Bu video yanğından bir neçə həftə əvvəl çəkilib. Biz bu binada uzun illər boyu dəyişməyən həmin ab-havanı göstərmək istədik. Sovet illərindən qalan interyer və lövhələrlə birlikdə “Binada siqaret çəkmək qəti qadağandır!” kimi xəbərdarlığı görmək olar.
“Detski mir”in binası sovet dövründə tikilib və əvvəllər burada ancaq oyuncaqlar və uşaq əşyaları satılıb.
Sonradan 1990-cı illərdə bina ümumi ticarət mərkəzinə çevrilib. Uşaqlar üçün mallardan başqa burada xalça, lüstr, qab-qacaq, parça və müxtəlif məişət əşyaları satılıb. Rəfləri və yerləri ayrı-ayrı satıcılar icarəyə götürüb. “Qızıl birja” da ayrıca yerləşərək, fəaliyyət göstərib. Bina kommunizm dövründən təmir olunmayıb, buna görə də burada hər yerdə rus dilində yazılar qalıb.
“Detski mir” binasında yanğın yanvarın 30-da, səhər saat 3 radələrində başlayıb. Yanğınsöndürənlər 8 saat alovla mübarizə aparıblar. İnsan tələfatı yoxdur. 13 min kvadrat metrlik sahə tamamiylə yanıb. “Detski mir”də ticarət seksiyalarını icarəyə götürən onlarla satıcı ziyan çəkib. Anbarda saxlanan mal da yanıb. 2016-cı ilin iyul ayında binanın balans qiyməti 6 344 779 lari idi.