Vladimir Putin əvvəlki prezidentlik müddətlərini “sıfırlamağı” təklif edib: o, 2036-cı ilə qədər hakimiyyətdə qala biləcək
Martın 10-da Rusiya prezidenti Vladimir Putin plandankənar qaydada Dövlət Dumasının iclasına qatılıb.
Parlament üzvləri qarşısında çıxış edərkən o, bugün səslənən üç təklifi şərh edib:
• Konstitusiyaya edilməsi nəzərdə tutulan dəyişikliklərlə əlaqədar olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi
• Bir nəfərin neçə dəfə ardıcıl prezident seçilmək hüququ ilə bağlı mövcud məhdusiyyətdən imtina etmək
• Prezident kürsüsündə olduğu əvvəlki müddətləri nəzərə almamaq, yəni “sıfırlamaq”
• Şaman ovu: Rusiyada “Putini qovmağı” vəd edən adama qarşı təzyiqlər davam edir
Vladimir Putin parlament üzvlərinə tövsiyə edib ki, ilk iki təşəbbüsü rədd etsinlər. Üçüncü təşəbbüslə bağlı isə “əgər Konstitusiya Məhkəməsi onu qanuni hesab edərsə”, razılıq bildirib.
“Sıfırlama” dəişikliyinin qəbul edilməsi Putinin 2024-cü ildə hazırkı səlahiyyət müddəti bitəndən sonra onun daha iki dəfə (12 il) dövlət rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək hüququ əldə etməsi deməkdir.
Putin həmişəlik hakimiyyətdə qalmaq üçün dövlət çevrilişi edib – niyə bu fikir ekspert dəyərləndirmələrində liderlik edir?
Ukrayna, yoxsa Abxaziya istiqamətinin öhdəsindən gələ bilməyib? Putin nüfuzlu köməkçisini niyə işdən azad edib?
Şaman ovu: Rusiyada “Putini qovmağı” vəd edən adama qarşı təzyiqlər davam edir
Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı ümumrusiya səsverməsi aprelin 22-də baş tutacaq.