbaycan tərəfinin verdiyi informasiyaya görə hadisənin bütün təfərrüatları.
- Bakıdan şərh: “Ermənistanla sülh sazişi Qarabağ problemini həll etməyəcək”
- “Yüksək səviyyədə faydalı görüş” – Putin-Paşinyan-Əliyev danışıqlarının bütün iştirakçılarının dəyərləndirməsi
- Ermənistana qarşı pressinq: Bakı nə istəyir, Rusiya nə gözləyir? Yerevandan şərh
Bakıdan informasiya
Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçu dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb:
“Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib. Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə birgə monitorinq mərkəzinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır”, – MN-in məlumatında deyilir.
Yerevandan informasiya
Ermənistanın hüquq-mühafizə orqanlarından bildirilib ki, dinc sakinin qətlə yetirildiyinə dair təkzibedilməz sübutlar var və insidentin bütün təfərrüatlarının tam araşdırılması üçün Rusiya tərəfinə veriləcək.
Bununla belə, hazırda Rusiya Sülhməramlı Qüvvələrinin prokurorluğu ilə əməkdaşlıq çərçivəsində məlum olub ki, “Artsax vətəndaşının qətlini Azərbaycan vətəndaşı, sıravi Rəhimzadı Davud Qabil oğludur”.
Rusiya, Ermənistan və Azərbaycanın baş prokurorluqları arasında əldə edilmiş razılıq çərçivəsində Rusiya Sülhməramlı Kontingentinin prokuroru hadisə yerinə gəlib. Onun artıq Azərbaycan tərəfdən hadisə şahidləri ilə görüşmək, Rəhimzadənin özü ilə danışmaq imkanı olub.
Həmçinin bildirilir ki, hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə “Azərbaycan və Ermənistan SQ rəhbərlərinin işçi görüünün keçirilməsi imkanı müzakirə edilir”.
Bütün Ermənistan nəşrləri xarıtladıblar ki, 2020-ci il 10 noyabrdan, yəni Qarabağda atəşkəs razılaşması əldə ediləndən sonra dinc sakinin öldürülməsi ilə bağlı artıq üçüncü haldır.
XİN-in bəyanatı
Ermənistan XİN-in mətbuat katibi Vahan Unanyan bəyanatla çıxış edib və Azərbaycan hərbçisi tərəfindən dinc sakinin öldürülməsini qınayıb:
“Qeyd etmək lazımdır ki, Artsaxın dinc sakinlərinə qarşı hücumlar və qorxutma aktları sistematik xarakter almağa başlayır. […] Azərbaycan silahlı qüvvələri tərəfindən az əvvəl törədilən cinayətlər Azərbaycan hakimiyyətinin apardığı ermənifobiya, deerməniləşmə və Artsaxın etnik təmizlənməsi siyasətinin davamıdır və bu da bir daha Artsax ermənilərinin Azərbaycanın yurisdiksiyası altında fiziki təhlükəsizliyinə və yaşamaq hüququna zəmanət vermək mümkün deyil.
Mülki əhaliyə qarçı bu və daha əvvəlki hücumların lazımi səviyyədə araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması gələcəkdə bu cür cinayətlərin qarşısının alınması üçün zəmin yaradar”.